Icma.az
close
up
RU
“Hibrid dili”n eybəcərliyi

“Hibrid dili”n eybəcərliyi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hələ ötən əsrin 80-ci illərinin sonlarından cəmiyyətdə rus dilinin hegemonluğuna qarşı mübarizədə ana dilimizin saflığının qorunmasına ciddi səylər göstərilməyə başlanıb. Mənəvi tələbat olan milli özünüdərkin bir qanadı da nitqimizin sovet dövründən dilimizə düşmüş rus sözlərindən təmizlənməsi, söhbətlərimizin ifadə qarışıqlığından yaranan hibrid danışıqdan arıtlanması olub. Təəssüf ki, bu gün də ana dilimizdə danışarkən xeyli sayda rus sözlərini yerli-yersiz nitqimizə daxil edir, onu bir növ eybəcərləşdiririk.

Əlbəttə, qeyri millətlərdən olan həmyerlilərimiz bizim dildə danışırlarsa, buna sevinirik, amma özümüz öz dilimizdə səlis danışmağa, nədənsə, bəzən tənbəllik edirik. Vaxtilə nitqinə yersiz olaraq bol-bol əcnəbi sözləri pərçim edənləri Mirzə Cəlil kinayə ilə “obrazovannılar” adlandırırdı. Onun “Bakılılar” adlı felyetonundan bir misal: “uştellər çetıre çasaya kimi ispat eləmirlər”.

Etiraf edək ki, bu gün aramızda “obrazovannılar” yenə də çoxdur. Belələrinə baxanda istər-istəməz düşünürsən: “Bu həftəbecərdənsə, elə təmiz rusca danışsalar, məsləhətdir. Dilimizdə alaq otu kimi bitmiş rus sözləri o qədərdir ki... “Uje”, “daje”, “nol”, “neujeli”, vot tak”, “okazıvayetsya”, “mestnı”, “importnı”, “davay” kimi dilimizdə gözəl qarşılığı olan sözlər, nədirsə, nitqimizdə, az qala, “vətəndaşlıq” hüququ qazanıb.

Son bir neçə gündə küçədə, metroda, mağazada qulaq günahkarı olaraq eşidib qeyd etdiyim hibrid danışıq nümunələrindən bir neçəsini oxuculara təqdim edirəm: “Prisyaqa qəbul elədik”, “ “Xolodenniyi aç”, “Sapoşki aldım”, “Pastayannı vilka yaddan çıxır”, “Yubkasının razrezinə bax”, “Pivə svejidi?”, “Az baltat elə, az”, “Onu palaskat elədilər”, “Nujenni?”, “Spiçkanı ver”, “Məndə zajiqalkadır”, “Sizdə otopleni var?”, “Davay, ni budem”, “Lişni sən demisən”, “Tuda-suda, razılaşdıq”, “Yaman marozdu”, “Tamadaya zakaz ver”. Bunlar dərd yarıdır. Bir qadın, görün, ərinəmi, oğlunamı, ya kiməsə nə dedi: “Xotja bı, vetrovkanı geyin, düş parikmaxerə, saçını ukladka elətdir, ol sveji, kak oqurçik”. – 13 sözdən cəmi 5-i bizim dildə idi (?!)

Əziz oxucular! Yəqin ki, siz də tez-tez bu kimi halların şahidi olursunuz. Bəlkə ötüb, keçməyək, iradımızı bildirək. Xeyri olarmı?..

Dil milli varlığın təsdiqidir. Bunlarlın danışdığı isə, hibrid, metis dil deyilsə, bəs nədir? Burada unudulmaz şairimiz Əli Kərimin misraları yada düşməyə bilmir:

Baxımsızlıq olan yerdə
Söz özü də baxmır sözə.

Gəlin, dilimizin qədrini bilək, onu eybəcərləşdirməyək, baxımsızlıqdan məhvə sürükləməyək. Bunu qanun da tələb edir, vətəndaşlıq borcumuz da.

Ə.DOSTƏLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Fevral 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri