Həyətdən çıxan sərvət: Birinin dəyəri 2 milyondan çoxdur FOTO
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İkinci Dünya Müharibəsindən əvvəl İsveçrədə torpağa basdırılmış təxminən 500 qızıl və gümüş sikkə bu gün hərraca çıxarılır.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, kolleksiyadakı ən qiymətli əşya, 17-ci əsrə aid 349 qram ağırlığında 100 dukatlıq qızıl sikkədir.
Nadir sikkənin başlanğıc qiyməti 1 milyon İsveçrə frankı (təx. 2 milyon AZN) təşkil edir. Mütəxəssislərin fikrincə, bu sikkə bu günün ən qiymətli sikkələrindən biri olmaq potensialına malikdir.
Sikkələr 1930-cu illərdə bir kolleksiyaçı tərəfindən toplanıb və nasist təhdidi səbəbindən onun bağçasında basdırılıb. Kolleksionerin sikkələri əvvəlcə kiçik kağız torbalara, sonra siqar qutularına, nəhayət isə metal sandıqlara yerləşdirərək basdırdığı məlum olub. Kolleksiyaçı alman qoşunları İsveçrəyə girdiyi zaman insult keçirib və qısa müddət sonra ölüb.
Kolleksiyaçının ölümündən sonra bu “xəzinə” 1990-cı illərdə yenidən kəşf edilib.
Hərrac evinin direktorları Arturo və Qiliano Russo qardaşları satıcının kimliyini açıqlamaqdan imtina edib. Kolleksiyada Avropa tarixinin müxtəlif dövrlərinə aid çoxsaylı qiymətli sikkələr var.
Qeyd edək ki, kolleksiyada ən diqqət çəkən və 1629-cu ilə aid 100 dukatlıq qızıl sikkə Praqada zərb edilib. Üzərində Habsburq hökmdarı III Ferdinandın portreti və çevrəsində "FERDINANDVS III D G HVNG BOHEMIAE REX" (Tanrının lütfü ilə Macarıstan və Bohemiya kralı) yazısı var.
Mütəxəssislərin fikrincə, bu cür sikkələr təxminən 350 qram təmiz qızıldan hazırlanır və yalnız kral xəzinələrində saxlanılırdı. Onlar gündəlik istifadə üçün deyil, kralların və diplomatların nüfuzunu simvolizə edən xüsusi əsərlər kimi istifadə olunurdu.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 06 Noyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















