Icma.az
close
up
RU
Hitlerin köməkçisi tərəfindən oğurlanan şah əsər tapıldı: Sonra yenidən itirildi

Hitlerin köməkçisi tərəfindən oğurlanan şah əsər tapıldı: Sonra yenidən itirildi

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Hitlerin köməkçisi tərəfindən oğurlanan şah əsər müəmmalı şəraitdə yenidən yoxa çıxıb. Necə ola bilər ki, o, təxminən yüz il ərzində iki dəfə itirilib?

“Cümhuriyət” nasistlər tərəfindən oğurlanmış “Bir xanımın portreti”nin axtarış yoluna işıq salır. Bu əsər təsadüfən Argentinada tapılıb və sonra yenidən itib.

Avqustun sonunda Niderlandın “Algemeen Dagblad” (AD) qəzeti böyük bir araşdırmanın tamamlandığını elan etdi. İnternetdə dərc olunan fotoşəkil sayəsində 17-18-ci əsr məşhur italyan rəssamı Vittore Qislandi Cuzeppe tərəfindən çəkilmiş "Bir xanımın portreti"nin yeri 100% əminliklə müəyyən edildi.  Rəsm 1940-cı ildə görkəmli Amsterdam sənət dilerinin kolleksiyasından nasistlər tərəfindən oğurlanıb. Ancaq tapıldıqdan az sonra portretin bütün izləri yenidən itdi. 

“Bir xanımın portreti”nin izində böyük təsadüf

85 il əvvəl yoxa çıxan tablo avqust ayında Buenos-Ayres əyalətinin böyük liman şəhəri Mar del Plata sakininin evini satışa çıxarmasından sonra yenidən gündəmə gəlib. “Robles Casas&Campos” daşınmaz əmlak agentliyinin saytında yerləşdirilən otaqlardan birinin fotosunda AD jurnalistləri bu məşhur əsəri xatırladan bir rəsm görüblər.

Ev olduqca “kölgəli” bir fiqurun ailəsinə aid olduğu üçün onlar heç də şoka düşmədilər. Adolf Hitler və HermannGörinqin şəxsi maliyyə məsləhətçisi FridrixKadqienin qızı evini satırdı. O, 1907-ci ildə anadan olub, Köln Universitetində hüquq elmləri doktoru elmi dərəcəsi alıb. Onun borc qiymətli kağızları üzrə dissertasiyası ən həcmli və hətta professorlar üçün nəzərdə tutulmuş dissertasiyalardan biri idi. Prussiya hökumətində çalışıb və nasistlərin güclənməsi ilə onlara öz xidmətlərini təklif edib.

Kadqien SS-nin üzvü idi, 1936-cı ildə nasist Almaniyasının hərbi sənayesini modernləşdirmək üçün hazırlanmış bir sıra iqtisadi tədbirlər olan Dörd İllik Planın yaradılmasında iştirak etmiş və daha sonra Üçüncü Reyxin elitası tərəfindən talan edilmiş mədəni sərvətlərin Cənubi Amerikaya qaçaqmalçılıq yolu ilə aparılmasındaxüsusi “əməyi” olub.

1945-ci ildə Kadqien İsveçrəyə qaçdı, oradan Braziliyaya, sonra isə Argentinaya köçdü. Mərkəzi Kəşfiyyat İdarəsi bir neçə il keçmiş nasist maliyyəçisini tapmağa çalışdı, lakin onun izi Braziliyada itdi.

Argentinada rahat şəkildə məskunlaşdı, biznesə başladı, evləndi və 1960-cı illərdə iki qız atası oldu. Nasist cinayətkarı 1978-ci ildə öldü. Lakin Amerika kəşfiyyatının qeyd etdiyi kimi, Kadqien əsl nasist deyildi, lakin müəyyən mənada daha təhlükəli idi.

Ağıllı, hazırcavab və yaxşı təhsilli bu insan üçün namus, vicdan və ideallar yox idi. O, mənfəət üçün istənilən işə və ya hakimiyyətə xidmət etməyə hazır idi. CIA sənədlərində onu "ən aşağı səviyyəli ilan" kimi təsvir edirdi.

