Icma.az
close
up
RU
Hibrid savaş: Rusiya Azərbaycanı nə üçün hədəfə aldı?

Hibrid savaş: Rusiya Azərbaycanı nə üçün hədəfə aldı?

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Federasiyası ərazisindən Azərbaycana qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib. Bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatında qeyd olunub. Bildirilib ki, kampaniya avqustun 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra başlayıb.  Belə təhdidlər iki ölkə üçün hansı təhlükəli ssenarinin başlanğıcıdır? Rusiya mediasında  Azərbaycana hücum edəcəyi effektini nə üçün yaradırlar?  Belə bir təhlükə baş verə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, Putin hakimiyyətinin fəaliyyətini proqnozlaşdırmaq son dərəcə çətindir. Onun sözlərinə görə, Rusiya hazırda nə beynəlxalq hüququn, nə də ikitərəfli öhdəliklərin icrasının məsuliyyətini dərk edir və atdığı addımlar bu prinsiplərə uyğun gəlmir. 

Buna baxmayaraq, Ukrayna müharibəsində ciddi itkilərlə üzləşmiş Moskvanın ikinci bir cəbhə açması, politoloqun fikrincə, “intihara bərabər” addım olar:

“Müharibənin gedişindən istədiyi nəticəni əldə edə bilməyən Putin hakimiyyəti, xalqın gözündə etimad resurslarını tükəndirib. Buna görə Kreml vaxtaşırı təbliğat vasitəsilə xarici düşmən obrazı yaradaraq daxildəki narazılığı iqtidardan yayındırmağa çalışır. Xüsusilə ötən ilin dekabrında Azərbaycan təyyarəsinin Rusiya HHM qüvvələri tərəfindən vurulmasından sonra iki ölkə arasındakı münasibətlər gərginləşib. Hazırkı situasiyada Rusiya rəsmilərinin belə bəyanatlar səsləndirməsi həm Azərbaycana qarşı psixoloji təzyiq vasitəsi, həm də ölkədaxili auditoriyaya ünvanlanmış mesajdır. Yəni, Moskva demək istəyir ki, Azərbaycan onun dediklərinə əməl etməsə, yeni cəbhə aça bilər. Lakin Ukrayna müharibəsində tükənmiş Rusiya üçün yeni hərbi münaqişə ocağı yaratmaq real görünmür”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri