Icma.az
close
up
RU
Hikmət Hacıyev: Azərbaycan “Orta Dəhliz”i mədəniyyətlərarası dialoqun forması olaraq nəzərdən keçirir

Hikmət Hacıyev: Azərbaycan “Orta Dəhliz”i mədəniyyətlərarası dialoqun forması olaraq nəzərdən keçirir

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan “Orta Dəhliz”i təkcə bir nəqliyyat marşrutu kimi yox, bundan daha geniş anlamda, mədəniyyətlərarası dialoqun forması olaraq nəzərdən keçirir.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada təşkil olunan “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” ( The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) panelində bildirib.

O, yolların Azərbaycanın qədimdən gələn mədəniyyət və sivilizasiya anlayışının bir hissəsi olduğunu söyləyib.

Prezident köməkçisi vurğulayıb ki, Azərbaycan tarixən İpək Yolunun üzərində yerləşməsi ilə bu dialoqun fəal iştirakçısı olub:

“Yol sivilizasiyadır. Bundan əlavə, yol həm də bizim üçün sivilizasiyalararası dialoqdur. Bu perspektivdə Azərbaycan tarixən İpək yolunun üzərində yerləşib. İkinci komponent isə coğrafiyadır. Biz Qərb ilə Şərqi, Şimalla isə Cənubu birləşdirən nəqliyyat şəbəkələrinin üzərində yerləşirik. Azərbaycanın müstəqillik əldə etdikdən sonra belə bir nəticəyə gəlmişik ki, bu iki komponent önəmli olsa da, kifayət deyil. Ona görə də biz coğrafiyamızı, tarixi təcrübəmizi və malik olduğumuz təcrübəni yeni imkanlara çevirməliyik. Bunu da nəzərə almalıyıq ki, Azərbaycan quru sərhədləri ilə əhatələnmiş bir ölkədir. Biz quru sərhədləri ilə əhatələnən ölkə olaraq bu məhdudiyyəti üstünlüyə çevirmək istiqamətində çalışmışıq”.

O, ölkəmizin bununla bağlı gördüyü işlərə, habelə regional nəqliyyat dəhlizlərinin perspektivlərinə toxunub:

“Azərbaycan özünün nəqliyyat şəbəkələrinin və “Şərq – Qərb” nəqliyyat dəhlizinin formalaşdırılmasına başladı. Bəziləri bunu “Şərq – Qərb” dəhlizi, bəziləri “Orta dəhliz”, bir qismi isə “Transxəzər” nəqliyyat dəhlizi adlandırır. Bunun heç bir fərqi yoxdur. Əsas məsələ onun marşrutu və inşası məsələsidir. Biz bu 5 – 6 parametri nəzərə alaraq, bu nəqliyyat dəhlizinin inşası prosesinə başladıq. İlk olaraq enerji şəbəkəsi və enerji dəhlizinin formalaşdırılmasını həyata keçirməyə başladıq. Bunlar: “Bakı – Tbilisi - Ceyhan”, “Bakı – Supsa” kəmərləridir. Bu kəmərlər Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə əlaqələndirir. Layihənin ikinci komponenti avtomagistralların və quru yollarının inşası idi. Lakin bu kifayət deyil. Həmin yollar sənin ölkəni qonşu dövlətlərlə də birləşdirməlidir”.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, həyata keçirilən nəqliyyat layihələrlə Xəzər dənizinin ayırıcı deyil, birləşdirici faktor olduğu həqiqəti ortaya qoyulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 İyun 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see223

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see194

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see190

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see167

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see162

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see162

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see159

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see156

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see139

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri