Icma.az
close
up
RU
“Holcim Azərbaycan” Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında mühüm rol oynayır AZƏRTAC

“Holcim Azərbaycan” Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında mühüm rol oynayır AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Cəbrayıl, 31 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə yaradılmış “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyətində əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, Cəbrayıl və ətraf rayonlara köçürüləcək əhalinin məşğulluğunun təmin olunmasıdır. Sənaye parkında rezidentlik statusu alan sahibkarlıq subyektlərindən biri də “Holcim Azərbaycan” ASC-dir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Holcim Azərbaycan” ASC-nin hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında sement terminalı fəaliyyət göstərir. ASC-nin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkındakı sahə rəhbəri Mübariz Məmmədov bildirib ki, 2021-ci ildən “Holcim Azərbaycan” Qarabağın yenidən qurulmasında mühüm rol oynayır: “Əvvəlcə sement məhsullarımızı yollar, tunellər və hava limanları kimi böyük infrastruktur layihələri üçün təqdim etdik. Hazırda isə yaşayış evləri, məktəblər, xəstəxanalar və inzibati binalar üçün sement təmin edirik. Qaradağ sement zavodumuzdan məsafə 300 kilometrdən çox olduğuna görə, bölgədə terminal yaratdıq. Bu terminal müştərilərimizə daha sürətli və asan xidmət etməyə imkan verir. Sementin çatdırılma vaxtını 24 saatdan 4 saata qədər azaldırıq”.

Zavodun dəmir yolu şəbəkəsinə qoşulması daşınmada yük maşınlarından dəmir yoluna keçməyə kömək edir. Bu, eyni zamanda, karbon qazı emissiyalarını azaldır.

“2023-cü il mayın 4-də Prezident İlham Əliyev “Holcim” terminalının təməlqoyma mərasimində iştirak edib. Bu, bölgənin inkişafı üçün böyük bir addım olub. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 5 hektar ərazidə sement terminalımız fəaliyyət göstərir. Biz artıq beton istehsalına da başlamışıq və gələcəkdə daha çox tikinti materialı istehsal etməyi planlaşdırırıq. Biz bölgənin dayanıqlı inkişafına və müştərilərimizə yüksəkkeyfiyyətli həllər təqdim etməyə sadiqik”, - deyə sahə rəhbəri bildirib.

Qeyd edək ki, Sənaye Parkında ümumi investisiyalarının həcmi 150 milyon manata yaxın 13 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 15 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 25 milyon manatdan çox investisiya yatırılıb, 100 nəfərlik daimi iş yeri yaradılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Dekabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri