Icma.az
close
up
RU
Holann hettrik etdi, Norveç qrupu zirvədə tamamladı

Holann hettrik etdi, Norveç qrupu zirvədə tamamladı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu qrupun kuliminasiya nöqtəsi böyük maraqla gözlənilirdi.

Avstriya ilə Norveç son tura eyni xalla daxil olmuşdu. Avstriya top fərqində öndə olduğu üçün üstünlük bu komandanın tərəfində idi. Ötən tur evdə Norveçlə oyunda darmadağın olan Sloveniyanın Vyanada rəqibinə layiqincə müqavimət göstərəcəyi inandırıcı görünmürdü. Hərçənd sloveniyalıların 2-ci pilləni tutmaq şansı var idi. Komanda qələbə qazanacağı təqdridə şəxsi oyunlarda Avstriyadan üstün olduğu üçün 2-ci yeri tutacaqdı.
İlk yarıda proqnozlar doğruldu və Avstriya fasiləyə öndə yollandı. Amma meydan sahibləri 2-ci hissədə üstünlüyü artırmaq əvəzinə bu qolla kifayətləndi. Bu üzdən futbol dərhal onları cəzalandırdı. Son anları üstün keçirən Sloveniya bərabərlik qolunu vurmağa müvəffəq oldu.
Bu nəticə Avstriyanın liderliyinin üzərindən qalın bir xətt çəkdi. Çünki Osloda sürpriz qeydə alınmadı. Qazaxıstan evdəki ilk görüşdə Holannın qarşısını kəsməyi bacarmışdı. Amma həmin oyundan bəri həm qola, həm də xala həsrət qalan Stanislav Çerçesvoun komandası Osloda pərən-pərən düşdü. Norveç artıq ilk yarıda 3 dəfə fərqlənməklə intriqanı öldürdü. Holann yenə diqqətləri üzərinə çəkərək hesabına het-trik yazdı. Bu, 24 yaşlı forvardın yığmada artıq 4-cü het-triki oldu! Norveç lider olmaqla B liqasına yüksəldi.
Qazaxıstanın bu qrupda sonuncu olmasını sürpriz adlandırmaq olmaz. Amma qazaxların qrupu 0:15 top fərqi ilə tamamlaması yerli federasiyanı və Çerçesovu narahat etməyə bilməz.
B liqası, 3-cü qrup
6-cı tur
Avstriya – Sloveniya 1:1 (1:0)

Avstriya: Pents, Poş, Linhart, Vöber, Mvene, Zayvald, Laymer (Qrillitş, 90), Şmid (Qreqoritş, 84), Baumqartner, Zabitser, Arnautoviç (Vimmer, 90).
Sloveniya: Oblak, Karniçnik, Brekalo, Biyol, Yanza, Elsnik (Lovriç, 81), Qnezda Çerin, Stoyanoviç (Petroviç, 64), Mlakar (Şporar, 81), Vipotnik (Drkuşiç, 90), Şeşko.
Qollar: Şmid, 27 (1:0). Qnezda Çerin, 81 (1:1).
Vərəqələr: Brekalo, 16. Laymer, 55. Qnezda Çerin, 83 – sarı.
Hakim: Qlenn Nyuberq (İsveç).
17 noyabr. Vyana. 46000 tamaşaçı.
Norveç – Qazaxıstan 5:0 (3:0)
Norveç: Selvik, Pedersen (Heqqem, 62), Qreqersen (Lanqos, 72), Esteqor, Ryuyerson, Berge, Torstvedt (Berq, 62), Sörlot (Larsen, 62), Torsbi, Nusa, Holann (Rösler, 85).
Qazaxıstan: Pokatilov, Astanov, Kasım, Alip, Voroqovski, Taqıberqen (Baltabekov, 90), Tapalov (İslamxan, 46), Çesnokov (Payruz, 51), Samorodov (Astanov, 68), Zaynutdinov, Aymbetov (Jaksılıkov, 46).
Qollar: Holann, 23 (1:0). Holann, 37 (2:0). Sörlot, 41 (3:0). Holann, 71 (4:0). Nusa, 76 (5:0).
Vərəqələr: Aymbetov, 43. Jaksılıkov, 88 – sarı.
Hakim: Yasper Verqoote (Belçika).
17 noyabr. Oslo. 23458 tamaşaçı.
1. Norveç 6 4 1 1 15-7 13
2. Avstriya 6 3 2 1 14-5 11
3. Sloveniya 6 2 2 2 7-9 8
4. Qazaxıstan 6 0 1 5 0-15 1

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Noyabr 2024 01:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see428

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see409

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see319

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see314

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see309

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see279

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see244

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see241

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see226

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see218

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see213

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see208

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see204

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see203

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see194

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see187

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see177

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see174

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri