Icma.az
close
up
RU
Hökumət “Rus evi”ni bağlayır

Hökumət “Rus evi”ni bağlayır

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Moldovanın yeni hökuməti Kişinyovda fəaliyyət göstərən Rusiya Elmi və Mədəniyyət Mərkəzinin (“Rus evi”) bağlanması barədə qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu qərar baş nazir Aleksandr Munteanu rəhbərliyində keçirilən yeni Nazirlər Kabinetinin ilk iclasında təsdiqlənib.

Moldova mətbuatının məlumatına görə, qərar layihəsini təqdim edən mədəniyyət naziri Kristian Jardyan bildirib ki, “Rus evi” 1998-ci il oktyabrın 30-da Moskva şəhərində imzalanmış Moldova-Rusiya sazişi əsasında açılmışdı. Həmin saziş hər iki ölkə ərazisində mədəniyyət mərkəzlərinin yaradılmasını, mədəni, humanitar və elmi əlaqələrin inkişafını nəzərdə tuturdu və 2001-ci il iyulun 4-də qüvvəyə minmişdi.

Nazirin sözlərinə görə, 24 fevral 2022-ci ildən sonra “Rus evi” Rusiyanın Moldovaya qarşı “hibrid müharibə alətinə” çevrilib. “Mövcud geosiyasi şəraitdə bu sazişin tətbiqi artıq mümkün deyil və Rusiya tərəfindən dezinformasiya yaymaq üçün istifadə oluna bilər”, – deyə Jardyan bildirib.

O qeyd edib ki, Moldovanın Rusiya ərazisində analoji mədəniyyət mərkəzi yoxdur. “Sazişdə ləğvetmə mexanizmi birbaşa göstərilməsə də, onun müddəti hər beş ildən bir avtomatik uzadılır. Əgər tərəflərdən biri qarşı tərəfi ən azı altı ay əvvəl xəbərdar edərsə, sənədin qüvvəsi dayandırıla bilər. Hazırkı müddət 4 iyul 2026-cı ildə başa çatır və biz onun uzadılmamasını təklif edirik”, – nazir əlavə edib.

Qərar hökumət üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Kremlin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında bildirib ki, Moskva “Rus evinin” bağlanmasına “təəssüflə yanaşır” və Moldovanın bu qərarının “ölkə vətəndaşlarının maraqlarını görməməzliyə vurduğunu” düşünür.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Noyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri