Icma.az
close
up
RU
Biz sülhə, sabitliyə, etimada sadiqik deməklə iş bitmir Analitik

Biz sülhə, sabitliyə, etimada sadiqik deməklə iş bitmir Analitik

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

 Ermənistandan qaynaqlanan və sülhə mane olan bütün problemlər aradan qaldırılmalıdır

Ermənistan-Azərbaycan münasibətlərində sülh və etimadın bərqərar olması üçün sözlərlə deyil, konkret əməllərlə hərəkət etmək vacibdir. Azərbaycan artıq öz öhdəliklərini yerinə yetirib və bu gün də bu prosesə sadiq qalır. İndi isə növbə Ermənistandadır.

Bu kontekstdə, Türkmənistanda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib ki, Ermənistan hökuməti Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsinə sadiqdir. Xaçaturyan avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanmasını və regionda nəqliyyat kommunikasiyalarının tam açılması barədə bəyannamənin imzalanmasını xatırladıb. O, “Tramp yolu” layihəsinin həyata keçirilməsinin iqtisadi artım, dialoq və ikitərəfli əlaqələri təşviq edəcəyini vurğulayıb.

Politoloq Samir Hümbətov Sherg.az-a açıqlamasında Ermənistanın sözlə yox, əməllə hərəkət etməsinə ehtiyacının olduğunu söyləyib:

""Biz sülhə, sabitliyə, etimada sadiqik" deməklə iş bitmir. Bunu real addımlarla sübut etmək lazımdır. Bunun üçün də Ermənistandan qaynaqlanan və sülhə mane olan bütün problemlər tamamilə və bir dəfəlik, heç bir ön şərt olmadan aradan qaldırılmalıdır. Azərbaycan isə öz üzərinə düşən öhdəlikləri yerinə yetirib və bu gün də yerinə yetirir. İndi cavab Ermənistandadır. Əgər Ermənistan real və praktiki addımlar atsa, bu təkcə regiona sülh gətirməyəcək, həm də Cənubi Qafqazı dünya üçün sabitlik regionuna çevirəcək".

Politoloq Tramp layihəsinin əslində "Zəngəzur layihəsi" olduğunu, onların bunu gizlətmədiklərini bildirib:

"Hər kəs bilir ki, Ermənistan bu layihədən böyük fayda əldə edə bilər. Amma bunun üçün rəsmi İrəvan düzgün qərarlar verməli və prosesi sabotaj etməməlidir. Əks halda, nəticələrin onlar üçün ağır ola biləcəyi ehtimalını da göz ardı etmək olmaz".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri