Icma.az
close
up
RU
Hollivudun ən səs küylü ayrılığı: Eniston, Pitt və Coli üçbucağının PƏRDƏARXASI

Hollivudun ən səs küylü ayrılığı: Eniston, Pitt və Coli üçbucağının PƏRDƏARXASI

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cennifer Eniston və Bred Pittin ayrılığı vaxtilə Hollivudu sarsıtmışdı, lakin onların Ancelina Coli ilə bir söhbəti uzun müddət gizli qalmışdı. İndi isə Eniston Pittlə münasibəti başlamazdan əvvəl rəqibinə nə dediyi məlum olub.

Bu barədə Lent.az xarici KİV-ə istinadla yazır.

Cennifer Eniston və Bred Pittin 2005-ci ildə boşanması Hollivudda ən səs-küylü hadisələrdən biri olmuşdu. 2000-ci ilin iyulunda evlənən cütlük beş il sonra ayrıldıqlarını elan etdilər.

Həmin vaxt Pitt artıq “Cənab və xanım Smit” filmindəki tərəf müqabili olan Ancelina Coli ilə çox vaxt keçirirdi. Bu “sevgi üçbucağı” medianın gündəmindən düşmürdü və hətta üzərində “Team Aniston” və “Team Jolie” yazılmış köynəklər də ortaya çıxmışdı.

Ayrılıqdan sonra verdiyi ilk böyük müsahibədə Eniston etiraf edib ki, Coli ilə yalnız bir dəfə görüşüb – Pittlə münasibətlərindən xəbər tutmazdan əvvəl.

Bu, “Dostlar” serialının çəkiliş meydançasında baş verib. O zaman Cennifer yaxınlaşıb, salam verib və bir neçə söz deyib.

“Bred sizinlə işlədiyinə görə çox sevinir. Ümid edirəm, vaxtınızı yaxşı keçirəcəksiniz”, – aktrisa xatırlayır.

Ulduz bildirib ki, Pittlə möhkəm bir evliliyinə inanıb və onun münasibətlərini həqiqi sayıb.

Pittin xəyanət etmədiyinə inanıb-inanmadığı sualına Eniston belə cavab verib: “Mən ərimə inanmağı seçirəm. Hazırda artıq heç nəyə təəccüblənmərəm, amma ona inanmağı üstün tutaram”.

Ayrılıqlarının səbəbi barədə isə o, birbaşa cavab verməyib:

“Düşünürəm ki, hər şey dəyişdi. Biz hər ikimiz dəyişdik. Əlinizdən gələni edirsiniz və məncə, biz də etdik. Biz mümkün olan hər şeyi etdik”, – o vurğulayıb.

Xatırladaq ki, 2006-cı ildə Coli Pittdən hamilə olduğunu təsdiqlədi və onların münasibəti rəsmiləşib. Cütlük 2014-cü ildə evləndi, lakin artıq 2016-cı ildə “barışmaz fikir ayrılıqları” səbəbindən boşanma üçün müraciət edbi. Məhkəmə çəkişmələri illərlə davam edib və yalnız 2024-cü ilin sonunda nikah rəsmi olaraq ləğv olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 May 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri