Hindistan kəşfiyyatında iddia: Pakistan yeni terror hücumuna hazırlaşır
Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Pakistan kəşfiyyatı və terrorçu qüvvələrinin Hindistanın Kəşmir əyalətində turistləri, eləcə də polis və təhlükəsizlik işçilərini hədəf alaraq daha çox hücumlar planlaşdırdığı iddia edilir" .
Bu barədə Hindistan kəşfiyyatındakı mənbələrə istinadən "News 18 India" telekanalı məlumat yayıb.
“Xidmətlərarası Kəşfiyyat (ISI) və ona bağlı terror təşkilatları xüsusilə turistləri, yerli olmayanları, polis əməkdaşlarını və Kəşmir Panditlərini (Hindistandakı Brahman alimləri - red.) hədəf alan daha çox hücumlar planlaşdırır”, - mənbə mediaya bildirib.
Qeyd edilir ki, Srinagar və Ganderbal hücumlar üçün ehtimal olunan ərazilər ola bilər. Bundan əlavə, dəmir yolu infrastrukturuna və onun işçilərinə hücumlar mümkündür.
Mövsüm
Aznews.az


