Icma.az
close
up
RU
Hörmət edərsən, hörmət də görərsən...

Hörmət edərsən, hörmət də görərsən...

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Rusiya ilə mədəni əlaqələrin bərpasına hazırdır, amma...

İki ölkə arasında ticari-iqtisadi əlaqələrdə, eləcə də siyasi münasibətlərdə müəyyən səbəblərdən yaranan soyuqluq, bir qayda olaraq, mədəni sahəyə kölgə salmadan aradan qaldırıla bilər. Yaxın tarixin təcrübəsində bunun nümunələrinə rast gəlinir. Amma milli kimliyə, mənəvi-əxlaqi dəyərlərə yönəlik, xalqın hafizəsində, ictimai şüurunda xoşagəlməz şırımlar açan təbliğat maşınının özündən sonra buraxdığı fəsadları aradan qaldırmaq üçün uzun müddət tələb olunur. 

Min illərdir özünü cəmiyyətdə təsdiqlədən, insan xislətinin dərinliklərinə nüfuz edə-edə dilimizdə vətəndaşlıq hüququ qazanan bir atalar sözü var: “Qılınc yarası sağalar, söz yarası sağalmaz”. Müdriklərin əsrlər boyu şahidi olduqları canlı nümunələrə söykənərək cilaladığı bu kəlamı ona görə oxuculara xatırladırıq ki, Azərbaycanla şimal qonşumuz Rusiya arasında münasibətlərin soyuma və gərginlik mərhələsindən sonra anlaşma və yumşalma dövrünə qədəm qoyması, bununla bağlı rəsmi və qeyri-rəsmi tribunalardan maraqlı təkliflərin, müsbət çağırışların səslənməsi istər-istəməz müəyyən qənaətə gəlməyə zəmin yaradır. 

Moskvanın Bakı ilə humanitar əlaqələri yeniləmək istəməsində təəccüblü heç nə yoxdur. Bu istəyi iki ölkənin liderləri MDB-nin Düşənbə zirvəsindəki ikitərəfli görüşdə və ondan sonra telefon danışığında dilə gətiriblər. Bu günlərdə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun məhz bu kontekstdə maraqlı açıqlamasını eşitdik və oxuduq. 

“Rusiya Azərbaycanla humanitar əlaqələrin əvvəlki qaydada qurulmasını, azərbaycanlı tərəfdaşları kimi bərpa etməyə hazırdır. İki ölkə arasında mədəni əlaqələrin bərpa olunmaması üçün heç bir köklü səbəb yoxdur”, – deyən Şvıdkoyun sözlərinə görə, Rusiya və Azərbaycanı bir-birinə “əsrlik tarix birləşdirir”. Bu iki xalqın çox yaxın qohumluq bağlarına malik olduğunu, hər iki ölkədə cəmiyyətin əsaslarını təşkil edən eyni mənəvi-əxlaqi dəyərləri bölüşdüklərini xüsusi vurğulayan Rusiya prezidentinin xüsusi nümayəndəsi “RİA Novosti” agentliyinə müsahibəsində bunları söyləyib: “Rusiya Azərbaycanla, eləcə də azərbaycanlı tərəfdaşları ilə humanitar əlaqələri bərpa etməyə hazırdır. Ölkələr arasında mədəni əlaqələrin bərpa olunmaması üçün heç bir səbəb yoxdur”. 

* * * 

Mixail Şvıdkoy öz tərəfindən iki ölkə arasında “mədəni əlaqələrin bərpa olunmaması üçün heç bir köklü səbəb” görməyə bilər. Amma son 10 ayda şimalda gördüklərimizi və eşitdiklərimizi görməzdən gəlmək, sadəcə, mümkün deyil. Şvidkoyun açıqlamasından daha bir sitat: “Azərbaycanlı dostlarımız və həmkarlarımız humanitar, elm, təhsil və mədəni sahədə əlaqələri bərpa etməyə nə qədər hazır olsalar, biz də bir o qədər hazırıq”. Ardınca o, Rusiya ilə Azərbaycanı çoxəsrlik tarixin birləşdirdiyini, xalqların bir-birinə yaxın qohumluq əlaqələri ilə sıx bağlı olduqlarını, hər iki ölkənin cəmiyyətləri üçün əsas olan mənəvi-əxlaqi dəyərləri bölüşdüyünü qeyd edib. 

Onu da xatırladaq ki, iyunun əvvəlində Azərbaycanın Mədəniyyət Nazirliyi Rusiyanın dövlət və özəl qurumları tərəfindən ölkəmizdə keçirilməsi planlaşdırılan bütün mədəni tədbirlərin, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və digərlərinin ləğv edildiyini açıqlamışdı. Bunun səbəbi şimal qonşumuzun özəl və hökumətə yaxın telekanallarında dövlətimizin və xalqımızın ünvanına yalandan, şər-böhtandan yoğrulmuş çıxışların edilməsi, xüsusilə də milli-mənəvi dəyərlərimizin rişxənd və ironiya hədəfinə çevrilməsi idi. Xalqımızın milli kimliyinə və qüruruna toxumağı hədəfləyən o cür hədyanları qısa zaman kəsiyində – 4-5 ayın içində unutmaq mümkündürmü? Əlbəttə, mümkün deyil. 

Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy müsahibəsində bunları da söyləyib: “Biz heç vaxt unutmuruq ki, SSRİ-nin dağılmasından bu yana 35 ildir mövcud olan yeni diaspor ölkələri özlərinin mədəniyyət siyasətlərinə malik müstəqil dövlətlərdir. Biz bunu görürük. Biz mədəniyyət siyasətimizə hörmətlə yanaşılmasını istədiyimiz kimi, bu ölkələrdə həyata keçirilən mədəniyyət siyasətinə də hörmətlə yanaşırıq”. Daha sonra Rusiyanın keçmiş mədəniyyət naziri əsas məqsədiini açıqlayır və mətləb üstünə gəlir: “Düşünürəm ki, biz qarşılıqlı ittihamların intensivliyini azaltmalıyıq. Əgər biz həqiqətən dialoq haqqında düşünürüksə, yalnız mənfiyə diqqət yetirməli deyil, müsbət cəhətləri axtarmalıyıq”. 

Azərbaycan dialoqa və mədəni əlaqələrin bərpasına hazır olmadığını demir. Sadəcə olaraq, həmin əlaqələr eyni statuslu tərəfdaş, beynəlxalq hüquqa, iki dövlət arasında imzalanmış strateji tərəfdaşlıq sazişinin ruhuna, insan haqlarına qarşılıqlı hörmət prinsiplərinə əsaslanmalıdır. Qarşı tərəf bunu da anlayışla qarşılamalıdır ki, Azərbaycan hələ də məlum təyyarə qəzası ilə bağlı hadisəyə yanaşmada öz mövqeyini qoruyur. Mixail Şvıdkoyun bu sözlərinə isə haqq qazandırmamaq mümkün deyil: “Doğrudur, coğrafi gerçəkliyi tale kimi qəbul etdiyimiz üçün siyasi hadisələrin hansı səmtdə və necə cərəyan etməsindən asılı olmayaraq, biz qonşuyuq. Yəni, bundan başqa Yer kürəmiz yoxdur”. 

Aydın məsələdir ki, bu çağırışlar normal diplomatik jestlərdir. Bunu anlamaq üçün politoloji təhsilə ehtiyac yoxdur. Bəli, Azərbaycan Rusiya ilə humanitar sahələr üzrə uzun müddətli münasibətlərə malikdir. Bunun iki xalq arasında əlaqələrin inkişafına yalnız pozitiv təsirini qeyd etmək olar. Amma Rusiyanın yazılı və elektron KİV-lərində, sosial şəbəkədə xalqımızın ünvanına səsləndirdikləri hədyanlar, prezidentin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun 4-5 ay bundan əvvəl Xankəndidə Ayvazovskinin büstünün götürülməsi ilə bağlı verdiyi qərəzli bəyanat da yadımızdan çıxmayıb. O zaman qəzetimiz şimalda bəzi dairələrin mədəniyyət anlayışını geosiyasi alətə çevirməyə çalışdıqları barədə yazmışdı. İndi isə demək istəyirik ki, mədəni davranış diplomatik dürüstlüklə düz mütənasib olmalıdır. Münasibətlərin eyni vaxtda bu iki müstəvidə zərər görməsi qətiyyən ­arzuedilən deyil. 

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Rusiya və Azərbaycan ­prezidentləri Düşənbədə görüşəndən sonra ikitərəfli münasibətlərin qarşıdurma istiqamətində irəliləməsinə son qoyuldu. Amma bu heç də o demək deyil ki, münasibətlər özünün əvvəlki məcrasına qayıdıb. Oradakı Azərbaycan diasporunun nümayəndələrinə divan tutulması prosesi başa çatmayıb. Sadəcə, heç bir günahı olmadan dustaqxanaya salınan insanları buraxırlar və onlar Azərbaycana qayıtmaq imkanı əldə edirlər. Bunun da müqabilində “Sputnik Azərbaycan”ın əməkdaşları Rusiyaya yola salınırlar. 

Hazırda ikitərəfli münasibətlərin tam qaydaya düşməsindən danışa bilmərik. Bəli, pisləşməyə doğru da getmir, qarşıdurma meyilləri də hiss olunmur. Amma son bir ilə yaxın müddətdə Rusiyanın müstəqil və hökumətə yaxın media qurumlarında Azərbaycana qarşı yalanlarla, hədə-qorxu ilə müşayiət olunan təbliğatının yaddan çıxdığını deyə bimərik, yəni özümüzü heç nə olmayıbmış kmi apara bilmərik. Humanitar sahədə, mədəni aspektdə əlaqələrin davam etməsi təbiidir. Dediyimiz anti-Azərbaycan təbliğatının ardınca biz şimal qonşumuzun burada düzənləyəcəyi hansısa mədəni-kütləvi tədbiri alqışlaya bilmərik. Həmin yaramaz, qərəzli siyasi texnologiyaların ikitərəfli münasibətlərə vurduğu ziyanın aradan qalxması, yaddan silinməsi üçün müəyyən vaxt lazımdır. Bu səbəbdən yaxın zamanlarda mədəni əlaqələrin bərpasını gözləmirəm. 

İqtisadi əlaqələr münasibətlərin fərqli aspektidir. Hətta məlum səbəblərdən münasibətlərin pisləşdiyi dönəmdə qarşılıqlı ticarətin həcmində artım müşahidə olunub. İndi də birgə işlər davam etdirilir, Şimal–Cənub marşrutunun yaradılması gündəlikdə durur. Rusiya qazının Azərbaycandan İrana nəqli layihəsi üzərində iş aparılır, üç ölkə arasında elektrik xətləri şəbəkəsinn yaradılması ideyası var. Rusiya mallarının tranzit ölkələr kimi Azərbaycan və Gürcüstandan keçərək Ermənistana daşınmasına gəldikdə isə rəsmi Tbilisinin buna necə yanaşacağı hələlik məlum deyil. 

Ümumiyyətlə, Azərbaycanın istəyi bölgə ölkələri arasında bağlanmış bütün kommunikasiyaların açılmasıdır. Bu zaman Bakı üçün əsas prioritet Zəngəzur dəhlizidir. Qalan məsələlər tədricən öz həllini tapacaq.

İmran BƏDİRXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri