Hikmət Hacıyev: “Bu müzakirələr İran Azərbaycan münasibətlərinə yeni nəfəs, yeni təkan verib” KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Tehran Dialoq Forumu çox vacib platformadır, regional və qlobal məsələlər müzakirə olunur”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan da İranın dostu, qardaşı, qonşusu olaraq, nümayəndə heyəti ilə bu tədbirə dəvət olunub: “Tədbir çərçivəsində həm ikitərəfli, həm ümumi panel müzakirələrdə iştirak etmişik. Bu müzakirələr İran-Azərbaycan münasibətlərinə yeni nəfəs, yeni təkan verib. Bizim iranlı həmkarlarımızla qarşımızda duran vəzifə ondan ibarətdir ki, mövcud əlaqələri daha irəli aparaq. İranda keçirilən bu Tehran Dialoq Forumu çərçivəsində biz regional, qonşu dövlətlər arasında olan məsələləri müzakirə etməklə bərabər, İranla Azərbaycan arasında olan dostluq, qardaşlıq münasibətləri əsasında əlaqələrimizin inkişaf perspektivlərini bir daha müzakirə edəcəyik”.
Baxış sayı:57
Bu xəbər 18 May 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















