Icma.az
close
up
RU
Hollivudun fahişələr məhəlləsində böyüyüb ulduza çevrilmiş 50 yaşlı şorgöz subayı Onu tanı

Hollivudun fahişələr məhəlləsində böyüyüb ulduza çevrilmiş 50 yaşlı şorgöz subayı Onu tanı

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Hollivudun uşaq üzlü şorgözünün 50 yaşı tamam olur. Söhbət xanımların sevimlisi olan çılğın italyandan - Leonardo Di Kapriodan gedir.
Kasıb bir ailədə fahişəlik, cinayət və zorakılıqla dolu olan kasıb məhəllədə böyüyüb, bu gün dünya ulduzuna çevrilən, dünya prezidentləri ilə eyni masaya əyləşən Kaprionun çox maraqlı ömür yolu var. Biz onu "Titanik"də sevdik.

Leonardo Vilhelm Di Kaprio 11 noyabr 1974-cü ildə Kaliforniyanın Los-Anceles şəhərində doğulub. O, İrmelin İndenbirken və Corc Di Kaprionun yeganə övladıdır. Anası İrmelin hüquq katibi, atası Corc isə komiks rəssamı və distributor olub. Valideynləri kollecdə oxuyarkən Romada tanış olublar və məzun olduqdan sonra Los-Ancelesə köçüblər. Anası alman mənşəli, atası isə italyan və alman əsillidir. Onun ana tərəfdən babası Vilhelm İndenbirken alman idi. Ana tərəfdən nənəsi Helen İndenbirken isə Almaniyada yaşayan rus mühacir idi. DiKaprio katolik inancı ilə böyüdülüb. Bəzi mənbələr Leonardo DiKaprionun ana tərəfdən nənəsinin Ukraynanın Odessa şəhərində anadan olması ilə bağlı iddialar irəli sürüb. Ancaq aktyorun Ukraynada qohumlarının olması barədə heç bir məlumat yoxdur.

DiKaprionun valideynləri onun adını Leonardo Da Vinçinin şərəfinə qoyublar. Anası hamilə ikən İtaliyanın Florensiya şəhərindəki Uffitsi muzeyini ziyarət edib. Leonardo da Vinçinin rəsminə baxarkən körpəsi qarnını təpikləməyə başlayıb. Gələcək incəsənət adamının taleyi, qədəri bəlkə də muzeydə yazılıb, kim bilir. Ana bundan ilhamlanaraq oğluna böyük rəssamın adını verib.

Leonardo DiKaprionun cəmi bir yaşı olanda atasının başqa qadına aşiq olması səbəbindən valideynləri boşanmaq qərarına gəliblər.
Valideynləri uşağını birlikdə böyütmək üçün Los-Ancelesdəki Echo Parkda bir-birinə bağlı olan iki qonşu kottecə köçmək qərarına gəliblər. DiKaprionun atası sevgilisi və onun oğlu Adam Farrarla eyni evdə yaşayırdı. Ögey qardaşı Adam Farrarın televiziya reklamına çəkilərək 50.000 dollar qazandığını görəndə aktyorluğa həvəsi və marağı yaranıb. Ona qədər Leo okeonoloq olmağı arzulayırdı.

Leo valideynlərini "sözün hər mənasında bohem" adlandırıb, yəni onların qeyri-ənənəvi və azad ruhlu həyat tərzi var idi.
Uzun illər sonra, məşhurluğun zirvəsindəykən Leo anasına təşəkkür edərək, onun haqqında “məni zibilliklərdən çıxarıb kral edən qadın” ifadəsini işlədib. 

Leonardo haqqında maraqlı faktlar.

Leonardo Di Kaprio olduqca ağır siqaret aludəçisidir. O, çox erkən yaşlarından siqaret çəkdiyini bildirib.
Hətta o, velosiped sürərkən belə, siqaret çəkir. Di Caprio 2010-cu ildə siqareti ciddi şəkildə tərgitmək istəsə də buna nail ola bilməyib. O, bir ilə yaxındır ki, elektron siqaretlərdən istifadə edir. Di Caprio siqaret və alkaqol aludəçisi olsa da, o, narkotik vasitələrə qarşı hər zaman mübarizə aparıb.

Bir araşdırma zamanı Leonarda Di Caprionun 25 yaşdan böyük sevgilisi olmadığı üzə çıxıb. Məşhur aktyorun 1999-2019-cu illər arasındakı bütün sevgililərinə nəzər saldıqda, heç biri 25 yaşdan yuxarı bir qadın olmadığını görmək mümkündür.

Di Caprionun dost çevrəsi çox sabitdir. Onun ən yaxın 3 dostu ilə təxminən 30 ilə yaxındır ki, yedikləri-içdikləri ayrı olmur. Bu dostlardan biri də hər kəsin izlədiyi məşhur “Spiderman” filminin baş rolunu canlandıran Tobi Maquayrdır.

Leonardo Di Caprionun Rusiya prezidenti Vladimir Putin ilə də dostluğu var. Di Caprio Putin üçün hər zaman “Kişi kimi kişi” deyir.
Di Caprio bundan əlavə Rusiya sevgisinin nənəsindən dolayı olduğunu da bəyan edib. Di Caprio Putindən əlavə ABŞ-ın keçmiş prezidenti Barak Obama və Roma Papası ilə də tez-tez görüşür.

Di Caprionun sevgililəri tez-tez dəyişsə də, onları apardığı məkan dəyişmir. Belə ki, gecəsi 4800 dollara olan özəl bir adada istirahət edən Di Caprio tez-tez fərqli qadınlarla fotokameralara tuş gəlir.
Bundan əlavə Di Caprionun özünün də şəxsi bir adası var. 2015-ci ildə 1.75 milyon dollara aldığı “Blackadore Caye” adlı adada bir neçə obyekt inşa etmək istəyir.
Leonardo Di Caprio kosmosa da getmək arzusundadır. O, bunun üçün 250 milyon dollarından keçib bilet alıb.
Məşhur aktyor 5 dəfə namizədliyini verdikdən sonra 2016-cı ildə “The Revenant” (Diriliş) filmindəki roluna görə Oscara layiq görülüb.
O, karyerasının başlanğıcından 2019-cu ilədək çəkildiyi filmlər 7.2 milyard dollar gəlir gətirib və o, dünyanın ən çox qazanan aktyorlarının illik reytinqinə 8 dəfə başçılıq edib. 

O, bir "Oskar", üç "Qızıl Qlobus" və bir çox mükafatlara layiq görülüb.
Los-Ancelesdə anadan olan DiKaprio karyerasına 1980-ci illərin sonlarında televiziya reklamlarında görünməklə başlayıb. 

DiKaprio fahişəlik, cinayət və zorakılıqla dolu olan kasıb məhəllədə böyüdüyünü bildirib. O, dövlət məktəbinə getməyi sevmirdi və bunun əvəzinə aktyorluq karyerasını davam etdirmək istəyirdi. Təhsilini başa vurmamış məktəbi tərk etsə də sonralar qiyabi oxuyub diplom alıb.
DiCaprio ekoaktivist kimi də məşhurdur. 2014-cü ildə BMT-nin iqlim dəyişikliyi elçisi olub və bu problem barədə daim səsini ucaldıb.
Aktyor ətraf mühit təşkilatlarına 9,5 milyon funt sterlinq məbləğində vəsait ianə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Noyabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see335

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see247

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see213

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see201

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see167

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see147

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see142

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see137

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see135

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see126

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see120

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see119

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see115

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri