Icma.az
close
up
RU
Hollivud ulduzların kosmetoloqundan dərinin gözəlliyi üçün UNİKAL MƏSLƏHƏTLƏR

Hollivud ulduzların kosmetoloqundan dərinin gözəlliyi üçün UNİKAL MƏSLƏHƏTLƏR

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Cey Lo, Beyons, Riz Uizerspun, Skarlett Yohansson, Mişel Uilyams və bir çox məşhurların həkim dermatoloq-kosmetoloqu Harold Lanser üz, bədən və dəriyə qulluq üçün unikal məsləhətlər verib.

Publika.Az oxucuları bu məsləhətlərlə tanış edir. Kosmetoloqun sözlərinə görə, tövsiyələri təbii gözəlliyini qoruyub saxlamağa kömək edir.

1. 60 saniyə

Nəmləndirici vasitəni üzünüzü yuduqdan dərhal sonra sürtün. Artıq 60 saniyədən sonra su üzdə quruyur və nazik təbəqə yaradır. Bu zaman krem dəriyə hopmayacaq, sürüşəcək və dəri nəmi itirməyə başlayacaq.

2. Epilyasiyadan əvvəl içki içməyin

Qəribə səslənir, amma bu, illərin sınanmış təcrübəsidir. Əgər salona baş çəkməzdən əvvəl bir qədəh şərab və ya kokteyl içsəniz, proses daha ağrılı və az səmərəli olacaq.

3. Dişlərinizi sıxmayın

Çənənizi qeyri-ixtiyari sıxaraq, özünüzə bir neçə zərər verirsiniz: həm diş minasını korlayır, həm ağız guşələrinin kənarlarında qırışlar əmələ gəlir, həm də zamanla üzün oval forması pozulur. Əgər siz yuxuda dişlərini qıcırdatırsınızsa, dişlərinizə boksçulara xas xüsusi yumşaq silikon qapaq qoyun. Tədricən vərdiş yox olur!

4. Saçları çimməzdən əvvəl isladın

Dənizə baş vurmazdan və ya hovuza tullanmazdan əvvəl saçlarınızı içməli su ilə isladın. O saçların arasındakı boşluğu dolduracaq, duz və ya xlor artıq oraya daxil ola bilməyəcək.

5. Xama kremdən effektlidir

Xamanın tərkibində dərini yumşaltmaq və sərinləşdirmək üçün kifayət qədər yağ və turş süd komponentləri var. Xamanı çəkib 20 dəqiqə saxlayın, soyuq və ya sərin su ilə yuyun.

6. Pambıq disklər almayın

Əgər siz tonal kremi barmaqlarınızla (nahaq yerə, ən yaxşısı budur) vurmaq istəmirsinizsə, ya sıx fırça, ya da nəm süngər istifadə edin. Eyni qayda tonik üçün də keçərlidir. Ovcunuza bir damcı tonik əlavə edib üzünüzü silin. Pambıq məhsulunu özünə çəkir. Beləliklə də kremi boş yerə xərcləyirsiniz.

7. Baza olaraq praymer istifadə edin

Neytral kimyəvi quruluşa malik olan baza tonal kremin üzü qurutmasının və donuqlaşdırmasının qarşısını alacaq. Əgər dəri yağlıdırsa, praymer məsamələrin tonal kremlə dolmasına imkan verməyəcək və sızanaqların yaranma riski az olacaq.

8. Üzünüzü kəpəyə qarşı şampunla yuyun

Əlbəttə ki, həmişə yox. Əgər üzünüzdə qəfil qıcıqlanma və qaşıntı hiss etsəniz və əlinizin altında xüsusi dərman olmasa, kəpəyə qarşı saç şampununu yoxlayın. Onu hər yerdə tapmaq mümkündür! Tərkibində sink pirition maddə iltihab əleyhinə əla vasitədir.

9. Saçınızı soda ilə yuyun

Əgər axşam toyda olmusunuzsa, muss və ya lak kimi saçdan çətin yuyulan məhsullar istifadə etmisinizsə, onları təmizləmək üçün soda yetərli ola bilər. Adi şampuna bir çay qaşığı qida sodası əlavə edin: O mussla lak qalıqlarını tamamilə uzaqlaşdırmağa kömək edəcək və saçların canlılığını geri qaytaracaq.

10. Səhər yeməyinə qədər dişləri yuyun

Yuxudan oyananda dişlərinizi yumasınız, onda səhər yeməyi zamanı gecə ərzində dişləriniz yığılıb qalan bakteriyalarla yemək artıqları mədənizə gedəcək. Diqqət yetirdim ki, səhər yeməyindən qabaq dişlərini yuyan xəstələrimin dərisi daha yaxşı görünür.

11. Otaq temperaturunda olan su

Duş qəbul edib bir az isti su için. Dəriniz buna görə sizə sağ ol deyəcək. İnanın.

12. SPF tərkibli tonal kremlər almayın

Əgər gündəlik kreminiz SPF tərkiblidirsə, tonal kremin də eyni təsirə malik olması vacib deyil. Çünki SPF tonal kremin teksturasını daha qalın edir. Bu isə dəri üçün yükdür. İdeal varinat: BB və CC kremləridir.

13. Hindqozu yağı alın

Bu, bədən üçün ən yaxşı krem, üz üçün ideal maska və saçlar üçün əla vasitədir!

15. Dəriyə istirahət verin

Bəzi günlər dəriyə istirahət verib sadəcə makiyaj etməməyi nəzərdə tutmuram. Dəri sağlamlığı üçün qidalanma, nəmləndirmə və günəşdən qorunmaq vacib şərtdir. Heç olmasa həftədə bir dəfə.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri