Icma.az
close
up
RU
Hibrid avtomobillərin ƏDV güzəşti: Müddət uzadılacaq, yoxsa BAHALAŞMA QAÇILMAZDIR?

Hibrid avtomobillərin ƏDV güzəşti: Müddət uzadılacaq, yoxsa BAHALAŞMA QAÇILMAZDIR?

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hibrid avtomobillərin əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı güzəşt müddətinin uzadılıb-uzadılmaması məsələsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, buna səbəb kimi bu ilin sonunda sözügedən avtomobillərə tətbiq olunan güzəşt müddətinin başa çatması göstərilib.

Müzakirə iştirakçılarını maraqlandıran əsas məsələlərdən biri güzəşt müddətinin uzadılıb-uzadılmayacağı və eyni zamanda, güzəştlərin ləğv ediləcəyi təqdirdə bazarda hansı qiymət dəyişikliklərinin baş verə biləcəyi olub.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramovun fikirlərini öyrəndik.

O qeyd edib ki, sözügedən güzəştlərin tətbiq edilməsində əsas məqsəd hibrid avtomobillərin Azərbaycana gətirilməsini sürətləndirmək idi.

"Təbii ki, hər il Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilir. Bu dəyişikliklərdə ya müəyyən güzəştlərin dairəsi genişləndirilir, ya da yeni güzəştlər tətbiq olunur. Bu baxımdan 2026-cı ildə də Vergi Məcəlləsində dəyişikliklərin davam etdiriləcəyi gözləniləndir. Bu səbəbdən hibrid avtomobillərə tətbiq olunan güzəşt müddətinin uzadılıb-uzadılmaması məsələsi də ilin ikinci yarısında, dəyişikliklər tətbiq edilən zaman bəlli olacaq", - deyə V.Bayramov bildirib.

Güzəşt müddətinin ləğv olunacağı təqdirdə hibrid avtomobillərinin qiymətində baş verə biləcək artıma gəlincə isə, V.Bayramov vurğulayıb ki, bu güzəştlərin ləğvi ili nisbətən köhnə olan avtomobillərin qiymətlərinə təsir göstərməyəcək.

"Çünki nəticə etibarilə ili köhnə olan avtomobillərlə bağlı belə bir güzəşt yox idi. Güzəştlər yalnız yeni və nisbətən yeni olan avtomobillərə tətbiq olunurdu. Qiymətlərə təsirinə gəldikdə, təbii ki, əgər güzəştlər götürülərsə, baxmayaraq ki, güzəştlərin götürüləcəyi ilə bağlı hansı qərarın veriləcəyi indiki halda bəlli deyil, o zaman qiymətdə artımlar müşahidə edilə bilər.

Yəni əgər güzəşt müddəti uzadılmayacaqsa, o zaman xərc artımları müşahidə olunacaq ki, bu da ili yeni olan avtomobillərin qiymətlərinə təsir göstərəcək. Ümumi xərcin artımı avtomobilin qiymətindən asılı olaraq fərqli faizlə ifadə oluna bilər. Amma bu, yenə də Vergi Məcəlləsinə hansı dəyişikliklərin edilməsindən asılı olacaq.

Daha sadə dildə izah etsək, əgər hibrid avtomobillərə tətbiq edilən ƏDV-dən azad olmanın müddəti uzadılacaqsa, o zaman bu avtomobillərin ölkəyə idxal xərclərində və satış xərclərində hər hansı dəyişiklik baş verməyəcək. Güzəşt müddəti uzadılmayacağı təqdirdə isə biz xərclərdə və buna uyğun olaraq da qiymətlərdə artımları müşahidə edə bilərik", - deyə V.Bayramov qeyd edib.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri