Icma.az
close
up
RU
Hindistan sanksiyalara məruz qalan tankerləri yükləməyəcək KONKRET

Hindistan sanksiyalara məruz qalan tankerləri yükləməyəcək KONKRET

Hindistan ABŞ-nin yanvarın 10-da elan etdiyi sanksiyalara məruz qalan tankerləri yükləməkdən imtina edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd edilir ki, burada bəzi istisnalar mövcuddur. Bildirilib ki, Hindistan bankları neftin sanksiyaya məruz qalan tədarükçülərdən gəlməməsi üçün mənşə sertifikatları tələb edəcək. Eyni zamanda  Rusiyanın Hindistana neft tədarükünün  yolunu tapacağı vurğulanıb. Agentlil bildirir ki, Hindistanın neft emalı şirkətləri Yaxın Şərqdəki tədarükçülərlə uzunmüddətli müqavilələr üzrə danışıqlar aparır və vəziyyətdən asılı olaraq əlavə tədarük həcmləri tələb edə bilərlər. Eyni zamanda, qeyd edilir ki, tədarük azalarsa, Hindistan şirkətləri Rusiya neftini alarkən əldə etdikləri endirimləri itirə bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

seeBaxış sayı:68
embedMənbə:https://konkret.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri