Hindistanda dini festival zamanı növbəti izdihamda yeddi nəfər ölüb
Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında “Kumb mela” dini festivalında yaranan izdiham nəticəsində azı 7 nəfər ölüb, 10-dan çox insan yaralanıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" yerli mətbuata istinadən xəbər verir.
Polis bildirib ki, izdiham festival zamanı 40 dindarın ölümünə səbəb olan oxşar hadisənin qeydə alındığı yerdən təxminən 3 km aralıda baş verib. Məlumata görə, bu faciədən sonra dövlət orqanları ikinci izdiham və qurbanlar barədə susur.
Hindistanın şimalında hər 12 ildə bir dəfə “Kumb mela” festivalı keçirilir. Yanvarın 13-dən etibarən artıq 110 milyondan çox zəvvar Qanq çayında çimərək festivalda iştirak edib. Qırx beş günlük festivalda 1,5 milyon nəfəri əcnəbi olmaqla, 450 milyon insanın iştirak edəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 01 Fevral 2025 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