"Bir xanımın portreti" yəhudi əsilli uzun müddətdir Niderland sənət dileri olan JakQudstikkerinkolleksiyasındandır. O, 1897-ci ildə anadan olub, 1940-cı illərin əvvəllərində sənət kolleksiyası və ticarət dünyasında adından söz etdirib.Lakin taledən aça bilməyib, dənizdə olarkən qəzaya uğrayıb. Mayın 16-da Qudstikker göyərtədə büdrəyib, anbara düşüb və boynunu sındırıb. Onun yanında "qara kitab" adlanan kitab var idi, bu kitab kolleksiyada qalan bütün əsərlərin ətraflı inventarıdır. Qislandinin “Bir xanımın portreti” də bu siyahıda idi.

Qarət edilən milyonlar 

Nasistlər Niderlandı tamamilə işğal etdikdən sonra talana başladılar. Lakin onlar bu talançılığı hüquqi əsaslarla əsaslandırmağa çalışıblar. Xüsusilə, Qudstikkerin kolleksiyasını Hermann Görinq alıb. Bu işdə sənət dilerinin keçmiş işçiləri yardımçı olub və onun ölümü alışı asanlaşdırıb.

Nəhayət, niderlandlı bankir Alois Miedlin vasitəçisinin köməyi ilə sənət kolleksiyası on dəfələrlə baha olsa da, cəmi iki milyon guldenə Görinqin əlinə keçdi. Almanlar varislərin olmasına məhəl qoymadılar.

Fridrix Kadqien Görinqin maliyyə məsləhətçisi idi və çox güman ki, bu qaranlıq sövdələşmədə iştirak etmişdi. 1945-ci ildə o, qiymətli əşyaları götürüb və qaçaraq Argentinada gizlənib.

Çardaqdakı sərvət

Təxminən on il əvvəl Paul Post adlı yaşlı bir kişi “AlgemeenDagblad”-in jurnalisti Kiril Rosmana yaxınlaşıb. O, müxbirin nasistlər tərəfindən oğurlanmış qiymətli əşyalarla maraqlandığını bilirdi və ona atasının gündəliyindən öyrəndiyi, ailə evinin çardağında təsadüfən aşkar etdiyi əsərdən danışdı.

Bildirdi ki, 1919-cu ildə atasının Amsterdam qalereyasında işləməyə başlayıb, onu ictimai qalereyaya çevirib və hətta Niderland sənət dünyasında inqilab edib. Qudstikker Amsterdamda ilk dəfəİtaliya intibah dövrü rəsmlərinin böyük sərgisini keçirib. Sərginin mərkəzi əsərlərindən biri Françesko Skuarsionun məşhur “Madonna və Uşaq” əsəri olub.

1927-ci ildə kolleksiyanı daha böyük bir binaya köçürdü və 15- 17-ci əsrlərdəki digər Avropa ustalarının rəsmləri ilə yanaşı, Niderlandın qızıl dövrünün ustalarının əsərlərini sərgiləməyə başladı. Bu, o zaman üçün cəsarətli  addım idi.

1930-cu illərin sonlarında Qudstikker kolleksiyasında İohanVermeerin rəsmləri də daxil olmaqla, mindən çox əsər var idi. 1940-cı il mayın 10-da faşist Almaniyası Niderlandı işğal etdi. Tanınmış diler kolleksiyasını tərqoymalı oldu və ailəsi ilə birlikdə digər qaçqınlarla birlikdə Bodeqraven gəmisində ABŞ-yə getdi.

Nasistlər ölkəni ələ keçirdikdən sonra yəhudi zərgərlərdən və kolleksiyaçılardan zinət əşyaları və pul qoparmağa başladılar, onlara qırğın düşərgələrindən xilas olacaqlarını vəd etdilər. Gündəlikdə yazılan qeydlərə görə, əldə edilən gəlir Almaniyanın müharibə sənayesini gücləndirmək üçün istifadə edilib və Kadqien bu əməliyyatlarda əsas fiqur olub.Görinqin maliyyəçisi 1945-ci ildə ölkədən qaçarkən yanında qiymətli daşlar və iki rəsm əsəri olub. Onlardan biri də Qislandinin “Bir xanımın portreti” idi.

Qızı təsadüfən tablonun yerini açıqladı

2010-cu illərin ortalarında Kadien və ailəsinin taleyi artıq çoxlarına məlum idi. Qızları Patrisiya və Alisiya Argentinada tanınmış və hörmətli sahibkarlar idilər. Patrisiya toxuculuq sənayesində çalışırdı, Alisiya isə əri ilə birlikdə Çilidə məşhur Amerika motosiklet istehsalçısı Harley-Davidson-un böyük dilerinə sahib idi.

Rosman on il ərzində onları ataları və onun Avropada sənət oğurluğunda iştirakı ilə bağlı sorğu-sual etməyə çalışdı. Hər iki qadın qəti şəkildə suallara cavabdan imtina edirdilər. Keçmiş nasist cinayətkarının qızlarının onun keçmişi haqqında heç nə bilmədiyini güman etmək ağlabatan idi. Onlar hər şeydən sonra -1960-cı illərdə anadan olublar. Lakin sonrakı hadisələr başqa ehtimallara imkan verirdi.

Avqust ayında daşınmaz əmlak agentliyinin saytında bacılardan birinin malikanəsinin fotosunda (hansısının olduğu məlum deyil) divanın üstündən asılmış “Bir xanımın portreti” diqqətiçəkdi. Mediada yaranan fırtınadan sonra evin elanı tez bir zamanda saytdan silindi.

AD-nin Argentina müxbiri Peter qadına zəng edərək müsahibə istədi, heç olmasa elektron poçtla suala cavab verməyə razı salmağa çalışdı. O razılaşdı, amma dərhal açıqladı ki, əsər barədə heç bir açıqlama gözləməsin:

“Məndən hansı məlumatı istədiyinizi bilmirəm. Heç bir rəsm haqqında heç nə bilmirəm”.

Jurnalist Messenger vasitəsilə müsahibə suallarını və əsərin şəklini göndərdi. Qadın dərhal çox məşğul olduğu üçün dərhal cavab verə bilməyəcəyini yazdı. O vaxtdan bəri suallara cavab vermir. AD-nin redaktorları iddia edirlər ki, nasist hərbi cinayətkarının varisi sosial media idarəçiliyini də dəyişib.

İnterpol “Bir xanımın portreti”ni axtarır

Bu sırada xatırlandı ki, bir neçə il əvvəl jurnalistlər bacılardan birinin sosial media səhifəsində Qudstikkerin "qara kitabı"ndan - 17-ci əsrin məşhur niderlandlı natürmort rəssamı AbrahamMinyonunyoxa çıxan bir rəsmini görüblər. Bu rəsm də əlçatmaz olaraq qaldı, deyəsən, Kadqienin qızları atalarının kimliyini yaxşı bilirdilər və onun ələ keçiridiyi mirasla ayrılmaq niyyətində deyillər.

Hazırda Qudstikkerin kolleksiyasından təxminən 200 əsər tapılaraq varislərinə qaytarıldığı güman edilir. Kolleksiyanın varisi 81 yaşlı Marei fon Sakerdir. O, artıq Argentina polisi, eləcə dəİnterpolla əlaqə saxladığını və onlar istintaqda hərtərəfli əməkdaşlıq edəcəklərinə söz veriblər. Qadın bildirib ki, məşhur kolleksiyanı bərpa etmək onun həyat məqsədidir.

Yalnız ümid etmək olar ki, Argentina hakimiyyəti bu dəfə məsələyə ciddi yanaşacaq. Mümkündür ki, Qudstikker kolleksiyasındakı iki rəsm Görinqin maliyyəçisinin dağılan Üçüncü Reyxdən qaçaqmalçılıq yolu ilə çıxara bildiyi əsərlərə aiddir.

Bununla belə, gözardı etmək olmaz ki,bu Latın Amerikası ölkəsi qaçaq nasistlərə və onların nəslinə qarşı yumşaq münasibəti ilə tanınır. Buna görə də bu hekayə hələ çox su aparacaq.

Elnarə Kərimova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Oktyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see212

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see178

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see169

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see153

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see149

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see143

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see132

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri