Icma.az
close
up
RU
Hindular və türklər: qədim qohumluğun izləri

Hindular və türklər: qədim qohumluğun izləri

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Hindular və türklər fərqli xalqlar, fərqli qitələrin sakinləridir. Lakin elm adamları bu iki etnos arasında maraqlı oxşarlıqların mövcud olduğunu sübut edirlər.

Əvvəla, həm hinduların, həm də türklərin tarixi kökü  köçəriliklə bağlıdır. İddialara görə min illər öncə hinduların əcdadları Asiyadan qalxaraq Sibir və Altay bölgələrinə köç etmiş, sonralar isə zaman-zaman Berinq boğazı üzərindən Amerika qitəsinə yol almışlar. Boğaz su altında qaldıqdan sonra bu əlaqələr itmiş və onlar bir daha Altaya qayıda bilməmişlər. Lakin yollar kəsilsə də, genetik izlər hələ də yaşamaqdadır. 

Müasir genetik tədqiqatlar göstərir ki, Amerika  hindularında “Q1” adlandırılan haploqrup üstünlük təşkil edir. Bu genetik iz indiki Sibir türkləri sayılan hantılar, mansilər, yakutlar və şorlar arasında da geniş yayılmışdır. Digər hindu haploqrupu - “C2” ilə işarələnənlər isə Asiya xalqları, o cümlədən türklər arasında daha çox rast gəlinir.

Bu doğmalıq yalnız genetik deyil, dil və mədəniyət səviyəsində də müşahidə olunur. Məsələn, maya və keçua dillərindəki bəzi sözlər türk dili ilə heyrətamiz  dərəcədə oxşardır. Onlar türk dilində ağa - “aak”, qana - “kaan”, içməyə - “içu” deyirlər. 
Eləcə də məsələn, qurbağaya “baka”, ikiyə “ike”, göyə (səma) “gök”, ataya “tata” deyirlər. Təbii ki, bu cür təməl sözlər heç də təsadüfən eyni ola bilməzdi. 

Hətta qədim asteklərin özlərinə verdiyi ad - Akçilan (“ağ ilan”) da türkcəmizdəki anlamla tam üst-üstə düşür.
XVI əsr səyyahları da bu yaxınlıqdan çox yazıblar. İngilis səyyahı Con Cosselin qeyd edirdi ki, Amerika hindularının, xüsusilə də siu tayfalarının geyimi, davranışı və danışığı “türkcə danışan tatarları” xatırladır.

Hindular da türklər kimi öz mənşələrini totem heyvanlarla, məsələn, canavarla bağlayırlar.

Eləcə də türklər kimi, hindular da təbiət ruhlarına, ölən əcdadların və digər mənəvi varlıqların mövcudluğuna inanırlar. Onlarla əlaqə qurmaq üçün şamanlardan istifadə edirlər. 

Və nəhayət, hindu çöl evləri ilə türk yurtalarının bənzərliyi hər iki xalqın eyni mənşədən gəlməyinə və eyni məişəti, ənənələri bölüşdüynə tutarlı sübutdur. 

Murad Köhnəqala

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Oktyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri