Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Hökumətdən hazırlıq: 100 mindən çox ev...

Hökumətdən hazırlıq: 100 mindən çox ev...

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İqtisadçı deyir ki, bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür, çünki...

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı qiymətləndirmələr davam edir.

V.Bayramov qeyd edib ki, hökumət tərəfindən bu istiqamətdə konsepsiyanın işlənməsi ilə bağlı da intensiv şəkildə fəaliyyətlər həyata keçirilir: “İlkin rəsmi məlumatlara görə, konsepsiyanın qəbul edilməsi 100 mindən artıq qeydiyyatsız evin daha qısa zaman ərzində çıxarışla (kupça) təmin olunmasına imkan verəcək. Biz də bu sahədə prosesin sürətlənməsini təklif edirik. Çünki nəticədə bu bir tərəfdən uzun müddət müzakirə edilən qeydiyyatsız evlərin sənədləşdirilməsini, digər tərəfdən, həmin evlərin mülkiyyət hüquqlarının tanınmasına şərait yarada bilər”.

Qeyd edək ki, Azərbaycanda minlərlə insan illərdir yaşadıqları evlərə və torpaqlara dair çıxarış (kupça) ala bilmədiyi üçün hüquqi qeyri-müəyyənlik içində yaşayır. Xüsusilə sovet dövründə vətəndaşlara ayrılmış torpaq sahələrinin sonrakı taleyi, qanuni statusu illərlə həll olunmamış qalırdı.

İndi isə ilkin mərhələdə 100 min ailəyə sevinc yaşadılması real görünürmü?

Liberal iqtisadçılar Birliyinin sədri Akif Nəsirli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “İlkin mərhələdə 100 min ailənin sənədsiz evlərlə bağlı probleminin həll olunması nəzəri baxımdan real görünür. Çünki Azərbaycanda uzun illər ərzində formalaşmış bu problem əsasən eyni xarakterli hallardan ibarətdir - sovet dövründə ayrılmış torpaqlar, vaxtilə icra hakimiyyətlərinin verdiyi qeyri-rəsmi razılıqlar, eləcə də sənədləşmə prosesində yaranmış boşluqlar. Dövlət siyasi qərar verdiyi halda müəyyən kateqoriyalara aid evlərin sürətlə leqallaşdırılması mümkündür.

Hazırda ölkədə 600 mindən çox sənədsiz tikili var. Amma reallıqda prosesin tam sürətli getməsi bir sıra çətinliklərlə üzləşə bilər. Əsas problem ondan ibarətdir ki, bütün sənədsiz evlər eyni statusda deyil. Bəzi evlər kənd təsərrüfatı təyinatlı torpaqlarda, bəziləri kommunikasiya xətlərinin, neft-qaz borularının, yüksək gərginlikli elektrik xətlərinin və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan ərazilərin üzərində tikilib. Bu tip evlərin hamısına çıxarış verilməsi hüquqi və texniki baxımdan mümkün olmaya bilər".

İqtisadçı əlavə edib ki, digər məsələ arxiv və torpaq məlumatlarının natamam olmasıdır: “Bir çox hallarda torpağın əvvəlki sahibi, təyinatı və sərhədləri ilə bağlı məlumatları tam olmur. Bu isə sənədləşmə prosesini ləngidə bilər. Eyni zamanda korrupsiya və bürokratik maneələr də risk olaraq qalır. Əgər proses tam rəqəmsallaşdırılmasa və şəffaf aparılmasa, yenə də vətəndaşların əlavə problemlərlə üzləşməsi mümkündür.

Eyni zamanda qanunsuz tikililərin leqallaşması yeni sənədsiz tikililərin yaranmasını stimullaşdıra bilər. Ona görə də bu istiqamətdə nəzarət gücləndirilməli və sənədli tikililərin yaranmasını asanlaşdırılmalıdır".

Akif Nəsirli dünya təcrübəsinə istinad edərək analoji problemlər yaşanan  ölkələrin adını açıqlayıb: “Türkiyə, Gürcüstan, Braziliya və bəzi Şərqi Avropa ölkələri müəyyən mərhələlərdə sənədsiz yaşayış massivlərinin leqallaşdırılması proqramları həyata keçiriblər. Əksər hallarda dövlətlər tam söküntü yolunu deyil, sosial və iqtisadi reallığı nəzərə alaraq mərhələli leqallaşdırma modelini seçiblər. Çünki milyonlarla insanın illərlə yaşadığı evlərin hüquqi status almaması həm sosial narazılıq yaradır, həm də iqtisadi dövriyyəyə mane olur.

Əgər Azərbaycanda da proses düzgün hüquqi mexanizmlərlə və aydın meyarlarla aparılsa, bu addım həm vətəndaşların mülkiyyət hüququnun tanınmasına, həm daşınmaz əmlak bazarının genişlənməsinə, həm də bank kreditləşməsinin artmasına müsbət təsir göstərə bilər. Ancaq bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi də real görünmür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 May 2026 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri