Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Hörmüz boğazında dəniz koalisiyası mümkün olacaqmı?

Hörmüz boğazında dəniz koalisiyası mümkün olacaqmı?

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Kim gəlir, kim yox?

Hər ötən gün İran-ABŞ-İsrail müharibəsi ilə bağlı yeni gəlişmələr ortaya çıxır. Müharibənin arealı hazırda bütün Yaxın Şərqi əhatə edir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Eyni zamanda, daha uzaq coğrafiyalarda yerləşən ayrı-ayrı ölkələr və bütövlükdə dünya müharibədən bu və ya digər formada təsirlənir. Analitiklər narahatlıq doğuran proqnozlar səsləndirirlər. Bildirilir ki, müharibə uzandıqca  onun dünyaya, xüsusilə də qlobal iqtisadiyyata mənfi təsirləri daha da artacaq. Hazırda müharibənin ən kritik məqamı isə Hörmüz boğazının faktiki olaraq bağlanması  ilə əlaqədardır. Yaranmış vəziyyət o qədər ciddidir ki, bütün dünya bu dar keçiddə hadisələrin necə inkişaf edəcəyini böyük həssaslıqla izləyir.

Tehranın və Vaşinqtonun bir-biri ilə ziddiyyət təşkil edən mövqeləri

Beləliklə, Hörmüz boğazının təhlükəsizliyinin və funksionallığının təmin edilməsi bütün dünya üçün vazkeçilməz zərurət qismində çıxış edir. Ancaq müharibə tərəfləri olan İran və Amerika Birləşmiş Ştatları (ABŞ) bir-biri ilə ziddiyyət təşkil edən mövqe sərgiləməkdədirlər. Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl İranın yeni seçilmiş Ali Dini  Lideri Ayətullah Müctəba Xamenei xalqa müraciət ünvanlayıb. O, müraciətində bildirib ki, Tehran düşmənə təzyiq göstərmək üçün Hörmüz boğazını bağlamaq qabiliyyətini qoruyub saxlamalıdır.

İranın digər rəsmilərindən də Hörmüz boğazı ilə bağlı açıqlamalar gəlməkdədir.  Ölkənin xarici işlər naziri Abbas Əraqçi “Əl-Ərəbi Əl-Cədid”ə müsahibəsində bildirib ki, Hörmüz boğazı ABŞ və onun müttəfiqlərinin gəmiləri istisna olmaqla, hər kəs üçün açıqdır.

“İran Hörmüz boğazında təhlükəsizlik problemlərinin ölkənin hərəkətləri ilə deyil, Yaxın Şərqdə ümumi gərginliklə bağlı olduğunu bəyan edib”. Bu fikri isə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi NDTV telekanalına müsahibəsində bildirib. Diplomat qeyd edib ki, “bütün regiona yayılan qeyri-sabitlik, təəssüf ki, Hörmüz boğazına qədər uzanır və bu, İranın günahı deyil”.

O, həmçinin vurğulayıb ki, İrana qarşı hərbi əməliyyatlarda iştirak edən ölkələrin gəmiləri neytral hesab oluna bilməz. “Biz açıq şəkildə bildirmişik ki, beynəlxalq hüquqa əsasən, təcavüzkar ölkələrin gəmiləri Hörmüz boğazından keçə bilməz, çünki onların keçidi artıq dinc xarakter daşımır”, - deyə sözçü qeyd edib.

İ.Bəqayi əlavə edib ki, İrana qarşı hərbi əməliyyatları dəstəkləyən gəmilərin boğazdan keçməsinə icazə verilməyəcək.

Tehraanın sərt ritorrikasına rəğmən, Vaşinqton boğazı tezliklə açıq, təhlükəsiz və azad edəcəyinə əminliyini  bildirib. Bu məqsədlə müttəfiq qüvvələri İranın donanmasına ciddi zərbələr endirib və bu ölkəyə məxsus onlarla gəmini batırmağa nail olub. O cümlədən  ABŞ qüvvələri İranın Xark adasına genişmiqyaslı dəqiq zərbə endirib. ABŞ Mərkəzi Komandanlığının məlumatında bildirilir ki, zərbə nəticəsində dəniz mina anbarları, raket anbarları və bir çox digər hərbi obyektlər məhv edilib. Qeyd olunur ki, ABŞ qüvvələri neft infrastrukturunu qoruyub saxlamaqla Xark adasındakı 90-dan çox İran hərbi hədəfinə uğurla zərbə endirib.

