Heykəltəraş: Düşündüm ki, Nizami kimi mühüm simanın heykəlini Çində ucaltmalıyam
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Nizami Gəncəvi dünya mədəniyyətinin mühüm simalarındandır. Buna görə də düşündüm ki, onun heykəlini ucaltmalıyam”.
Bunu APA-ya açıqlamasında böyük Azərbaycan şairinin Pekinin Çaoyan parkında qoyulmuş büstünün müəllifi Cintay İncəsənət Muzeyinin direktoru, professor, heykəltəraş Yüen Sikun deyib.
O bildirib ki, Nizami Gəncəvi heykəltəraşın həmyerlisi şair Su Dunpodan 104 il sonra yaşasa da onların düşüncə və duyğu dünyalarından ortaq cəhətlər çoxdur.
“Nizami əsərlərini bir amal, bir ideya ilə əlaqədar yazırdı. Su Dunpo da sadə həyat yaşayıb. O, nə tütün çəkirdi, nə də lüzumsuz vərdişlərə aludə idi – sağlam yaşamaq onun üçün həyat fəlsəfəsi idi. Bu xüsusiyyətləri ilə o da Nizami Gəncəvi ilə bir çox baxımdan oxşar idi”.
Heykəltəraş vurğulayıb ki, bəşəriyyətin qabaqcıl ideyaları heç vaxt tək bir millətin yaratdığı dəyərlər olmayıb – bunlar bütün insanlığın ortaq sərvətidir: “Məhz bu səbəbdən, mən Çaoyan parkında bu müdriklərin heykəllərini ucaltdım. İstəyirəm ki, çinli uşaqlar da bilsinlər ki, dünyadakı qabaqcıl fikirlər yalnız bir millətə aid deyil, bütün bəşəriyyətə məxsusdur. Bu müdriklərdən öyrənmək lazımdır”.
Qeyd edək ki, Nizami Gəncəvinin büstü 2012-ci ildə quraşdırılıb. 2021-ci ildə Azərbaycan Prezidentin Sərəncamı ilə heykəltəraş Yüen Sikun “Dostluq” ordeni ilə təltif olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 23 Aprel 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















