Icma.az
close
up
RU
Heyvanları küçədən yığmaqla xəstəliklərin artmasının səbəbkarı ola bilərik Təbiət zəncirini necə qoruyaq?

Heyvanları küçədən yığmaqla xəstəliklərin artmasının səbəbkarı ola bilərik Təbiət zəncirini necə qoruyaq?

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar Bakıda və ətraf rayonlarda sahibsiz heyvanların sayının çoxaldığının şahidi oluruq. Onların sayının artması və lazımi qayğının göstərilməməsi, peyvəndlənməməsi ölkədə bir çox ekoloji, sanitar və səhiyyə problemlərinin yaranması ilə nəticələnir. Son bir ildə təkcə Gəncə şəhərində 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardım xidmətinə müraciət edilib. Bu rəqəm, sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq-aydın göstərir. Sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır.

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, bu təkcə Gəncə şəhərində deyil, o cümlədən bütün iri şəhərlərdə itlərin insanları dişləməsi halları mövcuddur:

“Çox təəssüflər olsun ki, mərkəzi icra hakimiyyəti orqanları, o cümlədən şəhər və rayon icra hakimiyyətləri faktiki olaraq bu barədə mübarizədə acizdirlər.  Eyni zamanda burada heyvan hüquqları aktivistlərinin də ictimai bir basqısı var. Düşünürəm ki, bununla bağlı, əlbəttə ki, müvafiq qanunvericilik aktı qəbul olunmalıdır. Bu qəbul olunana qədər mütləq şəkildə ictimai müzakirələri keçirilməlidir. Eyni zamanda heyvanlara şiddət etmək, ağrı vermək, qətlə yetirmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağandır.  Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə görə, heyvanlarla rəhimsiz rəftar edən, onlara ağrı verən, o cümlədən bunu nümayiş etdirən, paylaşan şəxslər 800 manatan 1000 manata qədər cərimə ola bilərlər. O cümlədən, barələrində şəxsiyyətləri nəzərə alınmaqla bir aya qədər azadlıq məhrum oluna bilərlər”.

Hüquqşünas bu, qanunun tezliklə qəbul olunmasını tövsiyə edib:

“Heyvanları saxlamaq üçün toplanma məntəqələri olmalıdır. İnsanların ərazilər üzrə şəhərləşməsi, arealın genişlənməsi səbəbindən heyvanlar da artıq öz yaşama coğrafiyalarını tərk etdilər. Bu da zaman-zaman heyvan instinktinə səbəb olur. Belə olduğu halda heyvanlar insanlara hücum edirlər. Ona görə də tez bir zamanda qanun qəbul olunmalıdır. Heyvanların toplanma məntəqələri dövlət hesabına olmalıdır. Və yaxud da digər ölkələrdəki kimi şəhərlərdə həmin heyvanlar peyvənd olmalıdır. Eyni zaman heyvanlar qısırlaşmalıdır. Bütün bunlar qanunvericilik aktı ilə tənzimlənməlidir”.

“Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin həmtəsisçisi və sədr müavini, heyvan müdafiəçisi Mənsurə Rəsulzadə deyib ki, hansı qanunu qəbul ediriksə edək, həmin konvensiyanın tələbləri əsas gətirilir:

“Bu da artıq var. Ev heyvanlarının mühafizəsi konvensiyası ilə eyni şeydir. Yəni, küçəyə atılmış və ya evdə saxlanılan heyvan ev heyvanları sinifindədir. Sadəcə dövlət həmin heyvanları öz humanist nəzarətinə götürməlidir. Konvensiyanın əsas tələbi budur. Bu konvensiyanın tələbi bu vaxta qədər yerinə yetirilməyibsə, demək ki, qanun işləməyib. Qurumlar, bu işlə məşğul olan insanlar məsələyə ciddi yanaşmalıdırlar. Heyvanlara qəddarlıq qadağandır. İstəyir min dənə qanun qəbul olunsun, bu fakt dəyişməz olaraq qalacaq. Heyvanlar humanist qaydalarla nəzarətə götürülməlidir. Bu dünya təcrübəsində də var, konvensiyanın özündə də göstərilir. Artıq biz qanunu da işləmişik, hətta bu qanunu bir az genişləndirmişik. Ümumiyyətlə, tək ev heyvanları deyil, kənd təsərrüfatı, vəhşi təbiət sinfinə aid olan, bir sözlə bütün heyvanların mühafizəsi üçün baytarlıqlı bir yerdə aramızda qanun hazırlanıb. Bu beynəlxalq qanunlardan götürülmüş qanundur. Yəni özümüz oturub yazmamışıq. Çünki bu, mümkün deyil, qanunun öz forması var. Onlara baxmışıq, qanunlarımızı, öz milli mentalitetimizə qədər nəzərə alıb, qanunu hazırlamışıq. Bunların hamısı nəzərə alaraq, qanun artıq hazırlanıb və 2009-cu ildən Milli Məclisdədir. Qaldırsınlar onu, götürsünlər”.

Heyvan müdafiəçisi əlavə edib ki, bu, işdə nəticə istənilirsə, insanlarla işlər aparılmalıdır:

“Qanunlarda min dəyişiklik etsələr də faydası az olacaq. İnsanları dəyişmək lazımdır.

Əgər qanunla öldürmək nəzərdə tutulursa, o zaman bu Azərbaycanın bütün dünya qarşısında imicini aşağı salacaq. Sivil, inkişaf etmiş dövlət kimi dünya, beynəlxalq tədbirləri ölkəmizə dəvət edirik, inkişaf etdiyimizi göstərsək də, buradan da bir qanun göstərə bilər ki, heyvanları öldürük. Heç bir analizsiz quduz adı altında heyvanları öldürmək absurddur. Nəzarət sistemi yaradılmalıdır. Burada baytarlığın öz işi var. Sadəcə baytarlıq qarşısında sual qoyulmalıdır. Nə lazımdır? Büdcə, işçi qüvvəsi, hansısa bir infrastruktur, heyvanların küçədən yığılması bunlar hamısı vacib şərtlərdir. Yığılan heyvanlar doğru prosedurlardan keçməlidir. Daha sonra həmin heyvana uyğun müalicə tətbiq edilib, yenidən təbiətə buraxmaq lazımdır. Çünki bu vacibdir. Təbiətin zəncirini qırmaq olmaz. Heyvanları küçədən yığmaqla başqa heyvanların çoxalmasının, xəstəliklərin artmasının səbəbkarı ola bilərik. Heyvan mikroflorası təbiət üçün vacibdir. Heyvanların sağlam vəziyyətdə olması təbiətdə vacibdir. Amma xəstələri qısırlaşdırıb, sığınacaqda yaşatmaq olar. Bütün bunlara nəzarət edən bir orqan lazımdır”.

Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Naqif Həmzəyev bu problemin həlli üçün bir neçə təklif irəli sürüb:

“1. Sahibsiz heyvanların təhlükəsizliyini təmin etmək və onların vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq qanunvericilikdəki boşluqları aradan qaldırılmalıdır və ya sahibsiz heyvanlar haqqında yeni qanun hazırlanmalıdır.

2. Sahibsiz heyvanlar üçün müvəqqəti sığınacaqların yaradılması, onların təhlükəsiz şəkildə saxlanılması üçün vacib bir addımdır. Bu sığınacaqlar, heyvanların tibbi müayinəsi və müalicəsi üçün də istifadə oluna bilər.

3. Sahibsiz heyvanların mütəmadi olaraq peyvənd edilməsi, xüsusilə quduzluq əleyhinə peyvəndlərin icrası, bu cür xəstəliklərin yayılmasının qarşısını ala bilər.

4. Sahibsiz heyvanlara tibbi yardım göstərilməsi üçün mobil klinikaların təşkili, onların mütəmadi olaraq yoxlanılması və müalicəsi üçün faydalı ola bilər.

5. Şəhər sakinləri arasında sahibsiz heyvanlara qarşı düzgün münasibətin təşviq edilməsi üçün maarifləndirmə kampaniyalarının keçirilməsi vacibdir. İnsanlara sahibsiz heyvanlarla necə davranmaq və onları qorumaq haqqında məlumat vermək məqsədəuyğundur.

6. Sahibsiz heyvanların problemlərinin həlli üçün kifayət qədər vəsait ayrılmalıdır. Bu vəsaitlər sığınacaqların yaradılması, peyvənd proqramlarının icrası və tibbi yardımın göstərilməsi üçün istifadə olunmalıdır.

7. Sahibsiz heyvanların problemləri ilə hansı qurumların məşğul olacağı dəqiqləşdirilməlidir və onların fəaliyyətləri əlaqələndirilməlidir”.

Leyla Turan

Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqamətində hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Aprel 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri