Icma.az
close
up
RU
Hiperlaktasiya

Hiperlaktasiya

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Südünün hər damlası uğrunda mübarizə aparan və litrlərlə südgətirici çaylar içən analar, südünün azalmasını istəyən anaları çətin başa düşərlər.

Lakin, vəziyyət belə də olur və belə halda kimin bəxtinin daha çox gətirdiyini bilmək olmur.

Hiperlaktasiyadan əziyyət çəkən analarda aşağıdakı simptomlar müşahidə olunur:

Döşlərdə daim şişkin və ağrı, laktostaz, südün axması və ananın adi döş bezləri ilə axıntının qarşısını ala bilməməsi, daim ön südün çoxluğundan əziyyət çəkən körpə və super-südlü ananın həyatının digər narahatlıqları. Bir çox hallarda bu cür analar laktasiyanın qarşısını alan dərmanlar qəbul edir və döşlərini kip bağlayırlar. Axı onlar həkimlərdən “südünü sağ” kəliməsindən başqa heç bir faydalı məsləhət almırlar. Bu məsələ internetdə də az işıqlandırılıbdır.

Çoxları düşünür ki, əsas odur ki, körpə kifayət qədər ana südü alsın, ana isə bu vəziyyətə bir təhər dözə də bilər. Gəlin məsələni aydınlaşdıraq. Beləliklə, hiperlaktasiya, körpəsini bir döşdən o biri döşə tez-tez keçirən və bununla da öz orqanizmini daha da çox süd ifraz etməyə təşviq edən analarda baş verə bilər. Əslində döşləri tez-tez dəyişmək, süd çatışmamazlığı zamanı məsləhətdir. Hiperlaktasiya halında isə ana sadəcə körpəsini 2 saat ərzində yalnız bir döşlə əmizdirməlidir, yəni, körpəni bir döşlə bir neçə dəfə qidalandırıb, daha sonra körpə uzunmüddətli yuxuya gedib oyandıqdan sonra o biri döşə keçməlidir. Bu zaman, laktasiya 1 həftə ərzində qaydasına düşəcəkdir. Əgər bu üsul kömək etmirsə – döşü “hissə-hissə” verin, yəni, bir döşü körpəyə daha uzun müddət verin və bir neçə əmizdirməyə qədər uzadın, yəni, bir döşlə qidalandırmanı 4-5 saata qədər uzadın. Beləliklə, siz səhər tezdən körpənizi sol döşünüzlə qidalandırırsınız, nahar zamanı isə ona sağ döşünüzü, axşam sol döşünüzü, gecə sağ döşünüzü verirsiniz.

Bu, hiperlaktasiyanı nəzarətdə saxlamağın ən təsirli yoludur.  Hiperlaktasiya, körpəni əmizdirdikdən sonra südün artığını daim sağmağın nəticəsi də ola bilər. Bir qayda olaraq, laktasiyanın incə tənzimləmə mexanizmi, hələ ana doğum evində olarkən döşlərində süd durğunluğunun profilaktikası üçün südünü sağmağa məcbur edildikdə pozulur. Belə olan halda, ana körpəsini tez-tez əmizdirməklə, südünün sağılmasının sayını sıfıra endirməlidir.

Əvvəlcə süd sağmağa sərf etdiyiniz vaxtı qeyd edin və bu vaxtı hər 3 gündən bir, bir neçə dəqiqə azaldın. Bu ərəfədə döş yeni süd sağma rejiminə uyğunlaşır. 3-4-cü gün südünüzün sağılmasını daha bir neçə dəqiqə azaltmaq olar. Əgər körpə günorta vaxtı 2 saatdan çox yatırsa onu oyatmaq və əmizdirmək gərəkdir. Həmçinin, gecə 3-4 saatdan bir körpəni əmizdirmək zəruridir.

Bir çox analar, döşdə süd durğunluğu qorxusu ilə süd sağmaqdan əl çəkə bilmirlər. Amma inanın ki, əgər siz körpənizi tez-tez və düzgün əmizdirsəniz, həmçinin körpənizə əmzikli şüşədə əlavə qida və ya maye verməsəniz, əmzik təklif etməsəniz əmizdirmələrdən sonra südü sağmağın bir anlamı yoxdur. Lakin, bəzən elə olur ki, hiperlaktasiya, ananın orqanizminin təbii xüsusiyyətləri və hormonal pozğunluqlar nəticəsində əmələ gəlir. Bu məsələdə birinci yerdə sonsuzluğun müalicəsi, hamiləlik əleyhinə dərmanların qəbulu, qalxanabənzər vəzin, hipofiz vəzinin və yumurtalıqların patologiyası durur.

Belə olan halda, kompleksli yanaşma zəruridir-mütəxəssis nəzarətində olmaq, düzgün qida və maye qəbulu rejimini təşkil etmək. Birinci növbədə rasiondan laktasiyanı stimullaşdıran məhsulların, həmçinin qaynar içkilərin çıxarılması daxildir. Fitoterapiyanı sınamaq, məsələn laktasiyanı azaldan adaçayı çayı içmək olar.

Əmizdirmənin təşkilinə gəldikdə isə, burada ümumi tövsiyyələr vermək çətindir. Çünki, döşün dəyişdirilməsi intervallarının uzadılması heç də bütün analara uyğun gəlmir. Adətən əzmidirmə məsləhətçisi belə analara vəziyyətdən asılı olaraq, fərdi qaydada məsləhətlər verir.

Maraqlı fakt: Monqolustan sakini, 4 uşaq anası Baldanqiyn Oyunçimeq, super-əmizdirən ana olaraq məşhurlaşmışdır. Süd əmizdirdiyi dövr ərzində, o yüzlərlə yad körpəni südlə təmin edibdir. Qırmızı Xaç təşkilatının əməkdaşlarının hesablamalarına görə, bu qadın həyatı boyunca 1600 litr südünü başqa körpələrə bəxş edib! Onun südünü içmiş ilk uşaqların hal-hazırda 50-yə yaxın yaşı var. Hələ gənc ikən Oyunçimeq öz oğlunu əmizdirəndə, onun hiperlaktasiyadan əziyyət çəkdiyini bilən analar, ondan öz körpələrini də əmizdirməyi xahiş edirdilər. Monqolustan hökuməti dünyanın ən “südlü” anasını bir neçə orden, medal və fəxri fərmanlarla təltif etmişdir.

Mənbə: www.am-am.info
Tərcümə edən: Xumar Ərşadlı

Vib.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri