Icma.az
close
up
RU
“Azəriqaz” Qarabağ və Şərqi Zəngəzurun enerji təminatında strateji rol oynayır

“Azəriqaz” Qarabağ və Şərqi Zəngəzurun enerji təminatında strateji rol oynayır

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


2020-ci ildə Müzəffər Ali Baş Komandan və onun rəhbəri olduğu güclü ordumuz hesabına 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasından sonra qarşıda duran vəzifə ermənilərin viran qoyduğu dədə-bab torpaqlarımızın yenidən qurulması, infrastrukturun yenilənməsi idi. Mübaliğəsiz şəkildə deyə bilərik ki, ötən 5 il ərzində bu istiqamətdə çox geniş masştablı işlər görülüb, dövlətin hər bir qurumu Qarabağ və Şərqi Zəngəzura yenidən həyatın qayıtması üçün üzərilərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Məhz ayrı-ayrı qurumların işə məsuliyyətlə yanaşması və təxirəsalınmaz tədbirlər həyata keçirməsinin məntiqi nəticəsidir ki, azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi daha sürətli şəkildə həyata keçirilir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda yeni-yeni yaşayış kompleksləri, kəndlər, yaşayış binaları salınır ki, bu da həmin torpaqların ata-baba sakinləri tərəfindən razılıqla qarşılanır. Onu da qeyd etmək yerinə düşər ki, təkcə yeni yaşayış binaları inşa etmək, kəndlər salmaq, nəticə etibarilə məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqla işlər bitmir.
Dövlətin Böyük Qayıdış Proqramı çərçivəsində azad olunmuş ərazilərə köç prosesi mərhələlərlə davam edir. Paralel olaraq həmin yaşayış məntəqələrində kommunal xidmətlər də ən yüksək səviyyədə təşkil olunur ki, vətəndaşlarımız bu xidmətlərdən əziyyət çəkməsinlər. Köçürülən ailələrin rahat məskunlaşması üçün əsas şərtlərdən biri onların fasiləsiz və təhlükəsiz qaz təchizatı ilə təmin olunmasıdır. Bu istiqamətdə hər bir dövlət qurumu kimi SOCAR-ın “Azərqaz” İstehsalat Birliyi də üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirir, azad edilmiş ərazilərin təbii qazla təminatı istiqamətində lazımı tədbirlər həyata keçirir.

Nəzərə almaq lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurun enerji təminatı — xüsusilə təbii qaz infrastrukturunun qurulması bu prosesin əsas sütunlarından biridir. Bu baxımdan “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyəti regionun sosial-iqtisadi dirçəlişinə hədəflənmiş layihələrin həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Həm çətin relief şəraiti, həm də qaz infrastrukturunun sıfırdan bərpası sözün həqiqi mənasında “Azərqaz” İB-in işini bir xeyli çətinləşdirir. Ancaq buna baxmayaraq İstehsalat Birliyi qarşısına qoyduğu məqsəd və vəzifələri yüksək səviyyədə icra etməklə Qarabağ və Şərqi Zəngəzurun qazlaşdırılması prosesini uğurla davam etdirir.
Heç kimə sir deyil ki, illərlə işğal altında qalmış ərazilərdə demək olar ki, bütün kommunal şəbəkə, o cümlədən qaz infrastrukturu tamamilə məhv edilmişdi. Bu səbəbdən bərpa prosesi yalnız mövcud sistemin təmiri deyil, tamamilə yeni qaz təchizatı şəbəkəsinin qurulması ilə müşayiət olunur. “Azəriqaz” bu istiqamətdə yeni magistral və paylayıcı qaz xətlərinin çəkilməsi, qaz tənzimləyici məntəqələrin (QTM) qurulması,
müasir təhlükəsizlik standartlarına uyğun avadanlıqların quraşdırılması
kimi mühüm işləri həyata keçirir.

Yaradılan infrastruktur və yüksək səviyyədə görülən işlər Qarabağ və Şərqi Zəngəzurun uzunmüddətli enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır.
Ötən müddət ərzində Qarabağ və Şərqi Zəngəzurun qazlaşdırılması istiqamətində görülən işlərə nəzər salsaq görərik ki, “Azəriqaz” İstehsalat Birliyi bu vaxta qədər Zəngilanın Ağalı kəndi, Füzuli, Şuşa, Laçın şəhərləri, Ağdam və digər yaşayış məntəqələri üçün fərdi və mərkəzləşdirilmiş qaz sistemləri qurub. Azad olunan ərazilərdə tətbiq edilən “smart city” və “smart village” konsepsiyaları enerji sistemlərinin də müasir texnologiyalar əsasında qurulmasını tələb edir. “Azəriqaz” bu layihələr çərçivəsində rəqəmsal monitorinq sistemləri, məsafədən idarə edilə bilən avadanlıqlar, qaz itkilərini minimuma endirən texniki həllər quraşdırır. Bu yanaşma həm təhlükəsizlik səviyyəsini artırır, həm də bölgənin müasir urbanizasiya modelinə uyğun inkişafına şərait yaradır.
Təkcə yaşayış obyektləri deyil, eyni zamanda qeyri-yaşayış sahələri, təhsil və səhiyyə ocaqları da təbii qazla təmin olunub. Sosial obyektlərin məktəb, xəstəxana, idarəetmə binaları və digər xidmət sahələrinin qazlaşdırılması bölgədə həyatın normallaşmasına mühüm töhfə verir. Bu mənada Xocalı şəhərinin Ballıca kəndindəki məktıb binasının təbii qazla təmin olunması xüsusi əhəmiyyət kəsb edir.

“Azəriqaz” İB Qarabağ və Şərqi Zəngəzurda sənaye və iqtisadi zonalarının qazlaşdırılması prosesini də diqqətdən kənarda qoymur. Danılmaz faktdır ki, Qarabağ və Şərqi Zəngəzurun inkişaf konsepsiyasında sənayenin dirçəlişi xüsusi prioritetdir. Bu məqsədlə yaradılan Ağdam Sənaye Parkı, Araz Vadisi İqtisadi Zonası, müxtəlif aqro-sənaye və logistika mərkəzləri güclü enerji təminatı olmadan fəaliyyət göstərə bilməz. Bütün bunları nəzərə alan “Azəriqaz” burada müəssisələrin istehsal gücünə uyğun qaz xəttləri çəkir, yüksək təzyiqli müasir sistemlər quraşdırır və böyük investisiyalar üçün zəruri infrastrukturu formalaşdırır. Bu, regionun iqtisadi cəlbediciliyinin yüksəlməsinə və qeyri-neft sektorunun inkişafına mühüm təsir göstərir.
Ekoloji problemlərə hər zaman xüsusi diqqət ayıran “Azəriqaz” İB Qarabağ və Şərqi Zəngəzurda da bu sahəni prioritet hesab edərək qeyd edilən istiqamətdə müvafiq addımlar atır. Belə ki, Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edildiyi üçün burada qurulan qaz infrastrukturu da ekoloji standartlara uyğunlaşdırılır. Bu mənada “Azəriqaz” enerji səmərəliliyini artıran texnoloji avadanlıqlardan istifadə edir, atmosfer emissiyalarını azaldan həllər tətbiq edir, təhlükəli sızmaların qarşısını alan sensor və monitorinq sistemlərini genişləndirir. Bir sözlə bu, bölgənin ekoloji təmiz enerji strategiyasına uyğunlaşmasını təmin edir.

Göründüyü kimi “Azəriqaz” İstehsalat Birliyinin Qarabağ və Şərqi Zəngəzurda fəaliyyəti regionun enerji təminatında strateji rol oynayır. Şirkət tərəfindən həyata keçirilən layihələr əhalinin təhlükəsiz yaşayışı, sənaye obyektlərinin fəaliyyətə başlaması, iqtisadi inkişafın sürətlənməsi və bölgənin müasir standartlara uyğun yenidən formalaşması üçün baza yaradır. Beləliklə, “Azəriqaz” Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinin həm sosial, həm də iqtisadi tərəflərinin reallaşmasında vacib bir halqa kimi çıxış edir və bölgənin inteqrasiyasını təmin edən əsas infrastruktur qurumlarından biri kimi mühüm missiyanı yerinə yetirir.
Süleyman İsmayılbəyli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Dekabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri