Icma.az
close
up
RU
Hikmət Hacıyev: Türkiyə Azərbaycan əlaqələri dünya üçün örnəkdir VİDEO

Hikmət Hacıyev: Türkiyə Azərbaycan əlaqələri dünya üçün örnəkdir VİDEO

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan özünün sülh gündəliyi ilə bütün dünya və regionumuz üçün nümunə təqdim etdi".

Ölkə.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global" telekanalına bildirib.

"Daha əvvəl Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupunun həmsədrləri məşğul olsalar da, 30 il ərzində münaqişənin həlli ilə bağlı model təqdim etmədilər. Lakin bu gün biz əminliklə və sevinclə deyə bilərik ki, regionda münaqişə artıq başa çatıb. Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə qədəm qoymuşuq. Vaşinqton Zirvəsindən sonra onun ruhuna sadiq olaraq Azərbaycan bütün regionun tamamilə transformasiyası istiqamətində addımlar atır. Bu xüsusda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarət əlaqələri də başladı. Təbii ki, hələ də həll edilməmiş mövzular var. Bu, Ermənistanın Konstitusiyası ilə bağlı xüsuslardır. Azərbaycana qarşı ərazi iddialarını tamamilə aradan qaldırdıqdan sonra yekun sülh sazişini imzalamağa hazır olacağıq", - deyə Hikmət Hacıyev vurğulayıb.

Hikmət Hacıyev Zəngəzur dəhlizinin əhəmiyyətini qeyd edərək bildirib:

"Vaxtilə "İstanbuldan Şanxaya dəmiryolu olacaq" kimi fikirlər utopik səslənsə də, bu gün hesab edirik ki, Zəngəzur dəhlizinin qurulması ilə bu, reallığa çevriləcək. Bununla Türkiyə və Azərbaycan üzərindən Mərkəzi Asiyadan olan qardaşlarımızla birləşəcəyik".

O, Türkiyə-Azərbaycan əlaqələrinin dünya üçün örnək daşıdığını deyib:

"Burada ölkələrimizin liderlərinin xüsusi rolunu, cənab Prezident İlham Əliyevin, cənab Prezident Rəcəb Tayyib Ərdoğanın xidmətlərini qeyd etmək istərdim. Onların strateji baxışları əsasında Azərbaycan-Türkiyə qardaşlığı, Azərbaycan-Türkiyə dostluğu, tarixi, mədəni bağlantılarımız daha üst səviyyəyə çıxarıldı. Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə əlaqələri institusional mexanizmə çevrildi".(oxu.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Aprel 2026 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri