Icma.az
close
up
RU
HİDROSEFALİYA beyində mayenin yığılması

HİDROSEFALİYA beyində mayenin yığılması

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hydrosephalus "hydro" - su və "sephalus" - baş sözlərinin birləşməsindən yaranır. Ümumiyyətlə beyində həddindən artıq mayenin yığılması kimi tanınır.

Burada qeyd olunan maye baş-onurğa beyin mayesi - "serebrospinal maye"dir. Bu mayenin həcminin beyin mədəciklərində artması kəllədaxili təzyiqin yüksəlməsi və beyini sıxaraq beyinə zərər verməsinə səbəb olur.

Serebrospinal maye normada gün ərzində davamlı olaraq yaranır və geri sorulur. Bu maye beyin və onurğa beynini əhatə edir və davamlı dövriyəyə malikdir.

Serebrospinal mayenin üç əsas vəzifəsi vardır:

- beyin və onurğa beyinə gələn zərbələrin zərərli təsirindən onları qorumaq,

- beynin qidalanması və artıq maddələrinin atılmasına yardım etmək,

- beyin və onurğa beyini arasında hərəkət etməklə beyində təzyiq dəyişikliklərini tənzimləmək.

Hidrosefaliya hər yaşda görülə bilər, lakin tez-tez uşaqlar və yaşlılarda (60 yaşdan çox) baş verir. Təxminən 500 uşaqdan birində hidrosefaliya olur. Bu xəstələrin əksəriyyətində diaqnoz doğuş zamanı, doğumdan əvvəl və ya erkən körpəlikdə qoyulur. Nadir hallarda genetik xəstəliklər və ya sonradan yaranan ola bilər.

Ümumi səbəblər:

- intrakranial qanaxmalar,

- baş travması,

- beyin şişləri,

- erkən doğuma bağlı hemorragiya

- infeksiya (meningoensefalit).

Əlamətlər

Hidrosefaliya əlamətləri insandan insana dəyişir. Yaş qruplarına görə ümumi nəticələr aşağıdakılardır:

Yenidoğulmuşlarda (0-2 ay): başın anormal böyüməsi, baş dərisinin nazikləşməsi, baş damarlarının nəzərəçarpan olması, qusma, narahatlıq, gözlərin aşağı baxması, tutmalar və ya ünsiyyət qabiliyyətinin pozulması.

Uşaqlarda (2 ay və yuxarı): başın anormal böyüməsi, baş ağrısı, ürəkbulanma, qusma, qızdırma, ikili görmə, narahatlıq, danışmada və yerimədə geridə qalma, ünsiyyət pozğunluğu, sensor-motor funksiyalarının itirilməsi, epileptik tutmalar.

Orta yaşlı yetkinlərdə: baş ağrısı, oyaq qalmada və ya oyanmada çətinliklər, balans pozğunluğu, sidik qaçırma, şəxsiyyət pozğunluğu, demensiya, görmə pozğunluğu.

Yaşlılarda: Ünsiyyət qurmada pozğunluqlar, gedişdə müvazinətin pozulması, xatırlama çətinlikləri, baş ağrısı, denemsiya, sidik qaçırma.

Hidrosefaliyası olan xəstələrdə həkim əvvəl ümumi baxış keçirir, müayinə və bəzi testlər (Kompyuter tomoqrafiya KT, Maqnit Rezonans Tomoqrafiya MRT, Beyin Ultrasonografiyası-neyrosonografiya) təyin edir. Hidrosefaliyanın diaqnozu və müalicə metodu bu testlərdən sonra qoyulur. Təkcə uşaqlarda başın böyük olması hidrosefaliya olduğunu göstərməz! Ancaq beyin görüntüləmə üsulları istifadə edilərək diaqnoz təsdiqlənir.

Hidrosefaliyanın müalicəsi

Hidrosefaliya xəstəliyinin dərmanlarla müalicəsi mümkün deyil. Hidrosefaliya yalnız beyin və sinir cərrahiyyəsi mütəxəssisləri-neyrocərrahlar tərəfindən cərrahi müdaxilələrlə düzəldilə bilər. Seçiləcək cərrahiyyə müdaxiləsinin növləri hidrosefaliyanın əsas səbəbinə görə dəyişir.

Serebrospinal mayenin dövranında bir maneə (tıxanma) varsa, tıxanıqlıq (şiş, kist və s.) cərrahi əməliyyatla aradan qaldırılır.

Beyində baş onurğa beyin mayesinin dövranında yollarda darlıq varsa, belə xəstələrə endoskopik cərrahi əməliyyat mümkündür.

Açıq hidrosefaliyada (yəni beyin mayesinin dövranında heç bir maneə yoxdur, problem beyin mayesinin daha çox əmələ gəlməsindədir) ancaq ventrikuloperitoneal şuntlama cərrahi əməliyyatı icra olunur.

.

DR. BƏHRUZ EYVAZOV,
Neyrocərrah

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri