Icma.az
close
up
RU
Hibrid hücumların məqsədi daxili risklərə şərait yaratmaqdır

Hibrid hücumların məqsədi daxili risklərə şərait yaratmaqdır

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

ATƏT Parlament Assambleyasının  qış sessiyasının müzakirəsinə təqdim olunan məruzədə vurğulanır ki, bu gün dövlətlərin suverenliyini təhdid məqsədilə hibrid hücumlardan geniş istifadə olunur. Sessiyada Avropa İttifaqının Komissarı Maykl Mak Qrat onu da xüsusi qeyd etdi ki, siyasətçilərə və onların ailə üzvlərinə qarşı xaricdən yönləndirilən hibrid hücumlarının məqsədi siyasətçilərin iradə və qərarlarına təsir etməkdir.

Son vaxtlar Azərbaycan Prezidentinə qarşı törədilən təxribatlar da  xaricdən təşkil və idarə olunan hibrid hücumunun tərkib hissəsidir. Onların ünvanı cəmiyyətimizə əsasən məlum olsa da, kimliyini gizlətməyə çalışan mərkəzlər də mövcuddur. Qarabağ Zəfərindən sonra informasiya məkanına davamlı şəkildə ötürülən dezinformasiyaların, şər və böhtan kampaniyasının yalnız bir məqsədi var: tarixi Qələbəyə imza atmış Azərbaycan Prezidentinə bəslənilən ictimai inama şübhə toxumu səpmək və ölkəmizdə daxili sabitliyi pozmaq. Çünki hibrid hücumların arxasında dayanan xarici mərkəzlər, onların xüsusi xidmət orqanları yaxşı bilir ki, ictimai konsensus təmin olunmadan tarixi nailiyyətin əldə edilməsi və qorunması mümkünsüzdür. Onu da bilirlər ki, xalqımızın iki əsrlik probleminin-Qarabağ məsələsinin həllinin arxasında da Azərbaycan cəmiyyətinin birliyi və öz Liderinə tərəddüdsüz inamı dayanır. Kənardan təşkil olunan hibrid hücumlarının əsas məqsədi bu reallığı dəyişməkdir.

Fevralın 19-da Vaşinqtonda “Waldorf Astoria” mehmanxanasının qarşısında Prezidentə və mühafizəçilərinə qarşı törədilən təxribat, söyüşlə müşayiət olunan tərbiyəsizlik əvvəlcədən hazırlanmış çoxseqmentli planın tərkib hissəsidir. İstər Vaşinqtonda, istərsə də bundan əvvəl Münxendə törədilən təxribat eyni prosesin davamlı həlqələridir. Onun arxasında dayanan xarici mərkəz və ya mərkəzlər azərbaycanlı mentalitetini bizdən pis bilmirlər. Bilirlər ki, onların cəmiyyətindən fərqli olaraq, bizim cəmiyyətimizdə söyüş, təhqir və şantaj izsiz ötüşmür. Elə bu səbəbdən, təşkil etdikləri təxribatların, çirkin dezinformasiya kampaniyasının ictimai rəyə təsir effektini artırmaq üçün bu prosesdə özümüzdən olanlardan, soydaşlarımızdan ustalıqla istifadə edirlər. Bununla həm hibrid hücumunun arxasında dayanan əsl müəllifin kimliyini gizlətməyə, həm də cəmiyyətimizdə guya ictimai konsensusun olmadığını göstərməyə çalışırlar.

İddia etmirəm ki, bu hücumlarda istifadə olunan azərbaycanlıların hamısı bir nəfər kimi xarici xüsusi xidmət orqanlarına bağlıdır və ya şüurlu şəkildə xəyanət yolunu seçiblər. Lakin belələrinin olduğuna da şübhə etmirəm. Əgər Hüseynov qardaşları açıq şəkildə etiraf edirsə ki, fəaliyyətlərində hətta xarici kəşfiyyat orqanları ilə əməkdaşlğı da mümkün sayırlar, bunun özü də mənəvi dəyərlər seçiminin deqradasiyası və “agent” damğası ilə barışmaq deməkdir. Jurnalist və ya bloger kimi əllərinə verilən mikrofon, boyunlarından asılan hər hansı akkreditasiya kartı, sadəcə, butaforiyadır. Hansısa “məlumatı” guya pulla aldıqlarına dair iddianı xüsusi vurğulamaları isə adi tamaşaçının alt şüurunda daha  inandırıcı görünməyə xidmət edir. Əslində, bunun özü də xüsusi əməliyyatların iz azdırmaq üsullarından biridir.

