Hikmət Hacıyev: Mərkəzi Asiya ölkələri ilə tarixi əlaqələrimiz siyasi formata çevrilir
Icma.az bildirir, Azvision saytına əsaslanaraq.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya + Azərbaycan" formatında 7-ci Məşvərət Görüşü çərçivəsində jurnalistlərlə söhbətində deyib.
H.Hacıyev qeyd edib ki, son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını görürük.
“Cənab Prezident İlham Əliyevin region ölkələrinə intensiv səfərləri, region ölkələrinin liderlərinin Azərbaycana intensiv səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimiz Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında genişlənən əlaqələrin bariz nümunəsidir. Mərkəzi Asiya ölkələri tərəfindən konsultativ bu format çərçivəsində yekun qərarın qəbul edilməsi tarixi əlaqələrimizin siyasi formata çevrilməsi deməkdir", - deyə o bildirib.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
H.Hacıyev qeyd edib ki, son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını görürük.
“Cənab Prezident İlham Əliyevin region ölkələrinə intensiv səfərləri, region ölkələrinin liderlərinin Azərbaycana intensiv səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimiz Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında genişlənən əlaqələrin bariz nümunəsidir. Mərkəzi Asiya ölkələri tərəfindən konsultativ bu format çərçivəsində yekun qərarın qəbul edilməsi tarixi əlaqələrimizin siyasi formata çevrilməsi deməkdir", - deyə o bildirib.
AzVision.az
Bu mövzuda digər xəbərlər:Hikmət Hacıyev: “Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir”
16 Noyabr 2025 10:32
Hikmət Hacıyev: İranla əlaqələrimiz yüksək səviyyədədir
29 Yanvar 2025 11:17
Hikmət Hacıyev: Son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını bariz şəkildə görürük
16 Noyabr 2025 13:19
Xəzər tranziti: Azərbaycan Mərkəzi Asiya ölkələri üçün necə əvəzolunmaz tərəfdaşa çevrilir
10 Noyabr 2025 14:23
Tariximiz və ənənələrimiz “6” formatında siyasi birliyə çevrilir Hikmət Hacıyev
16 Noyabr 2025 10:44
Baxış sayı:96
Bu xəbər 16 Noyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















