Hökməli Qobu yolunda üç nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hökməli–Qobu yolunda baş verən və üç nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, faktla bağlı Abşeron rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, Abbasov Umudvar Usub oğlu yol vərəqəsi ilə idarə etdiyi "MAN TGX 18440" markalı yəhərli dartıcı yük avtomobili ilə hərəkətdə olarkən həmin yolda əks istiqamətdə hərəkətdə olan "Toyota Prius" markalı avtomobillə toqquşub.
Nəticədə "Toyota Prius" markalı avtomobilin sürücüsü 1985-ci il təvəllüdlü Məmmədov Zaur Çingiz oğlu və həmin avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Məmmədova Nariyə Osman qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1954-cü il təvəllüdlü Məmmədov Mübarək Polad oğlu isə xəsarət alaraq Mərkəzi Respublika Xəstəxanasına yerləşdirilib.
Fatkla bağlı Abşeron RPİ-də Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq, istintaq aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 09 Dekabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