Xaricdəki bəzi soydaşlarımızın istinad nöqtəsinə, az qala “qibləgahına” çevrilən “Amnesty İnternational”ın fevralın 17-də yaydığı açıqlama da zamanlama baxımından təsadüfi deyil. Bu təşkilat Bakıda erməni separatçıları barədə çıxarılmış məhkəmə hökmlərini insan haqlarına, hüquq və azadlığına zidd olan qanunsuz akt kimi qələmə verir. Bu cür təşkilatların ermənipərəst mövqeyi cəmiyyətimiz üçün və hətta xaricdəki bəzi soydaşlarımız üçün yenilik olmasa da, sonuncular belə təşkilatların “bayraq və dəyərlərini”, nədənsə, Azərbaycan  Bayrağından və dövlətimizin milli  maraqlarından üstün tuturlar. Halbuki həmin təşkilatların ədalətsiz mövqeyinin, bəzi ölkələrin son beş ildəki anti-Azərbaycan ruhlu, qərəzli qətnamə və bəyanatlarının əsl səbəbi onlara da yaxşı məlumdur.

Haqlı olaraq iddia edilə bilər ki, bu təşkilatlar ənənəvi ünvanlara deyil, başqa coğrafiyaya-Qərbə bağlıdır. Lakin o da həqiqətdir ki, Qarabağ tarixən fərqli coğrafiyaları anti-Azərbaycan platformasında birləşdirən nadir məsələlərdən biri olub. Bunun səbəbi də artıq məlumdur. Oxşar münaqişələrlə bağlı antaqonist mövqedə dayanan dairələrin  Azərbaycana gəldikdə, eyni mövqedən çıxış etmələrinin bir səbəbi var. Bədxahlarımız və onların əlaltıları bunu dini təəssübkeşlik kimi qələmə verməyə çalışsalar da, əslində, bu, uzun onilliklər ərzində demokratiya və insan haqları pərdəsi altında ölkəmizə qarşı yürüdülən, etnik və dini bölücülüyü ehtiva edən ayrı-seçkilik siyasətidir. Onun müasir və “mədəni” adı selektiv yanaşma və ya ikili standartlar siyasətidir. Prezident İlham Əliyev bir müddət əvvəl, yanvarın 20-də “Euronews” televiziyasına verdiyi müsahibədə beynəlxalq auditoriya ilə yanaşı, cəmiyyətimizə belə bir mesaj vermişdi: “Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər”.

Cənab Prezident, əslində, məlum geosiyasi proseslər səbəbindən, yaxın qonşuluğumuzda yerləşən ölkələrdə sabitliyin pozulmasını nəzərdə tutur və onu təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün ciddi təhlükə hesab edir. Azərbaycan Prezidentinə və dövlətimizə qarşı aparılan hibrid hücumlarının məqsədi dezinformasiya və təxribat yolu ilə ictimai rəyi çaşdırmaq, ona inamsızlıq toxumu səpmək, daxili risklərin yaranması üçün münbit şərait yaratmaq və bununla dövlət başçısının əyilməz mövqeyinə, qərarlarına təsir etməkdir.

Son beş ildə Azərbaycana qarşı aparılan çirkin qarayaxma kampaniyasının, şər və şantaj ritorikasının səbəb və məqsədini düzgün qiymətləndirə və ədalətli nəticə çıxara bilməyimiz üçün Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki çıxışından kiçik bir hissəni hər birimizə, xüsusilə xaricdəki soydaşlarımıza xatırlatmaq istərdim: “Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz,-İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, -sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.  

İki əsrlik Qarabağ məsələsini kökündən həll edən Qalib Azərbaycan reallığı və bu tarixi reallığın memarı olan Prezident İlham Əliyevin Lider qətiyyəti hibrid hücumların arxasında dayanan mərkəzləri məmnun etmir və onlar bundan sonra da sakitləşməyəcək. Siyasi əqidəsindən və ambisiyalarından asılı olmayaraq, Azərbaycanı həqiqətən sevən və tarixi Zəfəri milli dəyərimiz hesab edən hər bir Azərbaycan vətəndaşı, hər bir soydaşımız  bunu bilməlidir! Ən azı bu səbəbdən, özünü xarici hücumların maşasına və ictimai qınaq obyektinə çevrilməkdən qorumalıdır.

Ülvi Quliyev                                                                                         

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Fevral 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri