Icma.az
close
up
RU
HONOR Magic7 Pro smartfonu artıq satışda

HONOR Magic7 Pro smartfonu artıq satışda

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Honor Magic 7 və Magic 7 Pro güclü performansı, innovativ kamerası və premium dizaynı ilə yeni nəsil flaqman smartfon təcrübəsi təqdim edir. Bəs bu smartfonları bazarda xüsusi edən nədir?

HONOR Magic 7 Pro IP69 standartına uyğun dizayn edilib. Cihaz hətta qaynar suda belə funksionallığını itirmir. Arxa panel barmaq izi buraxmayan mat şüşədən, çərçivə isə alüminiumdan hazırlanıb. Rəng seçimləri arasında "boz ay", "qrafit qara" və "zərif mavi" çalarları mövcuddur.

Ekran altına yerləşdirilmiş barmaq izi skaneri bir qədər yuxarıda yerləşdirildiyi üçün istifadəsi daha rahatdır. Hətta nəm əllərlə belə skaner anında işləyir və bank proqramları üçün yüksək tanınma səviyyəsinə malikdir.

OLED matrisi 6,8 düym diaqonala malikdir və 1-dən 120 Hz-ə qədər yeniləmə sürətini dəstəkləyir. Gözlər üçün təhlükəsiz geniş impulslu modulyasiya texnologiyasına sahib olan ekran 5000 nit yüksək parlaqlıq və 450-dən çox PPI ilə aydın və gözoxşayan təsvir təqdim edir.

HONOR Magic 7 Pro 50MP əsas kamera, 200MP periskop böyütmə sensoru və 50MP ultra geniş bucaqlı sensora sahibdir. Ön kamera isə 50MP keyfiyyətində selfilər təqdim edir.

Süni zəka çəkiliş zamanı ən yaxşı kadrı seçmək, bulanıqlığı aradan qaldırmaq və rəngləri optimallaşdırmaq imkanına malikdir. AI, həmçinin portret rejimini təkmilləşdirir, istənməyən obyektləri silir və gecə çəkilişlərinin keyfiyyətini artırır.

Belə ki, siz çəkiliş düyməsini basmadan yarım saniyə əvvəl və yarım saniyə sonra silsilə fotoşəkillər çəkilir və daha sonra süni zəkanın köməyi ilə şəkillərin bulanıqlığı və digər qüsurlar aradan qaldırılaraq ən yaxşı kadr seçilir.

AI imkanları bununla məhdudlaşmır. HONOR Magic 7 Pro real vaxt rejimində nitq tərcüməsi (11 dil dəstəyi), səsin mətnə çevrilməsi və məqalə xülasələri kimi funksiyalar təklif edir.

Cihaz Qualcomm Snapdragon 8 Elite prosessoru ilə təchiz edilib. 12 GB RAM və 512 GB yaddaş ilə gündəlik və ağır yüklü tapşırıqları asanlıqla yerinə yetirir.

5850 mAh tutumlu üçüncü nəsil silikon-karbon akkumulyatoru sayəsində smartfon üç günə qədər istifadə edilə bilər. 100W adapter ilə batareya yarım saat ərzində tam dolur.

Magic 7 modeli periskop kamerası olmadan, 50MP telefoto sensoru ilə təqdim olunur. Buna baxmayaraq, Magic 7 də yüksək keyfiyyətli foto və video çəkilişlər üçün güclü imkanlar təqdim edir.
HONOR Magic7 və HONOR Magic7 Pro smartfonunu artıq İrşad, Kontakt Home, Soliton, Elit Optimal, MG Store, Umico, World Telecom, Smart Electronics, Digital Home və Barkod mağaza şəbəkələrindən, həmçinin Azercell, Bakcell və Nar mobil operatorların diller mağazalarından əldə edə bilərsiniz. Qiymətlərə gəldik də isə, HONOR Magic7 Pro 12GB/512GB-in qiyməti 2699.99 AZN, HONOR Magic7 12GB/256GB-in qiyməti 2199.99 AZN təşkil edir. 31 mart tarixinə qədər Magic7 Pro və Magic7 modelini alana HONOR Pad X9 planşetini hədiyyə olunacaq.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Mart 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri