Heyli Biber hamilədir?
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb.
Axşam.az xəbər verir ki, paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsinin əvvəlkindən daha yumru görünməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Modelin dar top, həcmli kardiqan və aşağı bel şortikdə görüntülənməsi izləyicilərin diqqətini çəkib. Bəzi istifadəçilər fotoların ailəyə yeni üzvün gələcəyinə işarə etdiyini düşünsələr də, bu barədə rəsmi məlumat yoxdur.
Heyli özü hamiləlik iddialarına münasibət bildirməyib, nümayəndələri isə açıqlama verməkdən çəkiniblər.
Qeyd edək ki, Heyli və Castin Biberin 2024-cü ildə Cek Bleyz Biber adlı oğlu dünyaya gəlib. Cütlük ailə həyatının təfərrüatlarını ictimaiyyətlə nadir hallarda bölüşür.
Baxış sayı:66
Bu xəbər 12 Oktyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















