İran Hörmüz boğazında yeni dəniz dəhlizi yaradacaq
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
İran və Oman arasında əldə olunan razılaşma çərçivəsində Hörmüz boğazından gəmilərin keçməsi üçün yeni xüsusi dəniz dəhlizinin yaradılması Körfəz ölkələrinin qarşıdakı məsləhətləşmələrinin əsas mövzusu olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al-Araby Al-Jadeed” portalına müsahibəsində deyib.
Əraqçinin sözlərinə görə, görüş zamanı iştirakçı ölkələr İran və Oman arasında əldə olunmuş razılaşmanın detalları barədə məlumatlandırılacaq. Tərəflərə yeni marşrutla bağlı xəritələr təqdim ediləcək və sənədlərin BMT-nin Beynəlxalq Dəniz Təşkilatında (IMO) qeydiyyata alınması üçün birgə bəyanat qəbul ediləcək.
Nazir bildirib ki, görüşün gündəliyi konkret olacaq və digər məsələlər rəsmi gündəliyə daxil edilməməlidir.
Görüşdə Tehran və Maskat arasında müvafiq sazişin imzalanması planlaşdırılır. Əraqçi vurğulayıb ki, razılaşma Hörmüz boğazında mövcud ümumi blokada rejiminin aradan qaldırılmasını nəzərdə tutmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 13 Sentyabr 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















