Icma.az
close
up
RU
Hirkan Milli Parkının vəzifəli şəxsi azadlığa buraxıldı

Hirkan Milli Parkının vəzifəli şəxsi azadlığa buraxıldı

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ali Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və vəzifə saxtakarlığında təqsirləndirilən Dadaş Quliyevin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin qərarı məhkumun müdafiəçisi tərəfindən verilən kassasiya şikayətinə münasibətdə dəyişdirilib. Onun barəsində təyin edilən 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası şərti hesab edilərək, ona üç il sınaq müddəti müəyyən edilib, həbs qətimkan tədbiri ləğv olunub və Dadaş Quliyev cəzaçəkmə müəssisəsindən azad edilib. Eyni zamanda, əlavə cəza kimi təyin edilmiş vəzifə tutmaq hüququndan məhrumetmə cəzasının müstəqil icra olunması qərara alınıb.

İttihama görə, Dadaş Quliyev vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edib, nəticədə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub, həmçinin vəzifə saxtakarlığı törədib.

Məhkəmə müəyyən edib ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 25 saylı dolayında mühafizə yegeri işləyərkən həmin meşəbəyliyin sahə müfəttişi vəzifəsini müvəqqəti icra edib. Dadaş Quliyev bu vəzifədə olarkən tabeliyində olan mühafizə yegerlərinin fəaliyyətinə nəzarət etmək, mühafizə rejimini təmin etmək, qanun pozuntularını rəsmiləşdirib rəhbərliyə məlumat vermək öhdəliyinə malik olduğu halda, 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayınadək xidməti vəzifələrini qəsdən icra etməyib.

Belə ki, müəyyən edilməmiş şəxslər tərəfindən pul müqabilində Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin müxtəlif dolaylarında ağacların qanunsuz kəsilməsinə və təbii şəkildə aşmış ağacların daşınmasına şərait yaradılıb. Nəticədə 29, 30 və 27 saylı dolaylarda ümumilikdə 93 ədəd ağac qanunsuz kəsilib, səkkiz ədəd təbii aşmış ağac daşınıb, təbiətə isə 47 128.01 manat məbləğində maddi ziyan vurulub. Məhkəmə bu halların xüsusi mühafizə olunan Milli Park ərazilərində ekoloji tarazlığı pozmaqla əhalinin həyat və sağlamlığı üçün təhlükə yaratdığını müəyyən edib.

Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olunub ki, Dadaş Quliyevin 2023-cü ilin oktyabr-noyabr aylarında Seyfidor meşəbəyliyinin 27-ci dolayında yaş halda qanunsuz kəsilmiş ağcaqayın ağacını aşkar etməsinə baxmayaraq, törədilmiş cinayət əməllərini ört-basdır etmək məqsədilə 15 fevral 2024-cü il tarixli saxta akt tərtib edib, ağacı quru halda kəsilmiş kimi rəsmiləşdirərək rəhbərliyə təqdim edib və bununla vəzifə saxtakarlığına yol verib.

Lənkəran Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli hökmü ilə Dadaş Quliyevin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona qismən cəzaların toplanması yolu ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə, habelə 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrumetmə cəzası təyin edilib. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalından dərhal həbs olunub. Mülki iddia təmin edilərək dəymiş ziyanın ödənilməsi qərara alınıb.

Hökmdən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilsə də, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyul 2025-ci il tarixli qərarı ilə həmin şikayətlər təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Daha sonra məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Yanvar 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see365

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see197

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see136

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri