Icma.az
close
up
RU
Hirkan Milli Parkı Alman tədqiqatçıların diqqət mərkəzindədir FOTO

Hirkan Milli Parkı Alman tədqiqatçıların diqqət mərkəzindədir FOTO

Icma.az, Azertag saytına istinadən bildirir.

Lənkəran, 22 may, İlkin Adıyev, AZƏRTAC

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Hirkan Milli Parkının zəngin biomüxtəlifliyi avropalı tədqiqatçıların maraq dairəsindədir.

Araşdırmalar göstərir ki, ölkə ərazisində mövcud olan 4500 bitki növündən təxminən 2000-i Hirkan Milli Parkında müşahidə edilir. Orta hesabla hər 1000 hektarda 32 bitki növünün qeydə alındığı Hirkan Milli Parkı, zəngin flora və faunası ilə seçilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, milli parkın bu zənginliyi Almaniyadan olan tədqiqatçı xanım Sandy Kastnerin diqqətini cəlb edərək, onu buraya gətirib.

“Bu milli parkla bağlı məlumatları internetdən əldə etdim. Təbiət və onunla bağlı elmlər sahəsində çalışanların əksəriyyəti Azərbaycandakı milli parklar haqqında ümumi məlumata malikdir. Lakin belə parkların sadəcə mövcudluğuna dair məlumatlar asanlıqla əldə olunsa da, onların haqqında ətraflı və praktiki bilgilərə çıxış çox vaxt çətinlik yaradır. Fikrimcə, bu sahədə əsas məsələ təhsildir. Təhsil cəmiyyətin bu dəyərləri mənimsəməsi və qəbul etməsi üçün açardır. Xüsusilə də gənclər nəyi və niyə qorumağın vacib olduğunu anlamalıdırlar, çünki bu, bizim hamımızın məsuliyyət daşıdığı bir dəyərdir” , - deyə almaniyalı tədqiqatçı bildirib.

Hirkan Milli Parkı təkcə Azərbaycan üçün deyil, ümumilikdə, region üçün nadir və böyük əhəmiyyət daşıyan təbii sərvət sayılır. Parkın bu qədər önəmli olmasının əsas səbəblərindən biri, burada çoxsaylı endemik və relikt bitki növlərinin qorunub saxlanmasıdır.

Milli parkının baş elmi işçisi Həbib Rəhimovun sözlərinə görə, parkı ziyarət edən alman tədqiqatçılar burada rast gəldikləri bitki növlərinə böyük maraq göstərirlər. Onlar bildirirlər ki, bu nadir növlərin bir çoxuna Almaniyada rast gəlinmir: “Almaniyalı tədqiqatçılar burada əldə etdikləri ilkin bilgiləri genişləndirmək və gələcək elmi-tədqiqat işlərini davam etdirmək məqsədilə yenidən Hirkan Milli Parkına qayıtmaq niyyətində olduqlarını deyirlər. Bu da bir daha sübut edir ki, Hirkanın təbii zənginlikləri təkcə yerli deyil, beynəlxalq elmi ictimaiyyət üçün də böyük maraq doğurur. Hirkan Milli Parkında avropalı tədqiqatçıların xüsusilə maraq göstərdiyi ağaclardan biri də Hirkan şümşadıdır. Hərçənd ki, hazırda qurumuş vəziyyətdə görünür, amma bu ağacın xüsusiyyətlərindən biri müəyyən zaman keçdikdən sonra özünü təbii şəkildə bərpa etmək qabiliyyətinə malik olmasıdır. Bu nadir xüsusiyyət onu həm elmi tədqiqatlar, həm də biomüxtəlifliyin qorunması baxımından son dərəcə qiymətli edir. Hirkan şümşadı təkcə regionun deyil, həm də qlobal miqyasda təbiət elmləri sahəsində çalışan mütəxəssislərin diqqətini üzərinə cəmləyən nadir relikt növlərdən biridir” , - deyə baş elmi işçi əlavə edib.

Qeyd edək ki, 40 min hektardan artıq sahəni əhatə edən Hirkan Milli Parkı 2023-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu park Azərbaycanın bu nüfuzlu siyahıya daxil edilən ilk təbiət ərazisi olmaqla, ölkənin təbii irsinin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir. Bu status parkın qorunmasına və elmi-turizm potensialının inkişafına da əlavə imkanlar yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri