Icma.az
close
up
RU
Hindistanda mobil cihazlara rəsmi nəzarət güclənir

Hindistanda mobil cihazlara rəsmi nəzarət güclənir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Smartfon istehsalçılarından dövlət tətbiqini yükləmələri tələb olunur

Kibertəhlükəsizlik təhdidləri dünya ölkələrini onlarla mübarizə yolları axtarmağa məcbur edir. Hindistanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi smartfon istehsalçılarına dövlət tərəfindən dəstəklənən “Sanchar Saathi” tətbiqinin cihazlarda əvvəlcədən quraşdırılması ilə bağlı göstəriş göndərib. Bu qərarın əleyhdarları hesab edirlər ki, silinməsi mümkün olmayan belə bir proqram istifadəçi hüquqlarını pozur.

“Sanchar Saathi” tətbiqi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə 2023-cü ildə hazırlanaraq istifadəyə verilib. Bu proqram hindistanlılara oğurlanmış və ya itmiş telefonu eyni adlı internet portalı vasitəsilə bloklamağa imkan verir (telefon sahibinə geri qaytarıldıqdan sonra eyni portaldan cihazın blokunu açmaq mümkündür). Həmçinin tətbiq vasitəsilə şübhəli zənglər, spam və zərərli keçidlər barədə polisə müraciət etməklə xəbər vermək olar.

Xidmət IMEI (International Mobile Equipment Identity – mobil avadanlığın beynəlxalq identifikatoru – red.) sayəsində fəaliyyət göstərir. IMEI hər bir mobil qurğuya verilən 14–17 rəqəmli unikal nömrədir. Bu nömrə ilə telefonun mənşəyini, modelini və seriya nömrəsini müəyyən etmək olur. Dələduzluq hallarında adətən saxta və ya təkrarlanan IMEI nömrələrindən istifadə edilir. Hindistan hökuməti bildirir ki, bu məlumatlara çıxış polisə itmiş və ya oğurlanmış cihazların qara bazara düşməsinin qarşısını almağa imkan verir. Rəsmi rəqəmlərə görə, tətbiq istifadəyə verildikdən bəri 3,7 milyon cihaz bloklanıb və 30 milyonadək saxta bağlantı kəsilib.

Nazirliyin göstərişinə əsasən, Hindistana idxal edilən smartfonlarda e-poçt, brauzer, qeydlər və digər əsas tətbiqlərlə yanaşı, “Sanchar Saathi” də əvvəlcədən quraşdırılmalıdır. Bu qərar Samsung, Vivo, Oppo, Xiaomi və Apple kimi şirkətləri əhatə edir. Göstərişin icrası üçün onlara 90 gün vaxt verilib. Artıq istifadədə olan cihazlara isə proqram təminatının yenilənməsi vasitəsilə tətbiqin quraşdırılması təmin edilməlidir.

Hüquqşünaslar hesab edirlər ki, əsas problemlər Stiv Cobsun yaratdığı şirkətlə bağlı olacaq. Apple əvvəllər də müxtəlif ölkələrin oxşar tələblərini rədd edib. Bu, şirkətin korporativ siyasəti ilə bağlıdır: Apple satılmamış smartfonlara dövlət və ya üçüncü tərəf tətbiqlərinin quraşdırılmasına icazə vermir.

Bununla belə, “Apple” Hindistanda ən populyar brend deyil. Texnoloji bazarın tədqiqat şirkəti “Counterpoint”in son məlumatlarına görə, Hindistan smartfon bazarının cəmi 9 faizi “Apple”a məxsusdur. Ən populyar brend 24 faiz payla Vivo-dur; onu 16 faiz ilə Oppo izləyir. Samsung və Xiaomi isə hərəsi 13 faiz bazar payına sahibdir.

“Counterpoint”in tədqiqat direktoru Tarun Patxak (“Reuters”ə istinadla) qeyd edib ki, Apple ilə bağlı məsələni həll etmək üçün elə bir seçim variantı tapıla bilər ki, istifadəçilər tətbiqi özləri quraşdırmağa həvəslənsinlər. Ekspertlər hesab edirlər ki, tətbiqin hindistanlılara nəzarət məqsədilə istifadə olunacağı real görünmür. Qeyd olunur ki, “Sanchar Saathi”nin əvvəlcədən quraşdırılması ilk növbədə yerli istehsalçıya dəstək məsələsidir və bu, artıq uzun müddətdir ölkənin gündəmindədir. Mütəxəssislər həm də əlavə edirlər ki, hindistanlı proqramçıların dəstəklənməsi siyasətinin məqsədlərindən biri Çin IT məhsullarının bazardan sıxışdırılmasıdır, bu isə yalnız yeni proqram təminatının yaradılması ilə məhdudlaşmır. Belə ortaq fikir var ki, insanların tətbiqləri onlayn mağazalardan yükləməsinə qadağa qoymaq çətindir. Buna görə də hökumət qeyri-iqtisadi üsullarla, o cümlədən öz proqram təminatının əvvəlcədən quraşdırılması yolu ilə yerli şirkətlərə dəstək göstərməyə çalışır. Bütün bunlar gələcəkdə “Sanchar Saathi”nin də daxil olduğu bütöv rəqəmsal ekosistemin yaradılmasına səbəb olacaq.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Dekabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri