Icma.az
close
up
RU
“Holter monitorinqi” ürəyin “keşiyini” çəkir

“Holter monitorinqi” ürəyin “keşiyini” çəkir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bəzi ürək problemlərinin diaqnostikasında EKQ müayinəsi kifayət qədər informasiya vermir. Şikayətlərə uyğun olaraq insan bədəninin əsas əzələsinin funksiyasının uzun müddət qeyd edilməsinə ehtiyac yaranır. Bu məqsədlə Holter monitorinqindən istifadə olunur. Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Mədinə Əzimova XQ-yə müsahibəsində Holter monitorinqi haqda məlumat verdi:

– Ürəyin Holter monitorinqi ilk dəfə 1952-ci ildə EKQ-nin uzunmüddətli yazılışını tətbiq etmiş alimin adını daşıyır. Üsul sutka ərzində və ya daha uzun müddətdə daşınan kardioregistratorlar – monitorlar vasitəsi ilə elektrokardioqramın fasiləsiz yazılmasıdır. Müayinə zamanı EKQ aparatdakı yaddaş kartına qeyd olunur. Həkim bu qeydlərə əsasən, ürəyin ritmi, pozuntular, işemik dəyişikliklər, fasilələr haqqında məlumat əldə edir.

EKQ-nin sutkalıq monitorinqindən öncə pasiyenti terapevt və ya kardioloq müayinə etməlidir. Bu, monitorinqə göndərişin düzgün sənədləşdirilməsi, müayinə detallarının dəqiqləşdirilməsi, diaqnozun təyini üçün vacibdir. EKQ-nin sutkalıq monitorinqi ürək ritminin və ürək döyünmələrinin tezliyini, ritm pozuntularını,  ürəyin işemik xəstəliyi nəticəsində EKQ-də işemik dəyişiklikləri, bəzi modellərdə – ürək ritminin müxtəlifliyini aşkar edə bilər.

– Doktor, EKQ-nin sutkalıq monitorinqi hansı hallarda tətbiq olunur?

– Problemlər müxtəlif olur. Holter monitorinqi ürək ritmini təqib etmək üçün tətbiq olunan vacib müayinə növüdür. Bu müayinə əsasən, EKQ ilə diaqnoz qoymaq mümkün olmadıqda istifadə olunur. Çünki EKQ müayinəsi cəmi bir neçə dəqiqə çəkir və bu müddətdə bəzən ürək ritmi problemlərini aşkarlamaq mümkün olmur. Buna görə də pasiyentin ürək ritmini ən azı 24 – 48 saat ərzində təqib etmək lazım gəlir. Belə olan halda xəstəyə Holter cihazi taxılır. 

Monitorinq ürəkdöyünmələr, ürək fəaliyyətində dəyişiklik, qeyri-ritmik puls, baş gicəllənməsi, güclü halsızlıq və ya huşunu itirmə, ürəyin dayanması hissi kimi şikayətlər olanda, aritmiyaların diaqnostikasında tətbiq olunur. Eyni zamanda, döş sümüyü arxasında sıxıcı, dartıcı, yandırıcı ağrılar zamanı (xüsusən, fiziki gərginlik zamanı), boğazda tıxanma hissi, qıcqırma, alt çənə və dirsəklərdə ağrılar olduqda da tövsiyə edilir. Bundan başqa aparat xəstəyə elektrokardiostimulyatorların işinə nəzarət məqsədi ilə və pasiyentin vəziyyətini, o cümlədən müalicənin təsirini izləmək məqsədilə də taxılır.

Onu da qeyd etmək yerinə düşər ki, yalnız sadaladığımız şikayətlərlə bağlı yox, xəstələrdə keçirilmiş miokard infarktı, hipertrofik kardiomiopatiya, ürəyin digər ağır xəstəlikləri, WPW sindromu (parkinsonla bağlı), Q-T seqmentinin ləngiməsi sindromu, atipik miokard infarktına şübhə, gecə apnoları sindromuna şübhə (yuxuda güclü xoruldayan insanda yuxu zamanı nəfəsalmanın müvəqqəti dayanması. Bu müayinə üçün xüsusi proqram tətbiq olunur) olduqda da həkim xəstəyə mütləq şəkildə Holter monitorinqini məsləhət görür.

 – Əməliyyat necə aparılır?

– Öncə duş qəbul edilməli, dəri quru və təmiz olmalıdır. Göndəriş yazan həkim bu barədə bildirməyibsə, dərmanlar adi qaydada qəbul edilməlidir. Müayinədən öncə doyunca yatmaq, qəlyanaltı etmək lazımdır. Pasiyent rahatlığı üçün kip mayka, üstündən isə reqistratoru örtən paltar geyinməlidir. 

Döş qəfəsinin ön səthinə birdəfəlik elektrodlar qoşulur, yapışdırıcı lentlə bərkidilir. Elektrodlardan kiçik cihaza tərəf naqillər uzanır. Registrator  pasiyentin boynundan asılır (bəzən belindən). Registrator işə salındıqdan sonra EKQ-nin yazılması başlayır. Bundan sonra monitora əl dəyməməlidir. 

Xəstə axşam saat neçədə yatıb, səhər neçədə oyandığını qeyd etməlidir. Adətən, pasiyentə gün ərzində bir neçə dəfə pilləkənlə qalxmaq tövsiyə olunur. Pasiyentə belə yüklənməni apardığı vaxtı və yüklənmədən sonra keçirdiyi hissləri qeyd etmək məsləhət görülür. Bu qeydlər həkimə EKQ-dəki dəyişiklikləri yüklənmə və şikayətlər arasındakı əlaqəni qiymətləndirməyə kömək edir. Sutka ərzində pasiyent ürək fəaliyyətində pozuntular hiss edirsə, döyüntülərin sayı artırsa, başgicəllənmə və digər hallar yaranırsa, bunların hamısını qeyd etməlidir. Ətraflı qeydə ehtiyac yoxdur, əsas odur ki, şikayətlərin vaxtı dəqiq qeyd olunsun.

– Holter monitorinqi hər yaşda və hər kəsə tətbiq edilə bilərmi?

– Monitorinq yalnız döş qəfəsi nahiyyəsində dərinin iltihabi xəstəlikləri zamanı əks- göstərişdir. Bu müayinənin keçirilməsinə başqa məhdudiyyətlər yoxdur. Müayinə hər yaşda və istənilən yanaşı xəstəliklərdə keçirilə bilər.

Zərifə BƏŞİRQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri