Hökumətyönlü idi, Putinə “oğru” dedi, atdılar “içəri”
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyada hakimiyyətyönlü bloger İlya Remeslo saxlanılıb.
Axar.əaz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, onu Rusiya ordusu haqqında saxta xəbərlərin yayılması ilə bağlı açılmış cinayət işi çərçivəsində 10 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Remeslo Rusiya müxalifətinə, xüsusən də Aleksey Navalnıya qarşı fəal şəkildə çıxış edən Kreml tərəfdarı bloger və vəkil kimi tanınır. Martın ortalarında Remeslo Teleqram kanalında ölkə rəhbərliyini kəskin tənqid edən bir sıra paylaşım edib və Putinin legitim prezident olmadığını, istefa verməli olduğunu, həmçinin hərbi cinayətkar və oğru kimi məhkəməyə verilməli olduğunu bəyan edib. Ertəsi gün o, psixiatriya xəstəxanasına yerləşdirilib. Bloger xəstəxanadan çıxandan sonra hökumətə qarşı tənqidi münasibətini dəyişmədiyini bildirib və ifadələrinə görə ruhi xəstəxanaya düşdüyünə işarə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 17 İyul 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















