Icma.az
close
up
RU
Hibrid və elektrik avtomobillər bahalaşacaq BU TARİXDƏN

Hibrid və elektrik avtomobillər bahalaşacaq BU TARİXDƏN

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi 1 yanvar 2022-ci ildən hibrid və elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Bu hesaba da ölkəmizə gətirilən yeni avtomobillər xeyli ucuzlaşıb. Nəticədə həm qiymətlərdə sürətli eniş baş verib, həm də avtopark xeyli dərəcədə yenilənib.
Lakin ilin sonuda tətbiq edilən güzəşt müddəti başa çatır və güzəşt müddətinin uzadılıb-uzadılmayacağı məlum deyil.
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Yasin Mustafayev deyir ki, hibrid və elektrik avtomobillərə vergi güzəşti bu ilin sonuna qədər tətbiq edilib:
“Artıq 3 ildir ki, bu avtomobillər həm ƏDV-dən, həm də gömrük rüsumundan azaddır. Yalnız gömrük əməliyyatları üçün cüzi bir vəsait ödənilirdi. Bu hesaba da ölkəmizə gətirilən hibrid və elektrik avtomobillər xeyli ucuz başa gəlirdi. Artıq güzəşt müddəti sona çatmaqdadır.Əgər güzəşt müddəti uzadılmasa o zaman 2026-cı ilin yanvar ayından ölkəmizə gətirilən hibrid və elektrik avtomobillər kəskin bahalaşa bilər. Bu da təəssüf doğuraqcaq haldır”.
Müsahibimiz qeyd edib ki, güzəştlər ləğv edilsə, büdcə daxilolmaları artacaq:
“Lakin nəzərə alaq ki, adı çəkilən avtomobillərə tətbiq edilən vergi güzəştləri ölkəmizdə avtoparkın yenilənməsi üçün unikal bir fürsətdir. Ən azından taksi parkı Bakıda 75-80 faiz yenilənib. Fərdi avtomobillərdə də istismar müddəti başa çatmış maşınların da dövriyyəsi azalıb.
Üstəlik, yeni avtomobillər hər kəs üçün əlçatan olub. Bu da sosial ədalətin bir göstəricisidir.
Əgər güzəştlər ləğv edilsə, nəinki yeni avtomobillər bahalaşacaq, eyni zamanda ikinci əl maşınlara yenidən maraq artacaq. Nəticədə CO2 emissiyasının həcmi artacaq, texniki cəhətdən nasaz avtomobillər yenidən dövriyyəyə qayıdacaq. Bu da insan sağlamlığına hərtərəfli şəkildə mənfi təsir edəcək. Ümid edək ki, hökumət hibrid və elektrik avtomobillərə vergi güzəştinin müddətini uzadacaq”.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Avqust 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri