Honkonqda yaşayış kompleksində baş verən yanğın nəticəsində bir nəfər ölüb
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Honkonqda "Mei Yu House" yaşayış kompleksinin mənzillərindən birində baş verən yanğın nəticəsində azı bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.
"Report" "South China Morning Post"a istinadən xəbər verir ki, bir kişi və yeddi qadın tibb mərkəzinə çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Yanğınsöndürənlər daha 22 nəfəri binadan təxliyə edib. 250-dən çox sakin isə öz imkanları ilə ərazini tərk edərək yaxınlıqdakı məktəbdə yerləşdirilib. Hakimiyyət orqanları yanğının söndürüldüyünü, səbəblərinin araşdırıldığını bildirir.
Qeyd edək ki, Honkonq hakimiyyəti son vaxtlar yanğınlara qarşı mübarizəyə xüsusi diqqət yetirir. Buna səbəb 26 noyabr 2025-ci ildə "Wang Fuk Court" yaşayış kompleksində baş vermiş genişmiqyaslı yanğındır. Həmin vaxt alov 28 noyabradək söndürülüb, kompleksdəki səkkiz yaşayış binasından yeddisi tamamilə yanıb. Son məlumatlara görə, həmin yanğın nəticəsində azı 161 nəfər ölüb, təxminən 5 min nəfər isə evsiz qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 04 Yanvar 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















