Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Hindistan Pakistan gərginliyi şiddətləndi: nüvə düyməsi basıla bilər, amma...

Hindistan Pakistan gərginliyi şiddətləndi: nüvə düyməsi basıla bilər, amma...

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Politoloq: “Nəzəri cəhətdən Hindistan və Pakistan bir-birinə nüvə silahı ata bilərlər”

Dünən gecədən etibarən Hindistanla Pakistan arasında gərginlik şiddətli fazaya daxil olub. Hindistanın Müdafiə Nazirliyi ölkənin Pakistana zərbə endirərək “Sindoor əməliyyatı”na başladığını açıqlayıb. Nazirlikdən qeyd edilib ki, Pakistanın heç bir hərbi obyektinə hücum olmayıb. Nazirlik Hindistanın terrorçuların düşərgələrinə raket zərbələri endirdiyini vurğulayıb: “Bu addımlar Pahalqamda 25 hindistanlı və bir Nepal vətəndaşının öldürüldüyü vəhşi terror hücumundan sonra atılıb. Biz bu hücuma görə məsuliyyət daşıyanların cavabdehlik daşıyacağını təmin etməyə sadiqik”.

Pakistan Hindistanın raket zərbəsini təsdiqləyib. Pakistanın Xidmətlərarası İctimai Əlaqələr (ISPR) baş direktoru Əhməd Şərif Çaudri bildirib ki, zərbələr Kotli, Bəhvalpur və Müzəffərabadı hədəf alıb. Çaudri əlavə edib ki, Pakistan Hərbi Hava Qüvvələri (PAF) Hindistanın hücumunu “kobud və qorxaqcasına” adlandırıb. Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanın hücumunu “müharibə aktı” adlandırıb.

“Pakistanın Hindistanın tətbiq etdiyi bu müharibə aktına qəti şəkildə cavab vermək hüququ var və qətiyyətli cavab artıq verilib”, Şərif qeyd edib.

“Samaa” TV-nin məlumatına görə, Pakistan ordusu Bəhavalpur bölgəsində Hindistan Hərbi Hava Qüvvələrinə məxsus iki “Rafale” qırıcısını vurub. Qeyd olunub ki, təyyarələrdən biri ölkənin hava məkanını pozduqdan sonra vurulub.

Radar sistemləri Pakistan ərazisinə səbəbsiz şəkildə müdaxilə edən Hindistan təyyarəsini aşkar edib. Buna cavab olaraq Pakistan qüvvələri təhlükənin qarşısını almaq və zərərsizləşdirmək üçün standart protokollara uyğun hərəkət edib. Telekanal vurulan qırıcının ehtimal edilən fotosunu da dərc edib. Lakin Pakistan Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat verməyib. Pakistan hakimiyyəti öz hava məkanını bütün uçuşlar üçün 48 saat müddətinə bağlamaq qərarına gəlib. “Samaa” TV-nin məlumatına görə, İslamabad Beynəlxalq Hava Limanı bütün reyslər üçün bağlanıb və bütün gələn və gedən reyslər Kəraçi hava limanına yönəldilib. Mənbələr mülki aviasiya idarəsinin vəziyyət sabitləşdikdən sonra normal uçuşların bərpa olunacağını bildirib.

Pakistanın Milli Təhlükəsizlik Komitəsi bu gün gündüz saatlarında vəziyyətlə bağlı məlumat yayıb. Komitənin məlumatına görə, Hindistanın hava hücumları nəticəsində Pakistan ərazisində 26 mülki şəxs həlak olub, 47 nəfər yaralanıb. Hava zərbələri bir neçə məscidin dağılmasına səbəb olub. Bahavalpurda məscidin vurulması nəticəsində həlak olan 13 nəfərdən ikisi körpə qızdır. Bildirilib ki, Hindistanın 5 hərbi təyyarəsi vurulub və bir komanda-qərargah məntəqəsi məhv edilib.

BMT-nin baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında hərbi qarşıdurmadan dərin narahatlığını bildirib. Quterreş hər iki tərəfi maksimum təmkinli olmağa çağırıb: “Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya dözə bilməz”.

Xatırladaq ki, 2025-ci ilin aprel ayında Hindistanın nəzarətində olan Cammu və Kəşmirin Pahalqam bölgəsində baş vermiş və 26 turistin həyatına son qoymuş terror aktı regionda onsuz da kövrək olan təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirib. Hücumun miqyası və mülki şəxsləri hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən də ciddi insident kimi qarşılanıb. İki nüvə dövləti arasındakı qarşıdurmanın nüvə müharibəsi ilə nəticələnməsi qorxusu dünyada hökm sürməkdədir. Amma analitiklərin bəziləri fərqli düşünürlər.

Rusiyalı analitik, IMEMO RAS-ın Cənubi Asiya və Hind okeanı regionu qrupunun rəhbəri Aleksey Kupriyanov hesab edir ki, Hindistan və Pakistan bugünkü münaqişədə nüvə silahından istifadə etməyəcək. Ekspert “Lenta.ru”ya bildirib ki, nüvə müharibəsi təkcə bu dövlətlərin mövcudluğu üçün təhlükə yaratmır: “Nüvə silahından yayınmaq üçün hələ də kiçik bir şans var. Əlbəttə, nəzəri cəhətdən Hindistan və Pakistan bir-birinə nüvə silahı ata bilərlər. Düyməni bassalar, raket uçacaq, lakin şərtlər var. Hindistanlılar nüvə silahından yalnız Pakistanın nüvə zərbəsinə cavab olaraq istifadə edə bilərlər. Pakistan isə bundan yalnız Pakistanın müstəqilliyi və müstəqil dövlət kimi mövcudluğu təhlükə altında olarsa istifadə edə bilər".

Kupriyanovun fikrincə, nüvə silahı Pakistanın dağılmasına səbəb ola biləcək kənardan ilhamlanan bəzi daxili proseslər başlasa işə düşə bilər: “Yaxud qarşı tərəf Pakistana güclü hücuma keçsə, Pakistanın addım atması mümkündür. Yəni praktiki olaraq, hindlilərin genişmiqyaslı hərbi əməliyyata başlaması və Pakistan qüvvələrinin məğlubiyyəti, Hindistan qoşunlarının qələbəsi vəziyyətində nüvə düyməsi basıla bilər”.

Politoloq münaqişənin indiki vəziyyətində nüvə silahından istifadə oluna biləcəyini istisna edib: "Burada söhbət sırf terror aktına görə cavab tədbirindən gedir. İndi Hindistan əmin olduğunu bildirir ki, terror aktı pakistanlılar tərəfindən təşkil olunub. Eyni zamanda, bu cavab tədbiri Hindistan nöqteyi-nəzərindən Pakistan hərbi qulluqçularına, hətta Pakistanın mülki obyektlərinə də deyil, eksklüziv olaraq terrorçuların hərbi təlim düşərgələrinə yönəlib".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://ayna.az
archiveBu xəbər 07 May 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri