“Hicab bəhanədir, məqsəd başqadır”
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycanda hicab qadağası yoxdur. Sadəcə, məktəblərdə vahid məktəbli formasının tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Şagirdlər geyimlərinə görə bir-birindən fərqlənməməlidir. Məktəbdə kasıbın da, varlının da övladı təhsil alır. Bura kiminsə özünü digərlərindən fərqləndirəcəyi yer deyil. Məktəb təhsil və tərbiyə ocağıdır, uşaqlar burada yetişirlər".
"Bakupost" xəbər verir ki, bu sözləri Musavat.com-a deputat Aqil Abbas deyib. O, vahid geyim qaydalarının müəllimlərə şamil olunmasının da doğru qərar adlandırıb.
Deputatın sözlərinə görə, müəllim nümunə olmalıdır: “Müəllim necə davranırsa, şagirdlər də ondan nümunə götürürlər. Burada qeyri-adi heç nə yoxdur. Hökumətin qəbul etdiyi qərar da müzakirə mövzusu olmamalıdır. İndi Türkiyədə hansısa qüvvələr və ya dövlətlər Azərbaycanı bu məsələyə qarışdırmaq istəyirlərsə, belə yollara əl atırlarsa, bunu hüquq-mühafizə orqanları aydınlaşdıracaq və hər kəs öz əməlinə görə cavab verəcək".
Aqil Abbas Ankaradakı Azərbaycanın səfirliyinin, eləcə də İstanbulda Baş Konsulluğun qarşısında keçirilən aksiyaları təxribat kimi qiymətləndirib. O, bu aksiyalara dəstək verilməsini təəssüflə qarşılayıb: "Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın Azərbaycanın daxili işlərinə qarışmağa nə ixtiyarı var? Biz Türkiyənin və ya başqa bir dövlətin daxili işlərinə qarışmışıqmı? Heç vaxt!
İranda hicaba qarşı etirazlar baş verəndə həmin məsələyə müdaxilə etdikmi? Xeyr, etmədik. Hər bir dövlət öz daxili məsələlərini özü həll etməlidir. Başqa bir dövlətin daxili işlərinə qarışmaq siyasətçiyə yaraşan davranış deyil. Azərbaycan da belə yanaşmanı qəbul etmir və müvafiq bəyanatlar verilib”.
Deputatın fikrincə, Ankarada keçirilən aksiya əslində, hicabla bağlı deyil: “Burada hansısa ideologiyanı Azərbaycana təlqin etməyə çalışırlar. Azərbaycan dünyəvi dövlətdir. Onu İslam, xristian və ya başqa bir dini dövlətə çevirmək mümkün deyil. Biz bununla illərdir ki, mübarizə aparmışıq. Hələ ötən əsrin əvvəllərində böyük mütəfəkkirlərimiz, şairlərimiz və yazıçılarımız xalqı cəhalətdən, xurafatdan uzaqlaşdırmaq üçün mübarizə aparıblar. Bu gün də xurafatı yaymağa çalışanlar öz əməllərinə görə cavab verəcəklər".
Baxış sayı:31
Bu xəbər 14 Oktyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















