Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Hitler 1945 ci ilin iyununda nüvə silahı əldə edəcəkmiş Gizli nüanslar

Hitler 1945 ci ilin iyununda nüvə silahı əldə edəcəkmiş Gizli nüanslar

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


II dünya müharibəsinin son aylarında dünya tarixinin əsas cinayətkarlarından biri Adolf Hitler gizli silahının köməyi ilə SSRİ üzərində qələbə qazanacağına əmin olub. Bu, 3-cü reyxin Təbliğat Nazirliyinin iqtisadi şöbəsinin keçmiş rəhbəri və Milli Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) funksioneri, quppenfürer Verner Vaxterin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən yayıılan 10 oktyabr 1945-ci il dindirilmə protokolunda göstərilib.

Dünya, sözün əsl mənasında, nüvə müharibəsi və atom fəlakətinin astanasında olub. V. Vaxter bildirib ki, 1943-cü ildə keçmiş həmkarı, Almaniya Təbliğat Nazirliyində rabitə mühəndisi işləyən Dominik məxfi söhbətləri zamanı ona atom bombası istehsalı üzərində işləyən bir qrup mühəndislə ünsiyyəti barədə danışıb. Dominik Vernerə alman alimlərinin atom nüvəsinin parçalanmasına nail olduqlarını və mütəxəssislərin hazırda nüvə enerjisinin praktik tətbiqi üçün metodlar və yollar hazırladıqlarını, artıq eyni şeyi edən amerikalılar və britaniyalılardan il yarım qabaqda olduqlarını bildirib.

dcd80fe2-2050-46f3-b838-32bba8102196.jpeg (138 KB)

V. Vaxter daha sonra ifadəsində yazıb ki, gizli hökumət bülleteninin redaktoru Hans Hertel daha sonra başqa bir məxfi söhbətində ona 1945-ci ilin fevral ayında Göbbelsin əmri ilə Selle şəhərinə etdiyi səfər barədə danışıb. Hertel orada tanıdığı xüsusi təyinatlı hərbi hava qüvvələri məktəbinin rəisi polkovnik Hermann Hajo ilə görüşünü təsvir edib. Məxfi söhbət zamanı Hajo ona məktəbin SSRİ-nin Ural və Orta Asiyadakı sənaye mərkəzlərinə nüvə bombaları atmaq üçün nəzərdə tutulmuş ən son dizaynlı (reaktiv mühərrikli - Qeyd), uzun mənzilli bombardmançı təyyarələrə sahib olduqlarını bildirib.

Hertel həmçinin əlavə edib ki, Selledəki xüsusi təyinatlı qüvvələrə məxsus hava qüvvələri məktəbinin rəhbərinin sözlərinə görə, bu ən yeni alman bombardmançı təyyarələrini təkcə onun aerodromunda deyil, həm də bir sıra başqa yerlərdə yerləşən qırıcılar müşayiət edəcək.

Daha sonra V.Vexter əlavə edib ki, Hitlerin atom silahından 1945-ci ilin yayında, daha dəqiq desək, 1945-ci ilin iyun ayında istifadə etmək niyyətində olduğu qənaətinə gəlib. O, fikrini 4 iddia ilə əsaslandırıb.

27c832b4-e824-42df-bde8-2b69295fc7d0.jpeg (180 KB)

1. Almaniya Təbliğat Nazirliyinin dövlət katibi doktor Naumann həmin dövrdə 3-cü reyxin fəlakətli hərbi-siyasi vəziyyəti barədə gizli iclasda Hitlerin dediklərini sitat gətirib - “Tanrı məni müharibənin son 14 gününə görə bağışlasın”. O, bu sözləri mənə dedikdən sonra vəziyyətin tezliklə kökündən dəyişəcəyinə tam əmin idim.

2. Verner Vaxter 1945-ci ilin əvvəllərində Almaniyanın faktiki silahlanma nazirinin müavini Şpeerlə silahlanma şöbəsinin müdiri Zaurla görüşüb. Hər iki şəxs gizli şəkildə ona ən son silahların istehsalı üçün sürətləndirilmiş işlərin aparıldığını və tezliklə cəbhədə istifadə olunacağını bildiriblər.

903f99bc-e480-48d2-9fae-9439ff85688c.jpeg (59 KB)

3. 1945-ci ilin yazında Verner Vaxterlə görüş zamanı Alman Tədqiqat Şurasının ixtiraçısı professor Şumann gizli şəkildə ona müharibənin gedişatını Almaniyanın xeyrinə dəyişdirəcək gizli silah üzərində geniş iş apardığını deyib.

4. 1945-ci ilin mart ayında Göbbels Təbliğat Nazirliyinin əməkdaşı fon Borkeyə şəxsən öz iştirakı ilə fürerin 1945-ci ilin iyun ayı üçün ulduz falı tərtib etməsini tapşırıb. Həmin fala görə, 1945-ci ilin iyun ayı Hitlerin üçün ən əlverişli ay olacaqmış.

8903b3bb-a416-4cf1-800d-8a40e06c0d52.jpeg (210 KB)

Lakin Stalinin Jukova Berlini ələ keçirmək və nasist Almaniyasını mümkün qədər tez bir zamanda məhv etməsi barədə tapşırığı vəziyyəti dəyişib. Odur ki, Stalin qatil həmkarı Hitlerin nüvə silahı hazırlayıb istifadə etməsinin, ən azı bütün Avropanı xaosa və ya dəhşətli nasist diktaturasına sürükləməsinin qarşısını ala bilib. Çünki əgər nasistlər atom bombaları olan reaktiv təyyarələrdən və ya raketlərdən istifadə etsəydilər, Rokossovski, Jukov və Konevin cəbhə xəttindəki ordu qrupları, Almaniyaya yaxınlaşan digər dövlətlərin hərbçilərinin əksəriyyəti həlak olardı. Heç o zaman Almaniya təyyarələri Volqa və Urala uçmaq məcburiyyətində də qalmazdılar. Çünki atom bombası bir neçə günün içində tarixin gedişatını nasistlərin xeyrinə tam dəyişərdi.

(Musavat.com)


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Aprel 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri