Icma.az
close
up
RU
Cəsur təyyarəçi və Lənkəran gəlini

Cəsur təyyarəçi və Lənkəran gəlini

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin baş redaktoru

...II Dünya müharibəsi başlananda Zibanın 20 yaşı vardı. 1921-ci ildə Bakının Saray qəsəbəsində anadan olmuşdu. Böyük arzularla göylərə qanadlanmaq istəyirdi. Elə bu istək və arzu onu rəfiqələri ilə Bakı aeroklubuna gətirmişdi. 1937-ci ildə  oranı bitirdikdən sonra Saransk Aviasiya Məktəbinə oxumağa göndərildi...

Bakı təhlükə qarşısında idi. Düşmən təyyarələrinin hər an hücumu gözlənirdi. Bir dəfə gözlənilmədən komanda məntəqəsi üzərindən mavi fişəng alışıb yandı. Elə bu an düşmən təyyarələri barədə məlumat verildi. Gənc təyyarəçi Ziba Dadaşova diqqətlə ətrafa nəzər saldı. "Yunkers" buludlar arasından yoxa çıxanda komanda məntəqəsindən əmr gəldi:

- Geri dönmək lazımdır!..

Müharibənin ilk günləri təyyarəçi qızlarımız üçün cəsarət, mətinlik məktəbi idi.

Bakının səmasını igidliklə müdafiə etmək, komanda məntəqəsindən komandirin hər bir tapşırığını cəsarətlə yerinə yetirmək tələb olunurdu.

Bulud topaları hər yeri görünməz etmişdi. Gənc təyyarəçi Ziba Dadaşova həyəcanını gizlətsə də, özünü itirmədi. Sükanı əlində möhkəm saxlayaraq qeyri-iradi irəli şığıdı. "Yunkers" artıq yoxa çıxmışdı. Qızlar yerə enməkdə olan rəfiqəsinin əlini sevinclə sıxdılar. 

Ziba Dadaşova, Leyla Seyidməmmədova, Zərifə Qasımova, Hüseynbala Əliyev kimi cəsur şahinlərlə məşqlərə çıxırdı. Belə bir dövrdə Azərbaycan vətəndaşlarına müraciətlə yazılırdı: "SSRİ-nin əsas cəbbəxanası olan Bakının müdafiəsi etibarlı əllərdədir. Şəhərin havadan müdafiə "çəpəri" xüsusi təlim keçmiş qırıcı aviadəstələr hesabına gücləndirilmişdir. Bu dəstələrdə azərbaycanlı təyyarəçilər, hətta cəsur qızlarımız da uçurlar. Ziba Dadaşova, Zərifə Qasımova bu qızların dəstəsində idilər..."

Təyyarəçi qızlar, o cümlədən Ziba Dadaşova düşmən təyyarəçilərinin üzərinə cəsarətlə şığıyaraq böyük hünər göstərmək istəyirdilər.

Azərbaycanın ən cəsarətli qızlarından olan Ziba Dadaşova "Almaniya üzərində qələbəyə görə", "Qafqazın müdafiəsinə görə", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdi. Çoxsaylı paraşüt tullantılarına görə döş nişanı ilə təltif olunmuşdu.

Z.Dadaşovanın ömür-gün yoldaşı Eyvaz Şərif oğlu Eyvazov Lənkəranın Veravul kəndindən idi. E.Eyvazov 18 yaşında - 1943-cü ildə orduya çağırılmış, general Akim Abbasovun komandir olduğu diviziyanın tərkibində döyüşmüş, sonra hərbi komandirlər məktəbində oxumuşdu. Çox keçmədən, xidmət etdiyi hissə xüsusi tapşırıqla Bakıya qayıdır.

E.Eyvazov müharibədən sonrakı həyatını hərbi ilə bağlamış, təqaüdə çıxanadək orduda xidmətini davam etdirmişdi. Sonradan ailə quracağı təyyarəçi Z.Dadaşova ilə də hərbi xidmət zamanı tanış olmuşdu.

Onlar Lənkəranın "Raypo" deyilən hissəsində yaşayırdılar. Bir yerdə 5 övlad böyüdüb tərbiyə etmişdilər. Südabə və Sənubər Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun rus dili fakültəsini, Oqtay və Çingiz Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Musiqi Akademiyasını tar dirijoru şöbəsini, Ramiz Bakı Maşınqayırma Texnikumunu bitirib.

Ziba Dadaşova 1950-2000-ci illərdə Lənkəranda yaşayıb, 2003-cü il dekabrın 27-də dünyasını dəyişib və Bakının Biləcəri qəsəbəsində dəfn olunub. E.Eyvazov isə ondan xeyli sonra, ömrünün 95-ci ilində vəfat etdi.

...Zaman keçib, o dövr çoxdan arxada qalıb. Amma qırıcı aviadəstələrin tərkibində Bakının müdafiəsində dayanmış şahin qızlar bu günədək də yaddaşlardan silinməyib. Cəsur təyyarəçi, lənkəranlı gəlini Ziba Mehdi qızı Dadaşova da onlardan biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2026 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri