Icma.az
close
up
RU
Hindistan Zəngəzur dəhlizini hədəf alır “3 qardaş”a qarşı Hindistan İran Ermənistan ittifaqı

Hindistan Zəngəzur dəhlizini hədəf alır “3 qardaş”a qarşı Hindistan İran Ermənistan ittifaqı

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Türkiyə, Pakistan, Azərbaycan. Bu ölkələr Zəngəzur dəhlizindən çox narahatdır.

Zəngəzur dəhlizi bir neçə ölkəyə təsir edə biləcək strateji regiondur. Ekspertlər bildirirlər ki, Hindistan burada Ermənistanı dəstəkləməklə Türkiyə, Azərbaycan və Pakistanın işini çətinləşdirə bilər”.

Hindistanın nüfuzlu media orqanlarından olan “india.com” saytı belə yazır. Gördüyünüz kimi, Türkiyə və Pakistan liderlərinin Azərbaycana səfəri Hindistan tərəfindən xüsusi maraqla izlənilir.

Sayt yazır: “Pakistanın Baş naziri Şehbaz Şərif çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və Hindistana qarşı Pakistanı dəstəklədiyinə görə ona təşəkkür edib. Bu görüş Azərbaycanın paytaxtı Bakıda (əslində Laçında) baş tutub. Şərifin səfəri əsasən minnətdarlığını bildirmək məqsədi daşıyırdı, çünki Hindistanın “Sindoor əməliyyatı” adlı antiterror kampaniyası zamanı Türkiyə və Çin Pakistanın yanında yer aldıqdan dərhal sonra Azərbaycan da Pakistana açıq dəstək vermişdi”.

Məqalənin bu hissəsinə Azərbaycanın müvafiq orqanları diqqət yetirməlidir: “Bu arada isə Hindistanda mühüm, lakin daha az diqqət çəkən bir hadisə baş verdi. Keçən həftə Ermənistan Təhlükəsizlik Şurasının katibi sakitcə Dehlidə olub və Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Doval ilə görüşüb. Onların danışıqlarında “Sindoor əməliyyatı”ilə bağlı müzakirələr olub, lakin səfər zamanı başqa bir əsas narahatlıq var idi, o, Zəngəzur dəhlizi idi”.

Məqalədə birmənalı şəkildə deyilir ki, Pakistan və Türkiyə Ermənistanla münaqişəsində Azərbaycanı açıq şəkildə dəstəkləyir, Hindistan isə həmişə Ermənistanın yanındadır.

Hindistan və Pakistan arasında gərginlik dövründə İran (Səudiyyə Ərəbistanından sonra) sülhməramlı rolunda çıxış etməyə çalışıb. İranın xarici işlər naziri “Sindoor əməliyyatı” zamanı Dehlidə də olub.

Məqalədə deyilir: “Analitiklər hesab edirlər ki, Hindistan, İran və Ermənistan üçün daha sıx əməkdaşlıq etmək üçün doğru zamandır. Hindistan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanı qəti şəkildə dəstəkləsə, Azərbaycanın qurudan Avropaya çıxışını əngəlləyə və Türkiyə-Azərbaycan-Pakistan müttəfiqliyinə böyük zərbə vura bilər”.

Məqalədə qeyd olunur ki, Zəngəzur dəhlizindəki avtomobil və dəmir yolu Ermənistanın Sünik vilayətindən keçməlidir. Bu, Ermənistanı İranla birləşdirən yeganə quru yolu kəsəcək. Deməli, dəhlizin tikintisinin böyük strateji nəticələri olacaq.

Əgər dəhlizin çəkilişi baş tutsa, bu marşrut həm də Azərbaycan və Türkiyəyə bir-birinə birbaşa qurudan çıxış imkanı verəcək – hal-hazırda bu ölkələrin belə bir imkanı yoxdur. Ona görə də Türkiyə bu layihəni tam dəstəkləyir.

Sirr deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir ki, Türk və İslam bölgələrini qurudan yenidən birləşdirməyi xəyal edir və bu dəhliz onun baxışlarına tam uyğun gəlir. Bir çox ekspertlər hesab edir ki, cənab Ərdoğan Zəngəzur dəhlizini Türkiyənin Asiyadakı təsirini bərpa etmək məqsədinin bir hissəsi kimi görür…

Məqalənin müəllifi Analiza Pathak axırda yazır ki, Zəngəzur dəhlizi təkcə Ermənistanla Azərbaycan arasında lokal məsələ deyil. Bu dəhliz regional güc balanslarını dəyişmək gücündədir:

1) Ermənistanın cənub bölgəsinə nəzarətini zəiflədə bilər.

2) Ermənistanın əsas müttəfiqlərindən biri olan İrana girişinin qarşısını kəsə bilər.

3) Türkiyə-Azərbaycan müttəfiqliyini və onların regiondakı daha geniş planlarını gücləndirəcək.

Bir sözlə, Zəngəzur dəhlizi təkcə nəqliyyatla bağlı deyil, dünyanın çox həssas yerində geosiyasi nəzarət, təsir və gələcək ittifaqları formalaşdıra bilər…

Elbəyi Həsənli. Sürix

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 May 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri