Hi, şəkilləriniz… tipli mesajlara inanmayın Telegram da dələduzluq
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Telegram" platforması üzərindən yeni dələduzluq halları çoxalıb.
Mia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilib ki, platforma istifadəçilərinə "Hi, şəkilləriniz…" tipli mesajlar göndərilir və həmin mesajların davamında şübhəli keçidlər paylaşılır. İstifadəçi həmin keçidə daxil olduqda, müvafiq ölkəni seçmək, telefon nömrəsini daxil etmək və gələn təsdiqləmə kodunu yazmaq tələb olunur. Bu üsulla istifadəçilərin "Telegram" hesabları ələ keçirilir. Daha sonra isə ələ keçirilmiş hesablar vasitəsilə başqa şəxslərə qarşı da eyni dələduzluq halları davam edir.
ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, şübhəli keçidlərə daxil olmamağı, telefon nömrəsi və təsdiqləmə kodlarını paylaşmamağı, hesablarda təhlükəsizliyi təmin etmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktiv etməyi tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 03 Sentyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















