Icma.az
close
up
RU
Hindistan Pakistan müharibəsi hansı qüvvələrin marağındadır? QƏVAMİ SADIQBƏYLİ YAZIR

Hindistan Pakistan müharibəsi hansı qüvvələrin marağındadır? QƏVAMİ SADIQBƏYLİ YAZIR

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

XV əsrin sonlarından başlayaraq Avropa dövlətləri Hindistanda ədviyyat, ipək, çay, pambıq kimi məhsulların ticarətini həyata keçirmək üçün bir-biri ilə rəqabət aparırdı. 1600-cı ildə Britaniya tərəfindən "Ost -Hindistan" (Şərqi-Hindistan) adlı şirkət quruldu. Zaman ötdükcə bu şirkət təkcə ticarətlə məşğul olmaqla kifayətlənmədi, "Ost-Hindistan" şirkəti cənubi Asiya coğrafiyasında əraziləri ələ keçirmək üçün siyasətlə də məşğul olmağa başladı. Şirkətin fəaliyyəti o qədər genişləndi və gücləndi ki, öz ordusu, vergi sistemi, müstəmləkə idarəçiliyi formalaşdı.

1857-ci ildə Britaniya hökuməti "Ost-Hindistan" şirkətinin fəaliyyətinə son qoydu. 1858-ci ildən etibarən Hindistan rəsmi olaraq Britaniya Krallığının idarəsinə keçdi. Bu vəziyyət 1947-ci ilə - Hindistan və Pakistanın müstəqilliyinə qədər davam etdi.

Cənubi Asiyada yerləşən Hindistan, Pakistan, Banqladeş, Çin, Koreya, İndoneziya, Vyetnam və s. Şərqin zənginliklərini simvolizə edən ölkələrdir. Bu ölkələr XV əsrin sonlarından  başlayaraq, bu günə kimi avropalı güclərin, sonradan isə həm də ABŞ-ın və Rusiyanın ticari-siyasi maraqlarının mərkəzində dayanan bölgələri əhatə edir.

Ayrı-ayrı müstəqil dövlətə çevrildikdən sonra Hindistanla Pakistan arasında Kəşmir münaqişəsi uzun illərdir davam edir. Kəşmirdə yaşayan əhalinin əksəriyyəti müsəlmanlardır. Amma ərazi Hindistana tabedir. Bu reallıq Kəşmiri Hindistanla Pakistan arasında  mübahisə predmetinə çevirir.

Tarixi-siyasi təhlillər göstərir ki, "Kəşmir münaqişəsi" Hindistanla Pakistan arasında Britaniya tərəfindən bilərəkdən  yaradılmış “gec partlayan bomba”dır. Bu "bomba" 1947, 1965 və 1999-cu illərdə Hindistanla Pakistan arasında müharibəyə səbəb olmuşdur

Hindistan–Pakistan arasında dondurulmuş "Kəşmir münaqişəsi" zaman -zaman Cənubi Asiya  Regionunda  Təhlükəsizlik Sisteminin pozulmasına səbəb olur. Bundan başqa, Cənubi Asiyada institusional təhlükəsizlik mexanizmləri çox zəifdir. NATO – (North Atlantic Treaty Organization - Şimali Atlantika Müqaviləsi Təşkilatı), ASEAN – (Association of Southeast Asian Nations - Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası), AU – (African Union - Afrika İttifaqı) və ya ATƏT – (Organization for Security and Coooeration in Europe  - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) kimi qurumların  fəaliyyəti burada  yox səviyyəsindədir.

Ən yaxın regional platforma SAARC-dır – (South Asian Association for Regional Cooperation - Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyası). Amma Hindistan-Pakistan gərginliyi bu təşkilatı da faktiki olaraq iflic vəziyyətinə salıb. Bu isə nəticə etibarı ilə Cənubi Asiyada sabitliyin vəziyyətini güc balansından asılı hala gətirib. Yəni hansı ölkənin tərəfdarı çoxdursa, regiondakı vəziyətə həmin ölkə nəzarət edəcək.

İndiki halda hər iki ölkə nüvə silahına malikdir. Bu reallıq qarşılıqlı məhvolma qorxusu yaratığı üçün müəyyən sabitlik mühiti formalaşdırır. Lakin münaqişənin davam etməsi lokal toqquşmaların davam etməsinə səbəb olur.

Hazırda Pakistanda iqtisadi böhran yaşanır. Bu günlərdə LOC - (Line of Control – “Nəzarət xətti”) boyunca dramatik eskalasiya baş verib. 48 nəfər mülki şəxs həlak olub. Tərəflər bir-birinə qarşı raket və PUA hücumları həyata keçirir. İndi bu iki qonşu ölkə müharibə ərəfəsindədir.

Hindistan iqtisadi, texnoloji və hərbi baxımdan Pakistanı xeyli üstələyir. Lakin qlobal gücə malik olan Çin Pakistanın strateji müttəfiqidir. Çin həm də Hindistanla sərhəd münaqişələrində  qarşı tərəf kimi çıxış edir.

Digər tərəfdən, qlobal oyunçuya çevrilməkdə olan Türkiyə də müsəlman ölkəsi olan Pakistanı müdafiə edir. Bu vəziyyət REGİONDA çoxtərəfli güc balansı yaradır. Çin və Türkiyə faktoru Hindistanın hərbi-siyasi manevrlərini məhdudlaşdırır.

Hindistanla Pakistan arasınsa mövcud olan "Kəşmir münaqişəsi" haqqında, BMT-nin qətnamələrinə baxmayaraq, praktiki olaraq bu problemin həllində heç bir irəliləyiş yoxdur. Dünyanın böyük gücləri sayılan ABŞ, Rusiya və Avropa İttifaqı kritik anlarda vasitəçilik edir, lakin davamlı təhlükəsizlik mexanizmi qurmaqda isə  maraqlı deyillər. Belə vəziyyət Cənubi Asiyanın "nəzarətsiz münaqişə zonası" kimi qalmasına səbəb olur.

Müşahidələr göstərir ki, nüvə təhlükəsizliyi üzrə  razılaşmaların yenilənməsi nəticəsində beynəlxalq  institutların  vasitəçiliyi ilə  (məsələn, ATƏT  modeli əsasında) bölgəyə nəzarət etmək olar. Hindistan-Pakistan münaqişəsi təkcə ikitərəfli qarşıdurma deyil,   regional təhlükəsizlik sisteminin qorunması məsələsidir.

İndiki dünyada güc balansına əsaslanan təhlükəsizlik modeli nüvə təhdidi və geosiyasi qarşıdurmalar regionda uzunmüddətli sabitliyin qorunmasını çətinləşdirir. Bu kimi ciddi səbəblərdən, Cənybi Asiya Regionunda təhlükəsizlik sisteminin yenidən qurulması zəruri olaraq qalır.

Qəvami SADIQBƏYLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 May 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri