Hirkan Milli Parkı “Qırmızı kitab”a daxil edilmiş bitki növlərinin sayına görə birinci yerdədir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 21 may, AZƏRTAC
Hirkan Milli Parkı “Qırmızı kitab”a daxil edilmiş bitki növlərinin sayına görə ölkəmizdə birinci yeri tutur.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova deyib.
Akademik bidirib ki, Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri ekosistemlərin və nadir növlərin qorunmasında mühüm rol oynayır. Həmin ərazilər arasında bitki müxtəlifliyi və “Qırmızı kitab”a daxil edilmiş növlərin sayına görə müəyyən fərqlər müşahidə olunur. “Tədqiqatlar və Azərbaycan Respublikasının “Qırmızı kitab”larının təhlili göstərir ki, hər üç nəşrə daxil edilmiş nadir, endemik və relikt növlərin sayına görə Hirkan Milli Parkı, Zaqatala Dövlət Təbiət Qoruğu, İsmayıllı Dövlət Təbiət Qoruğu və Göygöl Milli Parkı xüsusilə seçilir. Bu sırada Hirkan Milli Parkı birinci yerdədir. Bunun əsas səbəbləri arasında bu regionun paleogen dövründən miras qalmış relikt flora elementləri, eləcə də rütubətli subtropik iqlim şəraiti qeyd oluna bilər. Burada “Qırmızı kitab”da yer alan Hirkan şümşəsi, Hirkan qovağı, Lənkəran gülxətmisi, giləmeyvəli qaraçöhrə və digər nadir bitki növləri yayılıb”, - deyə İ.Hüseynova vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 22 May 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