Hörmüz boğazı - qlobal daşımaların əsas arteriyalarından biri

Hörmüz boğazı qlobal enerji sisteminin “dar keçid” nöqtəsi, beynəlxalq daşımaların əsas arteriyalarından biri kimi səciyyələndirilir. Uzunluğu təxminən 150 kilometr olan bu boğaz bəzi yerlərdə cəmi bir neçə on kilometr enə malikdir və bu xüsusiyyət onu qlobal enerji nəqliyyatının ən həssas nöqtələrindən birinə çevirir. Fars körfəzini Oman körfəzi və Ərəbistan dənizi ilə birləşdirən Hörmüz boğazı körfəz ölkələrinin enerji resurslarınnın daşınması üçün ən optimal marşrut sayılır. Bu boğazdan neft axını gündə orta hesabla 21 milyon barel təşkil edir.

“Bloomberg” agentliyinin məlumatına görə, Hörmüz boğazında yaranan problemlərdən əsasən neft tankerləri zərər görüb. Qlobal neft və LNG daşımalarının təxminən beşdə biri bu boğaz vasitəsilə həyata keçirilir.

Bundan əlavə, Hörmüz boğazından keçidin azalması mədən sənayesi mallarının daşınmasında da azalmaya səbəb olub. Bu vəziyyətdən ən çox Körfəz və Afrika ölkələri təsirlənir. Agentliyin araşdırmasına görə, bölgədəki hadisələr nəticəsində Hindistanda alüminium və sement, həmçinin Hindistan, Türkiyə və Cənubi Afrikada qiymətli metal ixracatçıları risklə üzləşiblər. Körfəz boyu limanları olan ölkələr və qonşu limanlardan tranzit kimi istifadə edən digər Yaxın Şərq dövlətləri, eləcə də Körfəz regionu ilə ticarət aparan ölkələr Hörmüz boğazının bağlanmasından birbaşa zərər görürlər.

Eyni zamanda, bu hadisələr qeyri-neft ticarətinin təxminən 2,4 faizini də risk altına alır. Körfəz dövlətləri qiymətli metallar, alüminium və sementin böyük ixracatçısı olduqlarından qlobal idxalçıların 4-7 faizi risklə üzləşir.

G20 ölkələri arasında Hindistan, Türkiyə, Cənubi Afrika və Argentinanın qeyri-neft ixracatının ən azı 4 faizi risk altındadır. Vəziyyət hələ də qeyri-sabitdir və təsirin miqyası Hörmüz boğazının faktiki bağlı qalma müddətindən asılı olacaq.

“Financial Times” nəşri yazır ki, İran ətrafında davam edən müharibə səbəbindən karbamid ( kənd təsərrüfatında bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunan əsas azot gübrələrindən biri) tədarükündə ciddi problemlər yaranıb və bu, qlobal təchizat zəncirinə təsir göstərməyə başlayıb. Bildirilir ki, hazırda Fars körfəzində 1,1 milyon tondan çox karbamid yüklü gəmi gözləmə vəziyyətində qalıb. Bunun əsas səbəbi isə dünya gübrə ixracı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında yaranmış blokadadır.  Qeyd edək ki, qlobal karbamid ixracının təxminən üçdə biri məhz bu boğazdan keçir və bölgədəki hərbi gərginlik logistika zəncirini ciddi şəkildə pozur.

Bəzi pozulmuş ticarət axınları alternativ marşrutlara yönləndirilə bilər ki, bu da dəniz yollarında sıxlıq yaradaraq daşımaların qiymətinə təsirsiz ötüşməyəcək. Eyni zamanda, Qırmızı dənizdə husilərin hücumlarının təkrarlanma ehtimalı daşımalarda yaranmış problemi daha da dərinləşdirir. Hava məkanlarının bağlı qalması isə hava yükdaşımasına mənfi təsir göstərir.

ABŞ-nin dünya ölkələrinə kömək müraciəti

Ancaq hadisələrin inkişafı onu deməyə əsas verir ki, Vaşinqton Hörmüz boğazında təhlükəsiz keçidi təkbaşına təmin etməyin çətin olacağının fərqindədir. Buna görə də Prezident Donald Tramp Hörmüz boğazı vasitəsilə daşımalar həyata keçirən ölkələrə müracciət ünvanlayaraq keçidin açıq və təhlükəsiz saxlanılmasına kömək göstərmələrini istəyib. “Biz Hörmüz boğazında 30-dan çox mina yerləşdirmə gəmisi məhv etməklə İranın kommersiya gəmiçiliyini təhdid etmək qabiliyyətini məhdudlaşdırmışıq. İqtisadiyyatı bizimkindən daha çox boğazdan asılı olan digər ölkələrə qətiyyətlə çağırış edirik. Bilirsiniz, biz neftimizin 1 faizdən azını boğazdan alırıq. Bəzi ölkələr isə daha çoxunu əldə edir. Ona görə də istəyirik ki, gəlib bizə kömək etsinlər”, - deyə Tramp müraciətində  bildirib.

D.Tramp Hörmüz məhdudiyyətdən təsirlənən Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya kimi ölkələrin  Hörmüz boğazının təhdid altında olmaması üçün əraziyə gəmilər göndərəcəklərinə ümidvar olduğunu da diqqətə çatdırıb. O, eyni zamanda,  NATO müttəfiqlərini Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə kömək göstərməyəcəkləri təqdirdə “çox pis bir gələcək” ilə üzləşə biləcəkləri barədə xəbərdar edərək, onları Avropanın əsas dəniz dəhlizini yenidən açmaq üçün Amerikanın səylərini dəstəkləməyə çağırıb. Fikirlərinə davam edən D.Tramp vurğulayıb: “Boğazdan faydalanan insanların orada pis proseslərin baş verməməsini təmin etmək üçün köməklik göstərməsi tamamilə doğru addımdır. Əgər cavab verilməsə və ya mənfi cavab verilsə, düşünürəm ki, bu, NATO-nun gələcəyi üçün heç də yaxşı olmayacaq”.

ABŞ lideri müttəfiqlərin mina gəmiləri kimi dəniz aktivlərinə töhfə verə biləcəyini deyib və əlavə edib ki, Avropanın ABŞ ilə müqayisədə daha çox gəmisi var

Eyni zamanda, ABŞ-nin enerji katibi Kris Rayt da dövlət başçısının çağırışına qoşulub. O bildirib ki, Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılmasına qarşı Trampın döyüş gəmiləri göndərməsini ümid etdiyi bəzi ölkələrlə dialoqda olub. Kris Rayt hansı ölkələrlə danışıqlar apardığını açıqlamayıb. O qeyd edib ki, bir çox digər ölkələr, xüsusən də Asiya ölkələri ABŞ-yə nisbətən boğazdan keçən enerji təchizatından daha çox asılıdır.

“Əlbəttə ki, bütün dünya Hörmüzün açılması üçün birləşəcək və bu məqsədə çatmaq üçün digər ölkələrin dəstəyini qazanacağıq”, - deyə ABŞ-nin enerji katibi vurğulayıb.

NATO-nun tərəddüdləri, Aİ-nin “yox” cavabı

ABŞ Prezidentinin müraciətinə NATO-dan tərəddüdlü cavab gəlib. NATO-nun yaydığı açıqlamaya görə, Alyans bölgədə gedən savaşı yaxından izləyir və lazımi addımları da atıb: “NATO Aralıq dənizində əlavə təhlükəsizlik tədbirləri görüb. Əlavə nə edə biləcəyimizi də üzv ölkələrlə müzakirə edirik”, - deyə qurumun cavabında bildirilir.

Avropa İttifaqı (Aİ) isə D.Trampın çağırışına birmənalı şəkildə “yox” cavabı verib. “Avropa İttifaqına üzv ölkələr özlərinin “Aspides” hərbi-dəniz missiyasının mandatını genişləndirməyi və Hörmüz boğazından keçən gəmiçiliyi dəstəkləmək üçün ora gəmilər göndərməyi zəruri hesab etməyiblər”. Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iclasda Aİ-nin xarici işlər nazirləri Fars körfəzi regionunda, xüsusən İran tərəfindən bloklanmış Hörmüz boğazında gəmiçiliyin daha səmərəli qorunması variantlarını müzakirə ediblər.

“Müzakirələrimiz zamanı bu əməliyyatı gücləndirmək üçün aydın istək səsləndi. Lakin hazırda “Aspides” əməliyyatının mandatını dəyişdirmək istəyi yoxdur. Nazirlərin fikrincə, Hörmüz boğazının diqqət mərkəzində olmasına baxmayaraq, Qırmızı dəniz də kritik dərəcədə vacib olaraq qalır”, - deyə K.Kallas vurğulayıb.  O, əlavə edib ki, Aİ nümayəndələrinin əksəriyyəti özlərinin başlamadığı müharibəyə müdaxilə etmək istəmirlər.

Aİ ilə yanaşı, qurumda təmsil olunan və təmsil olunmayann ayrı-ayrı ölkələr də Hörmüz boğazına donanma göndərmək niyyətində olmadıqlarını birmənalı şəkildə bəyan ediblər.  Fransanın Silahlı Qüvvələr naziri Ketrin Votrin  “France 24” telekanalına müsahibəsində bildirib ki, hazırda Hörmüz boğazına hər hansı gəmi göndərmək barədə heç bir plan yoxdur. Böyük Britaniyanın  Baş naziri Kir Starmer ölkəsinin İranda daha geniş müharibəyə cəlb olunmayacağını bildirib. Bu mövqe ABŞ Prezidenti Donald Trampın tənqidinə səbəb olub. O, hətta Britaniya liderinə xitabən “Çörçill deyil” ifadəsini işlədib.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful da ölkəsinin Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştirakının hazırda nəzərdə tutulmadığını açıqlayıb. Nazir ARD televiziyasına açıqlamasında belə bir əməliyyat üçün hazırda təcili zərurət görmədiyini bildirib. Almaniya rəsmisi Hörmüz boğazında və Qırmızı dənizdə təhlükəsizliyin yalnız danışıqlar yolu ilə təmin oluna biləcəyini vurğulayıb.

İtaliya da  Hörmüz boğazının açılması və tam fəaliyyətinin bərpası üçün Aİ-nin dəniz missiyasının cəlb edilməsinə qarşı çıxıb. Bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Vaşinqtonun kömək müraciətinə “yox” cavabları həmçinin Yunanıstan, Yaponiya, Avstraliya kimi ölkələrdən gəlib. İspaniyanın cavabı isə daha kəskin olub. Bu ölkənin müdafiə və xarici işlər nazirləri bildiriblər ki,  İspaniya ABŞ və İsrailin İrana qarşı apardığı müharibəni qeyri-qanuni hesab etdiyi üçün Hörmüz boğazında hər hansı hərbi missiyada iştirak etməyəcək. Müdafiə naziri Marqarita Robles ABŞ Prezidenti Donald Trampın boğazda təhlükəsizliyi təmin etmək üçün hərbi dəstək tələbi və bunu etməyən NATO müttəfiqlərini “çox pis gələcək”lə hədələməsini rədd edib.”İspaniya heç vaxt müvəqqəti tədbirləri qəbul etməyəcək, çünki məqsəd müharibənin bitməsi olmalıdır və bu, dərhal baş verməlidir”, - deyə Robles bildirib.

Xarici işlər naziri Xose Manuel Albares isə deyib ki, boğazdakı vəziyyət avropalılar üçün ciddi narahatlıq doğurur, lakin Avropa İttifaqının mövqeyi iqtisadi səbəblərdən asılı olmayaraq müharibənin dayandırılması olmalıdır. O, Brüsseldə jurnalistlərə bildirib: “Biz gərginliyi daha da artıracaq və ya vəziyyətin daha da kəskinləşməsinə səbəb olacaq heç nə etməməliyik”.

Beləliklə, dünya ölkələri Vaşinqtonun Hörmüz boğazında keçidin sərbəstliyini və təhlükəsizliyini təmin etmək üçün kömək müraciətinə “hə” cavabı verməyə tələsmirlər. Bu reallıq fonunda sual yaranır: Hörmüz boğazında dəniz koalisiyasını təşkil etmək, ümumiyyətlə, mümkün olacaqmı?

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:371
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Mart 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri