Icma.az
close
up
RU
Heyvan yemlərində aflatoksinin olması təhlükəlidir Xəbərdarlıq

Heyvan yemlərində aflatoksinin olması təhlükəlidir Xəbərdarlıq

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 22 avqust, AZƏRTAC

Qida məhsullarının tərkibində yaranan toksiki elementlər insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Aflatoksin qidanın təhlükəsizliyinə mənfi təsir göstərən zəhərli maddələrdən biridir. Həmin toksinin miqdarının normadan yüksək olması insan sağlamlığı üçün xüsusi təhlükə hesab edilir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilir ki, qida və yemdə ən çox rast gəlinən, genotoksik, kanserogen və hepatotoksik xassəyə malik mikotoksinlərdən biri Aflatoksin B1-dir (AFB1). AFB1 insan orqanizminə immunzəiflədici təsir göstərir, həzm sistemi və reproduktiv sağlamlıqla bağlı problemlərin əmələ gəlməsinə səbəb ola bilir. Uzunmüddətli aflatoksinə məruzqalma isə qaraciyər xərçəngi və sirroz kimi xəstəliklərə yol aça bilər.

AFB1 torpaqda, çürüyən bitki qalıqlarında, ot və dənli bitkilərdə inkişaf edən müəyyən kif göbələkləri tərəfindən istehsal olunur. Kif göbələklərinin təsir etdiyi bitkilərə qarğıdalı, darı, buğda və düyü, soya, fıstıq, günəbaxan və pambıq toxumu, ədviyyatlar və qərzəkli meyvələr daxildir.

Heyvan yemlərində aflatoksin B1 ilə çirklənmə ciddi qida təhlükəsizliyi problemidir, əsasən qeyri-düzgün saxlama şəraitindən qaynaqlanır. Heyvan yemlərinin AFB1 ilə çirklənməsinin qarşısını almaq üçün yem xammalının düzgün qurudulması, yem xammalının və yemin müvafiq şəraitdə saxlanılması və daşınması, yem emalında istifadə olunan avadanlıqların sanitar-gigiyenik normalara uyğunluğu təmin edilməlidir.

Heyvan yemlərində aflatoksinlərin əsas mənbəyi qarğıdalı unu, pambıq çiyidi unu və yerfıstığı unudur. AFB1-lə çirklənmiş yemlə qidalanan heyvanlarda AFB1 metabolizmə uğrayaraq aflatoksin M1-ə (AFM1) çevrilir və heyvanların südündə AFM1 formasında aşkar edilə bilər.

AQTA-nın Kollegiyasının müvafqi Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”na əsasən, çiy süd, termiki emala məruz qalmış süd və süd əsaslı məhsulların istehsalında istifadə olunan süd, eyni zamanda qida formulları (inək südü və ya keçi südündən hazırlanan 1 nömrəli və 2 nömrəli qida formulu daxil olmaqla) və tibbi məqsədlərlə körpələr üçün hazırlanan qida məhsullarında AFM1-in yolverilən maksimum miqdarı tənzimlənib.

Agentlik süd və süd məhsulları emalı müəssisəsələrini, eləcə də təchizatçı şirkətləri təhlükəsizlik qaydalarına əməl etməyə, məhsullarda aflatoksinin yaranmaması üçün normativ aktların tələblərinə riayət etməyə çağırır. “Unutmayaq ki, təhlükəsiz heyvan yemi təhlükəsiz insan qidasının əsasını təşkil edir”,- deyə xəbərdarlıqda bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri