Icma.az
close
up
RU
Hindistan aqressiyanı davam etdirir

Hindistan aqressiyanı davam etdirir

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pakistanın araşdırma təklifi cavabsız qalıb...

Aprelin 22-də Cammu və Kəşmir bölgəsində yerləşən Pahalqam şəhərində baş vermiş və 26 nəfərin həyatını itirməsi ilə nəticələnmiş hadisə ətrafında cərəyan edən proseslər get-gedə şiddətlənir. Qeyd edək ki, Hindistan bu hücumda Pakistanın əli olduğunu iddia etsə də, rəsmi İslamabad bu ittihamları rədd edir. Pakistan tərəfi hadisənin beynəlxalq səviyyədə araşdırılmasını təklif edib.

Xatırladaq ki, hadisə baş verən zaman Pakistan hökuməti hücumu qətiyyətlə pisləyərək, hadisənin obyektiv və beynəlxalq səviyyədə araşdırılması ilə bağlı iradə nümayiş etdirib. Pakistanın müdafiə naziri Xavacə Asif hücumun Hindistan daxilindəki “evdə yetişən” ünsürlər tərəfindən həyata keçirildiyini və Hindistanın müxtəlif bölgələrində mərkəzi hökumətə qarşı müxtəlif hərəkatların mövcud olduğunu vurğulayıb. Hindistan hökuməti isə heç bir əsas olmadan “Hind Su Müqaviləsi”ni birtərəfli şəkildə dayandırıb və Pakistanla olan ticarət əlaqələrini kəsib.

Qeyd edək ki, məsələyə beynəlxalq reaksiyalar özünü gözlətməyib. Birləşmiş Millətlər Təşkilatı və ABŞ, Hindistan və Pakistan arasında artan gərginlik fonunda tərəfləri təmkinli olmağa və sülh yolu ilə həll yolları axtarmağa çağırıb. Hazırda, Hindistan və Pakistan arasında gərginlik davam edir və hər iki tərəf sərhəd bölgələrində hərbi hazırlıqlarını artırıb. Beynəlxalq ictimaiyyət, bu gərginliyin daha da artmasının qarşısını almaq üçün tərəfləri dialoqa və sülhə çağırır.

Pakistan obyektiv araşdırma təklif edir...

Vurğulandığı kimi, Pakistan hökuməti insan ölümü ilə nəticələnmiş Pahalqam hücumunu pisləyib, bununla bağlı açıq və şəffaf beynəlxalq araşdırma aparılmasını təklif edib. Hücumdan dərhal sonra Hindistan tərəfinin Pakistanı ittiham etməsi regionda sülhə və əməkdaşlığa növbəti ciddi zərbə sayıla bilər. Rəsmi İslamabad hücumu kəskin şəkildə pisləyir - beynəlxalq ictimaiyyəti bu məsələnin açıq və şəffaf şəkildə araşdırılmasına çağırır. Yeni Dehli isə bu çağırışları cavabsız qoyur. Pakistan dəfələrlə bəyan edib ki, terrorizmin bütün forma və təzahürləri ölkə tərəfindən qəti şəkildə rədd edilir. İslamabad özü dəfələrlə Hindistanın planlaşdırdığı və maliyyələşdirdiyi terror hücumlarının qurbanı olub. Bu baxımdan Hindistanın heç bir əsas olmadan Pakistanı ittiham etməsi əsassız və beynəlxalq hüquq normalarına ziddir. Hindistan tərəfi beynəlxalq ictimaiyyətə hücumla Pakistan arasında hər hansı bir əlaqəni sübut edən dəlil təqdim edə bilməyib.

Hindistan bölgə əhalisinin hüquqlarını pozur...

Qeyd edildiyi kimi artıq uzun illərdir ki, Pakistanda terroru dəstəkləyən məhz Hindistan hökumətidir. Hindistan uzun müddətdir ki, daxili siyasi və təhlükəsizlik uğursuzluqlarını gizlətmək və Cammu və Kəşmirin işğal olunmuş ərazilərində qəddarlıq və terrordan istifadə edir. Bu təhlükəli siyasət islamofobiyanı təbliğ etmək üçün də istifadə olunur. Təsadüfi deyil ki, son illərdə Hindistanın Cammu və Kəşmirdə həyata keçirdiyi siyasət beynəlxalq insan haqları təşkilatları tərəfindən dəfələrlə tənqid edilib. 700 mindən çox Hindistan əsgərinin bölgədə mövcudluğu orada yaşayan insanların, xüsusilə qadın və uşaqların yaşamaq, təhlükəsiz həyat sürmək və ləyaqət hüququnu pozur. Bu hərbi və repressiv siyasət Hindistanın daxili siyasi və təhlükəsizlik uğursuzluqlarını gizlətmək məqsədi daşıyır. Bu, eyni zamanda islamofobiyanı gücləndirmək üçün alətə çevrilir.

Paralel olaraq rəsmi Dehli Cammu və Kəşmirdə yaşayan insanların azadlıq mübarizəsinə qarşı zorakılıqla cavab verir və bu hal dəfələrlə təkrarlanıb. Hindistan tərəfi bu zorakılığın ört-basdır edilməsi üçün isə fərqli yollardan istifadə edir, rəsmi İslamabadı hədəfə çevirməyə çalışır. Halbuki, Hindistan öz təhlükəsizlik qüvvələrinin uğursuzluqlarını gizləmək istəyir.

Dehli zorakılığını gizlətmək üçün...

Hindistanın öz zorakılığını gizlətmək üçün atdığı addımların arxasında iqtisadi uğursuzluqları da dayanır. Belə ki, Pakistanın iqtisadi inkişaf tempinin yüksəlməsi fonunda Hindistan həm də özünün çıxılmaz vəziyyətini pərdələməyə çalışır. Çünki artıq Pakistanın təhlükəsizlik orqanlarının Hindistan tərəfindən təlim keçmiş və dəstəklənən terrorçularla mübarizədə effektivliyi artıb. Bu da göstərir ki, rəsmi İslamabad öz daxilində sülhü və sabitliyi qorumaqda qərarlıdır və regional təhlükəsizliyə öz töhfəsini verir. Artıq bir neçə gündür ki, prosesin inkişafı deyilənləri təsdiqləyir - məsələn, Hindistan məsələnin beynəlxalq hüquq çərçivəsində araşdırılması əvəzinə, özünün aqressiv hücum bəhanəsinə çevirməyə çalışır. Hətta daha fərqli addımlara gedilir - insan hüquqlarının pozulması, qeyri-insani davranışlar nümayiş etdirilməkdədir.

Suyu silaha çevirmək: Hindistanın məsuliyyətsiz siyasəti...

Bəlli olduğu kimi, ən böyük təhlükələrdən biri Hindistan hökumətinin onilliklər boyu davam edən Hind Su Müqaviləsini birtərəfli və qeyri-qanuni olaraq pozmasıdır. Qeyd edək ki, bu müqavilə 1960-cı il sentyabrın 19-da Pakistanın Kəraçi şəhərində Dünya Bankının (o zaman Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı) vasitəçiliyi ilə Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış müqavilədir. Müqavilə kiçik qeyd-şərtlərlə Hindistana Pakistan ərazisinə daxil olana qədər bütün şərq çaylarının və onların qollarının sularından müstəsna istifadə imkanı verir. Pakistan öz növbəsində qərb çaylarının sularından istifadəyə müstəsna hüquqlar əldə edib. Hər iki ölkə müqavilə ilə bağlı müxtəlif məsələlər üzrə məlumat mübadiləsi və əməkdaşlıq haqqında razılığa gəliblər. Bu məqsədlə Daimi Komissiya yaradıldı. Qeyd edək ki, indiyə qədərki toqquşmaların heç birində müqavilə pozulmamışdı. Son proseslərdə isə artıq müqavilə dayandırılıb. Bəli, bu müqavilə uzun illərdir Hindistan və Pakistan arasında su resurslarının bölüşdürülməsini tənzimləyir və onun birtərəfli şəkildə ləğvi yalnız Pakistan üçün deyil, bütün beynəlxalq hüquq sistemi üçün təhlükəli presedent yarada bilər. Bu addım Hindistanın beynəlxalq müqavilələrə hörmətsizliyini nümayiş etdirir və regional qarşıdurma riskini artırır. Su resurslarından təzyiq və təhdid aləti kimi istifadə edilməsi Hindistanın daha bir məsuliyyətsiz addımıdır. Bu, təkcə Pakistan iqtisadiyyatına deyil, həm də bölgədəki ümumi sabitliyə zərbə vura bilər. Belə yanaşma terror və müharibə siyasətinə bərabərdir. Paralel olaraq Hindistanın sudan silah, terror kimi istifadə etməsi Pakistana açıq hücumdan xəbər verir - rəsmi Dehlinin bu məntiqsiz və məsuliyyətsiz addımı çox təhlükəli nəticələr verə bilər.

Sülh istəyi zəiflik kimi qiymətləndirilməməlidir

Ötən əsrdən əsası qoyulan bu qarşıdurmalar dəfələrlə ağır nəticələrə yol açıb - xatırladaq ki, müstəqillik qazandıqdan sonra Hindistan və Pakistan arasında üç genişmiqyaslı müharibə, bir elan olunmamış müharibə və bir çox sərhəd toqquşmaları baş verib. 1971-ci ildə baş vermiş Üçüncü Hindistan-Pakistan müharibəsi və Banqladeş müharibəsi istisna olmaqla qalan bütün münaqişələrin mərkəzində Kəşmir məsələsi dayanıb. Bununla belə, Pakistan heç vaxt Hindistanı təhdid etməyib. Rəsmi İslamabad daim dialoq və sülh yolunu üstün tutub. Lakin bu sülh istəyi zəiflik kimi qəbul edilməməlidir. Pakistan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmindədir.

Azərbaycan XİN bəyanat yayıb...

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Hindistanla Pakistan arasındakı gərginliyə dair bəyanat yayıb. Bəyanatda Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatıq ifadə olunur: “Biz təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırırıq. Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik”.

XİN münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inandığını bildirib: “Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər”“.

SADİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 May 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri